Helena Kantakuzin (imperatriça)

Helena Kantakuzin (yun. Ἑλένη Καντακουζηνή; 1333, Bizans imperiyası10 dekabr 1396, Konstantinopol) — Bizans imperatoru VI İohannın qızı, Bizans imperatriçası.[2][3]

Helena Kantakuzin
19 noyabr 1341 – 12 avqust 1376
1 iyul 1379 – 14 aprel 1390
17 sentyabr 1390 – 16 fevral 1391
Şəxsi məlumatlar
Doğum tarixi 1333
Doğum yeri
Vəfat tarixi 10 dekabr 1396
Vəfat yeri
Fəaliyyəti nun[d]
Atası VI İohann (imperator)
Həyat yoldaşı
Uşaqları
Ailəsi Kantakuzinlər
Dini Şərqi pravoslav kilsəsi

1333-cü ildə Konstantinopolda (indiki İstanbul) dünyaya gəldi. Atası dövrün Bizans imperatoru III Andronikin ən yaxın adamı İohann Kantakuzin, anası isə Bulqar çarı III İvan Asenin qızı İrina Asen idi. Digər bacı-qardaşları kimi Helena üçün də siyasi bir evlilik planlaşdırıldı. Bacısı Feodora Osmanlı sultanı Orxan Qaziylə, digər bacısı Mariya isə Epir çarı II Nikefor Orsini ilə evləndirildi. Qardaşı Matvey II Andronikin nəvəsi İrinayla, digər qardaşı Manuel isə Erməni-Kilikiya çarı II Konstantinin qızı İzabellayla evləndirildi.

Atasının taxt mübarizəsində qalib gəlməsi və V İohannın anası Savoyyalı Annayla sülh bağlaması nəticəsində, Helena imperator V İohannla evləndirildi. 28 may 1347-ci ildə baş tutan mərasimlə imperatriça elan olundu. 1353-cü ildə atasının taxtdan uzaqlaşdırılaraq kilsəyə həbs olunduğu və 1376-cı ildə oğlu Andronikin üsyan edərək ərini taxtdan endirdiyi dövrlərdə tərəfləri uzlaşdıran vasitəçi oldu. Ancaq oğlunu bu üsyandan çevirə bilmədi. Həbsə atılan əri V İohann və oğlu Manuelin həbsdən qaçaraq Osmanlı sultanı Murad Hüdavəndigara sığınmasına kömək oldu. Bu səbəblə, oğlu IV Andronik tərəfindən Qalata qülləsinə həbs edildi və 1381-ci ildə bağlanan sülhə qədər burada həbs tutuldu.

Ərinin 1391-ci ildə ölümündən sonra rahibə olaraq kilsəyə qapandı və qalan ömrünü burada yaşadı. 1393-cü ildə qısa müddətlik oğlu II Manuelin yoxluğunda imperator naibəsi olaraq xidmət etdi. 1396-cı ildə yaşadığı kilsədə vəfat etdi.

  • Fine, John Van Antwerp (1994). The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman Conquest. University of Michigan Press. ISBN 0472082604
  • Nicol, Donald M. (1993). The Last Centuries of Byzantium, 1261-1453. Cambridge: Cambridge University Press. ISBN 9780521439916
  1. Lundy D. R. The Peerage (ing.).
  2. Nicephorus Gregoras. Byzantine History. Vol. 1. Saint Petersburg. 1862
  3. Grierson, Philip (1999). Catalogue of the Byzantine Coins in the Dumbarton Oaks Collection and in the Whittemore Collection: Michael VIII to Constantine XI, 1258-1453. Dumbarton Oaks. p. 95. ISBN 978-0-88402-261-9