Mirzə Ağa Əyyub oğlu Bağırov (16 iyun 1927, Lənkəran, Lənkəran qəzası – 8 aprel 2011, Bakı) — əməkdar elm xadimi, texnika elmləri doktoru, professor.
Mirzə Ağa Bağırov | |
---|---|
iyul 1997 – 2005 | |
Əvvəlki | Hacıbaba Əzimov |
Sonrakı | Asəf İskəndərov |
1976 – 1988 | |
Əvvəlki | Rza Bədəlov |
Sonrakı | Ramiz Qurbanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 iyun 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 8 aprel 2011 (83 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Elektrofizika |
Elmi dərəcəsi | Texnika elmləri doktoru |
Elmi adı | Professor |
|
|
Təltifləri |
Mirzə Bağırov 1927-ci il iyun ayının 16-da Lənkəran şəhərində anadan olmuşdur. 1949-cu ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Energetika fakültəsini bitirmişdir.
1953-cü ildə SSRİ Elmlər Akademiyasının Energetika İnstitutunda dissertasiya müdafiə edərək, texnika elmlər namizədi alimlik dərəcəsi almışdır.
Gənc alim tədqiqatlarını davam etdirərək, 1966-cı ildə İ. M. Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunda texnika elmləri doktoru alimlik dərəcəsi almış və həmin il professor elmi adına layiq görülmüşdür.
1976-cı ildə M. Ə. Bağırov Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) rektoru vəzifəsinə təyin edilir və ardıcıl olaraq 12 il Azərbaycanın mühəndis kadrları hazırlayan əsas ali təhsil ocaqlarından birinə rəhbərlik edir.
200-dən çox elmi əsərin, 3 monoqrafiyanın müəllifi olan alimin əsərlərinin çoxu xarici ölkələrdə, nüfuzlu elmi nəşrlərdə çap olunmuşdur.
M. Ə. Bağırov ABŞ, Almaniya, Polşa, Macarıstan və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarında Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir. Onun rəhbərliyi altında 30-dək namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.
1981-ci ildə M. Ə. Bağırova "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. O, "Şərəf nişanı" ordeni, medallarla təltif edilmiş, bir neçə çağırış Bakı şəhər Sovetinin deputatı olmuş, komissiya sədri seçilmişdir.
Heydər Əliyevin sərəncamı ilə M. Ə. Bağırov 1997-ci ildə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmiş,[1] 2005-ci ilə qədər bu vəzifədə çalışmışdır.
ABŞ-nin Bioqrafik İnstitutu prof. M. Bağırovu 2009-cu ildə dünyada elm üzrə "İlin adamı" elan etmişdir. Bu, həm də onun Azərbaycan elminə qazandırdığı böyük nüfuzun təsdiqi idi.
M. Ə. Bağırov 2011-ci il aprel ayının 8-də Bakı şəhərində vəfat etmişdir.
Qaz və bərkdielektiriklərin deşilmə mexanizminin araşdırılması, yüksək gərginlikli elektrik boşalmalarının polimer izolyasiya materiallarının elektrofiziki xassələrinin intensifikasiyası üçün istifadə edilməsi, elektrik sahəsinin və radiasiya şüalanmalarının təsiri altında kompozit materialların (polimer və süsə plastiklər) elektrik köhnəlməsinin mexanizmlərinin tədqiqi.