Savoyyalı Anna (imperatriça)

Savoyyalı Yohanna (it. Giovanna di Savoia; 1306[1]1365, Saloniki) — Savoyya qrafı V Amadeyin qızı, Bizans imperatriçası.[3] Evləndikdən sonra adı Anna Paleoloq (yun. Άννα Παλαιολογίνα) olaraq dəyişdirildi.[4]

Savoyyalı Anna
24 may 1328 – 15 iyun 1341
19 noyabr 1341 – 3 fevral 1347
Şəxsi məlumatlar
Doğum adı Giovanna
Doğum tarixi 1306[1]
Vəfat tarixi 1365
Vəfat yeri
Fəaliyyəti siyasətçi, suveren[d]
Həyat yoldaşı
Uşaqları
Dini Roma-Katolik kilsəsi, şərqi ortodoks xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1326-cı ildə Bizans imperatoru II Andronikin nəvəsi Androniklə evləndirildi. Cəmi 2 il sonra - 1328-ci ildə babası II Andronikin taxtdan imtina edib monastıra çəkilməsiylə III Andronik təkbaşına hakimiyyəti ələ aldı. Ərinin ölümündən sonra 8 yaşlı oğlu V İohann taxta çıxarıldı. Anna isə oğlunun taxt naibəsi təyin edildi. Buna baxmayaraq, mərhum imperatorun ən yaxın adamı və daxili siyasətdəki ən güclü dəstəkçisi olan İohann Kantakuzin naib olmaq uğrunda mübarizəyə başladı.

Bu mübarizədə Savoyyalı Anna özünə muzdlu hərbi birlik toplamaq məqsədilə 1343-cü ildə Bizans imperatoruna məxsus mühüm zinyət əşyalarını 30 min duka qızıl qarşılığında Venesiya Respublikasına girov göndərdi. Bu borc gələcəkdə oğlu V İohannın Venesiyada həbs olunmasına səbəb olacaq. Bütün səylərinə baxmayaraq, bu mübarizədə məğlub olan Savoyyalı Anna 3 fevral 1347-ci ildə imzaladğı fərmanla naibəlikdən çəkildi və İohann Kantakuzin özünü VI İohann adıyla ortaq imperator elan etdi. Üstəlik qızı Helenanı imperator V İohannla evləndirərək saraydakı nüfuzunu gücləndirdi.

1351-ci ildə Konstantinopolu tərk edərək Salonikiyə getdi. Burada xeyriyyə işləriylə məşğul olan Savoyyalı Anna son illərində rahibə olaraq kilsəyə qapandı və 1365-ci ildə burada vəfat etdi.

  • Fine, John Van Antwerp (1994). The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman Conquest. University of Michigan Press. ISBN 0472082604
  • Nicol, Donald M. (1993). The Last Centuries of Byzantium, 1261-1453. Cambridge: Cambridge University Press. ISBN 9780521439916
  1. 1 2 Anna di Savòia // Sapere Encyclopedia (it.). De Agostini Editore, 2001.
  2. 1 2 Амедей (rus.). // Энциклопедический лексикон СПб: 1835. Т. 2. С. 83–84.
  3. Nicephorus Gregoras. Byzantine History. Vol. 1. Saint Petersburg. 1862
  4. Grierson, Philip (1999). Catalogue of the Byzantine Coins in the Dumbarton Oaks Collection and in the Whittemore Collection: Michael VIII to Constantine XI, 1258-1453. Dumbarton Oaks. p. 95. ISBN 978-0-88402-261-9