Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqalədə orijinal tədqiqata, təsdiqlənə bilməyən ifadələrə, mülahizə və şərhlərə yer verildiyi düşünülür. |
Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilat. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər.
Siyasi partiyanın təsis edilməsinə və onun nəzarətinə yardımçı olan könüllü şəxs partiyanın təşkilatçısı adlanır. Bu şəxs eyni zamanda partiya işçisi hesab edilir. Adətən siyasi partiya partiya rəhbəri (lideri), partiya katibi, partiya xəzinədarı və partiya sədri tərəfindən idarə edilir. Partiya lideri partiyanı təmsil edən ən səlahiyyətli üzv və nümayəndədir. Partiya katibi gündəlik işə və partiya yığıncaqlarının hesabatını saxlamağa cavabdehdir. Xəzinədar üzvlük haqqlarına görə məsuliyyət daşıyır. Partiya sədrinin əsas vəzifəsi isə partiya üzvlərini toplamaq və çağırmaq məqsədilə strategiyalar yaratmaqdır. Sədr, həmçinin, partiyanın yığıncaqlarına sədrlik edir. Yuxarıda göstərilən vəzifələri daşıyanların əksəriyyəti dövlət səviyyəsində siyasi partiyanın siyasi baxışlarını müəyyən edən aparıcı təşkilatın – partiya icraediciliyinin üzvləridirlər. Kifayət qədər üzv seçilməzsə, növbədənkənar rəhbərlik seçkilərinin çağırılmasının mümkün olmasına baxmayaraq, müntəzəm olaraq şəxslərin vəzifəyə təyin edilməsi məqsədilə partiya iclasları keçirilir. Bundan əlavə, növbəti ildə üzvlər üçün partiya dəyərlərini təsdiq edilməsi məqsədilə partiya iclasları keçirilir. Partiya üzvlərinin demoqrafik olaraq yerləşməsindən asılı olaraq, üzvlər yerli idarələrə namizədliyini irəli sürmüş şəxslərə kömək etmək üçün regional partiya komitələri yaradırlar. Bu yerli şöbələr, eyni zamanda, dövlət səviyyəsində məmur vəzifələrini təyin edir. Siyasi partiya üzvləri üçün səciyyəvi xüsusiyyətlərdən biri cari və gələcək üzvlər naminə siyasi cinahlar yaratmaqdır. Onların əksəriyyəti iki qrupa bölünür.
Bunlar partiya etirazları, təlimləri və məşğuliyyətləri üçün faydalıdır.
Siyasi partiyaların təsnifatı Siyasi partiyaların təsnifatından danışarkən, sinfi mənsubiyyətinə, sosial əlamətlərinə görə — burjua, fəhlə, kəndli; ictimai tərəqqiyə münasibətinə görə- inqilabi, radikal, mühafizəkar, islahatçı, mütərəqqi, mötədil; ideoloji xüsusiyyətinə görə- liberal, demokratik, millətçi, faşist, monarxist; hakimiyyətə münasibətinə görə — iqtidar, müxalifət, neytral formaları nəzərdən keçirməlidir.
Üzvlər partiyanı parlamentin aşağı palatalarında təmsil etdikdə, partiya rəhbəri bütövlükdə partiya təmsilçiliyinin parlament lideri olaraq xidmət göstərir. Partiya Vestminster parlamentində təmsil edilə bilməyəcək dərəcədə genişləndikdə partiyanın parlament qrupu rəsmi müxalifət formalaşdırır. Bunu isə rəsmi müxalifətin qabaqcıl üzvləri təşkil edir. Əgər partiya kifayət qədər yer qazanırsa bu zaman yuxarı palata hökumətin nazirlər kabinetinə çevrilir.
Üzvlük yaratmaq və bəyan etmək azadlığı və ya siyasi partiya namizədlərinin təbliğat kompaniyaları siyasi dəyər olaraq liberal demokratiyaya dövlətin bağlılığının göstəricisidir. 20-ci əsrin ikinci yarısından etibarən, müasir demokratiyalar pariyanın əmlakı hesabına maliyyə axını ilə bağlı qanunlar irəli sürdü. Məsələn, 1976 Kanada seçki nizamnaməsi. Belə siyasi maliyyə rejimləri xərclərin, məhdudiyyətlərin şəffaflığı ilə bağlı müxtəlif qaydalar qoyur və bununla yanaşı, kampaniyalar da daxil olmaqla partiyanın fəaliyyəti üçün maliyyə yardımı ilə də təmin edir.
Siyasi partiyanın növünü müəyyənləşdirməkdə seçki sistemi əsas faktorlardan biridir. Səs çoxluğu sisteminin qəbul edildiyi ölkələrdə, seçilən partiyalar əksərən, az olur. Avropada və proporsional seçki sisteminin mövcud olduğu ölkələrdə əsas bölgülər zamanı parlamentə üç və daha çox partiya seçilir və bu yolla da onların dövlət idarələrinə çıxış hüququ vardır.
Bu sistem hər bir qanunvericilik sisteminə uyğun olaraq fərqlidir və orada neçə partiyanın mövcud olması, partiyaların hər birinin nə dərəcədə təsirli olmasından asılıdır.
Birpartiyalı sistemdə yalnız bir partiyaya qanuni olaraq hakimiyyəti tutmağa icazə verilir. Baxmayaraq ki, bəzi kiçik partiyalara da burada fəaliyyət göstərə bilər, lakin onlardan əsas partiyanın rəhbərliyini qəbul etmək tələb olunur. Bəzən partiya daxilində vəzifələr hökumət vəzifələrindən daha əhəmiyyətlidir, partiya həmişə hökumətə bənzəyir. Şimali Koreya və Çin buna nümunə ola bilər; digərlərinə isə 1934–1945-ci illərdə mövcud olan Nasist Almaniyası kimi faşist ölkələri daxildir. Buna görə də, təkpartiyalı sistem, əsasən, diktatorluq və tiranlıqla eyniləşdirilir.
Rəhbər partiya sistemində müxalifət partiyalar da qəbul olunur. Bəzən, digər partiyaların uğursuzluğunun səbəbi siyasi, ictimai, iqtisadi məsələlərlə yanaşı ictimai fikirlə əlaqədardır. Bəzi ölkələrdə, xüsusilə də, demokratik ənənələrin olmadığı ölkələrdə hakim partiya yalançı səsvermədən istifadə edərək hakimiyyətdə qalmağa çalışr.
Bu sistemin mövcud olduğu ölkələrə Yamayka, Qana daxildir. Belə sistemdə sağ və sol partiyalar olaraq ideologiyada ayrılıqların olması ümumi cəhətdir, lakin ikipartiyalı dövlətlərdə siyasi partiyalar ideologiyalarını geniş ehtiva edərək bütün partiyaları əhatə edir. Birləşmiş Ştatlar, mahiyyətcə, iki partiyalı sistem olub. Respublikanın yarandığı dövrdən bəri mühafizəkar (Respublikaçılar partiyası) və liberal (Demokratlar partiyası) partiyalar Amerika siyasətində status–kvo olublar. Üçüncü partiyalar isə, adətən, çox az dəstək qazanırlar və seçkilərdə çox az hallarda qələbə qazanırlar. Buna baxmayaraq, qələbə qazanacağı güman olunan üçüncü partiyalar da mövcud olub (1912ci il seçkilərində Teodor Ruzvelt, 1968-ci ildə Corc Vallas, 1992-ci ildə Ross Perot kimi).
Böyük Britaniyanın siyasi sistemi çoxpartiyalı sistem olsa da, ikipartiyalı sistemə əsasən fəaliyyət göstərir. 1920-ci illərdən bəri burada iki böyük siyasi partiya Mühafizəkar və Leyboristlər partiyası mövcuddur. Britaniya siyasi sitemində Leyborist partiyası güclənməmişdən əvvəl Mühafizəkarlarla yanaşı Liberallar da başlıca partiya idi.
Çoxpartiyalı sistem ikidən daha artıq partiyanın dövlət idarələrinə seçildiyi və təmsilçilik hüququ qazandığı sistemdir. Avstraliya, Kanada, Banqladeş, Pakistan, Hindistan, İrlandiya, Norveç iki güclü və təmsilçilik əldə edən bir neçə kiçik partiyaların fəaliyyət göstərdiyi ölkələrə aiddir. Üçüncü partiyalar parlamentli sistemdə hakimiyyətin tarazlığını saxlayır və onlar digər böyük partiyalarla birlikdə hökumət koalisiyasının bir hissəsini yaratmağa təşəbbüs göstərə bilərlər və ya rəhbər partiyalardan ayrıca fəaliyyət göstərə bilərlər.
Ümumilikdə, üç və daha artıq partiyanın mövcud olduğu hallarda, onlardan hər hansı birinin hakimiyyəti qazanması mümkün deyil və onlar hökumət koalisiyası təşkil etmək üçün bir-birləri ilə birgə çalışırlar. Bu 1980-ci ildən bu yana İrlandiya Respublikasının siyasətində hakim tendensiya olub və həmçinin Almaniyada da milli, dövlət, icma səviyyələrində mövcud olub. Siyasi dəyişikliklər etmək bir və ya ikipartiyalı sistemlərdən daha çox koalisiyalı hökumətdə daha asandır.
Partiya aşağıda adı qeyd olunan mənbələrdən gələn maliyyə yardımı hesabına maliyyələşir:
Lakin 20-ci əsrin ikinci yarısından etibarən hələ də ianələrdən asılı olan partiyalar böyük problemlərlə üzləşməyə başladılar. Partiyaların maliyyələşməsində çoxlu gərginlikləri olan qərb demokratiyalarında ianələrin yoxlanışının artması ilə yanaşı partiyaya üzvlükdə uzun müddətli razılaşma da mövcud olmuşdur. Məsələn, əhalinin sayının bu dövrdə əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, 2006-cı ildə Birləşmiş Ştatların və Avstraliyanın əsas partiyalarına üzvlük 1950-ci ildə olduğundan 1/8 dəfə az olmuşdur.
Ümumilikdə, əksər partiyalar tanınmaq üçün, xüsusilə də seçkilər zamanı seçicilərin tanıması üçün rənglərdən istifadə edirlər. Mühafizəkar partiyalar, əsasən, göy və qara rənglərdən istifadə edirlər. Çəhrayı rəng sosialistləri ifadə edir. Sarı rəng isə, adətən, liberalizmi ifadə etmək üçün istifadə olunur. Qırmızı rəng kommunist və sosialist partiyalarını bildirir. Yaşıl yaşıl partiyaların, İslam və İrlandiya Respublikaçı partiyalarının rəngidir. Narıncı millətçiliyin rəngi olub, Hollandiya və İsraildə istifadə olunur. Bu rəng, həmçinin, Ukraynada islahat rəngidir. Keçmişdə bənövşəyi kral hakimiyyətini ifadə edirdi, lakin bu gün feminist partiyaları bu rəngdən istifadə edirlər. Ağ rəng də, eyni zamanda millətçiliklə əlaqələndirilir.
Partiyaların nişanlarında da bu rənglərdən istifadə olunur. Məsələn, sosialist partiyasının nişanı əldə qırmızı qızılgül hesab edilir. Kommunist partiyaları işçi qüvvəsini ifadə etmək üçün çəkicdən, fermerləri ifadə etmək üçünsə oraqdan istifadə edirlər. Nişanlar geniş kütlə savadsız olduqda daha faydalı ola bilər. Keniyada 2005-ci ildə keçirilən konstitusiya referendumu zamanı konstitusiya tərəfdarları bananı, qarşı çıxanlar isə portağalı simvol seçmişdilər.
19 və 20-ci əsrlərdə əksər siyası partiyalar eyni siyasi xətt ilə beynəlxalq təşkilatlarda təşkilatlanırdılar. Bunlara misal olaraq "Beynəlxalq İşçi Qadınlar Assosiyasıyası"nı, "Beynəlxalq Kommunist"i, "Dördüncü beynəlxalq"ı göstərmək olar. 1945-ci ildə İtaliyada təşkil olunan 6 ölkədə yerləşən bölmələri ilə yanaşı, baş qərargahı 1974-cü ildən bəri Florensiyada yerləşən Beynəlxalq Kommunist Partiyası daim genişlənən partiyadır. Son zamanlar bütün dünyada yaşıl partiyalar Qlobal Yaşıllar partiyasını təsis ediblər. Beynəlxalq Sosiolist, Liberal, Demokratlar Birliyinin hər birinin əsası Londonda qoyulub. Bəzi hökumətlər yerli və xarici siyasi təşkilatlar arasındakı rəsmi əlaqələri qeyri–qanuni elan edirlər.