Həsən Kalyoncu Universiteti — Türkiyənin Qaziantep vilayətində yerləşən vəqf universiteti. 30 iyul 2008-ci ildə Qaziantep Təhsil və Xidmət Vəqfi tərəfindən universitetin yaradılması Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən 5799 və 5796 saylı Ali Təhsil Müəssisələri Təşkilat Qanununda dəyişiklik edilməsi haqqında qanunla qəbul edildi.[2]
Həsən Kalyoncu Universiteti | |
---|---|
Hasan Kalyoncu Üniversitesi[1] | |
37°00′26″ şm. e. 37°26′10″ ş. u.HGYO | |
Əsası qoyulub | 30 iyul 2008 |
Ölkə | |
Universitet şəhərciyi | Havalimanı Yolu Üzeri 8. km. 27100 - Şahinbey / Gaziantep |
Sayt | hku.edu.tr |
Regionun bir çox yeniliklərinə ev sahibliyi edən universitet tələbələri elm, incəsənət və ictimai xidmət kontekstində öyrətməyə sadiqdir. Universitet yaxşı təchiz olunmuş binalar, laboratoriyalar, müxtəlif qida obyektləri, idman qurğuları və müasir yataqxanalar vasitəsilə tələbələrə müxtəlif imkanlar təqdim edir.[3]
1980-ci ildə Həsən Kalyoncunun rəhbərliyi ilə Qaziantep Təhsil və Xidmət Vəqfi quruldu. Tarixi missiyasına uyğun olaraq onun əsas məqsədi — Təhsilə sərmayə qoymaqla rəqabətin hökm sürdüyü qlobal dünyada Qaziantep şəhərinin və Türkiyənin ehtiyac duyduğu insan kapitalının artırılmasına kömək edən Fond yaratmaqdır.
Universitetin yaradılması 1996-cı ildə başlayıb.
4 dekabr 2008-ci ildə Qaziantepdə Həsən Kaloncunun sədrliyi ilə Qaziantep Təhsil və Xidmət Vəqfinin nəzdində qurulan Qazikənd Universitetinin təməli qoyulmuşdur. Təhsil həyatına "Qazikənd" adı ilə başlayan və 2009–2010-cu illərdə ilk tələbələrini qəbul edən universitet 1 iyul 2012-ci ildə "Həsən Kaloncu Universiteti" adını almışdır.
Həsən Kalyoncu Universiteti tarixi İpək Yolunun mühüm kəsişmə nöqtəsi olan Qaziantepdə Cənub-Şərqi Anadolu bölgəsində ilk vəqf universiteti olaraq "təhsil, araşdırma və innovasiya"ya yönəlmiş bir universitet olmaq məqsədilə qurulmuşdur.[4]
Hüquq fakültəsi
Universitetdə həmçinin Distant Təhsil Mərkəzi fəaliyyət göstərir.
Universitetin kitabxanası informasiya, kompüter, şəbəkə və kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə, dünya elminin hər gün inkişaf edən və yeni nəşrlərlə zənginləşən ən son məlumatlarını tez və qənaətlə, zaman və məkan məhdudiyyəti olmadan kitabxana istifadəçilərinin xidmətinə təqdim edir.[25]
Burada tələbələr üçün iş otaqları, qrup dərsləri və təlim otaqları, multimedia (CD, VCD, DVD və s.) otaqları, magistr, doktorant və aspirantlar üçün ayrı iş otaqları var. Həmçinin kitabxananın fondunda dünyanın aparıcı nəşriyyatlarının zəngin çap olunmuş kitab və jurnalları, həmçinin elektron məlumat bazaları, elektron kitablar, elektron jurnallar, görmə qabiliyyəti zəif olanlar üçün audio kitablar və multimedia (CD, Vcd, DVD və s.) resursları var. Görmə qabiliyyəti zəif olan tələbələr üçün SUPERNOVA (mətn oxuma və böyütmə) proqramı fəaliyyət göstərir. Bu proqrama uyğun kitabı oxumağa imkan verən yüksək səviyyəli skanerlər var.[25]
Universitet Xüsusi Təhsil tədqiqatları, Fiziki müalicə və Reabilitasiya tədqiqatları, Süni Ətraf Mühit tədqiqatları, Ətraf Mühit tədqiqatları, Yaxın Şərq araşdırmaları tədqiqatları, Qadın və Ailə təcrübəsi və tədqiqatları, Miqrasiya, Əhali, Təhsil, Məşğulluq Araşdırmaları Mərkəzləri kimi tədqiqat mərkəzləri vasitəsilə cəmiyyətə xidmət edir.[26]