Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
1981-ci ildə tarix elmləri doktoru, 1982-ci ildə tarix elmləri üzrə professor elmi adları almışdır.
1982–1991-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Siyasi Tarix Kafedrasının professoru (1982–1984) və Siyasi Tarix Kafedrasının müdiri — professoru (1985–1991) vəzifələrində işləmişdir.
1991–1992-ci illərdə Bakı Dövlət Universitetinin Lənkəran Filialının təşkilatçısı və direktoru (sentyabr 1991 — iyul 1992) olmuşdur.
1990-cı ildə Azərbaycan Respublikasının xalq deputatı seçilmişdir.
1991-ci il martın 7-də Ali Sovetdə 350 deputat arasından SSRİ-nin saxlanması ilə bağlı Azərbaycanda referendum keçirilməsinin əlehinə, Azərbaycanın müstəqilliyinə səs vermiş cəmi 43 nəfər deputatdan biri olmuş, həmin deputatlarla birlikdə cəmiyyətdə "istiqlalçı deputat" olaraq tanınmışdır.
1991-ci il oktyabrın 18-də Ali Sovetin qəbul etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını hazırlayan komissiyanın sədri, Konstitusiya Aktının əsas müəllifi və Ali Sovetin müzakirəsinə təqdimatçısı olmuşdur. Məhz bu Aktın qəbul edilməsindən sonra bütün dünya dövlətləri ilk dəfə olaraq Azərbaycan Respublikasını müstəqil dövlət, beynəlxalq hüququn subyekti kimi tanımış, Azərbaycan BMT-nin bərabər hüquqlu üzvü seçilmişdir.
1991–1995-ci illərdə 51 nəfərdən ibarət seçilmiş və daimi fəaliyyət göstərən ilk Azərbaycan parlamentinin — Milli Məclisin deputatı olmuşdur.
1992-ci ilin iyun ayında xarici düşmən dairələrin fitvası ilə ölkədə qızışdırılan etnik separatçılıq meyllərinin qarşısını almaq məqsədilə yaradılan Vahid Azərbaycan Milli Birlik Partiyasının təşkilat komitəsinin sədri, 1992-ci ilin noyabr ayında keçirilən qurultayda təsis olunan Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri seçilmişdir.