VI İohann (imperator)

VI İohann Kantakuzin (yun. Ἰωάννης Ἄγγελος Παλαιολόγος Καντακουζηνός, Iōánnēs Ángelos Palaiológos Kantakouzēnós; 1292[1], Konstantinopol15 iyun 1383) — Bizans imperatoru.[2][3]

VI İohann
8 fevral 1347 – 10 dekabr 1354
ƏvvəlkiV İohann
SonrakıV İohann
Matvey Kantakuzin
Şəxsi məlumatlar
Doğum tarixi 1292[1]
Doğum yeri
Vəfat tarixi 15 iyun 1383
Fəaliyyəti yazıçı, tarixçi
Uşaqları
Ailəsi Kantakuzinlər
Dini şərqi ortodoks xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1292-ci ildə Konstantinopolda (indiki İstanbul) dünyaya gəldi. Atası Moreya despotu Mixail Kantakuzin, anası isə Teodora Paleoloq idi. Hər iki valideyni vasitəsilə imperator sarayıyla qohumluq əlaqələri vardı. Qısa zamanda III Androniklə yaxın münasibət qurdu və onun babası II Andronikə qarşı apardığı taxt mübarizəsində ən mühüm dəstəkçisi oldu. 1328-ci ildə III Andronikin təkbaşına hakimiyyəti ələ almasıyla İohann Kantakuzin də sarayda mühüm vəzifəyə gətirildi. İmperiyanın daxili siyasətini idarə edən İohann Kantakuzin, imperatorun 1341-ci ildə ölümündən sonra da saraydakı nüfuzunu qoruya bildi.

Taxta çıxarılan 8 yaşlı oğlu V İohannın naibliyi uğrunda anası Savoyyalı Anna ilə mübarizəyə girişdi. Qızı Feodoranı Osmanlı sultanı Orxan Qaziylə evləndirərək siyasi nüfuzunu və hərbi gücünü artırdı. Nəticədə 3 fevral 1347-ci ildə tərəflər arasında bağlanan sülhə əsasən, Savoyyalı Anna naibəlikdən çəkildi və İohann Kantakuzin 21 mayda keçirilən tacqoyma mərasimində VI İohann adıyla ortaq imperator elan olundu.

1353-cü ildə öz oğlu Matvey Kantakuzini də ortaq imperator edərək öz ailəsi adından Bizans taxt-tacında haqq iddia etməyə başladı. Buna qarşı çıxan V İohann dərhal serblərlə ittifaq quraraq topladığı birliklərlə Kantakuzinləri məğlub etdi. 10 dekabr 1354-cü ildə ələ keçirilən imperator VI İohann bütün taxt hüquqlarından məhrum edildi və qalan ömrünü yaşaması üçün kilsəyə həbs olundu. Döyüş meydanından qaçırılan oğlu Matvey Kantakuzin isə 1357-ci ildə serblər tərəfindən əsir alınaraq Bizans ordusuna satıldı və o da, taxt hüququndan məhrum edilərək həbs edildi.

Bulqar çarı III İvan Asenin qızı İrina Asenlə evli idi və cütlüyün 6 övladı dünyaya gəldi.

  • Nicol, Donald M. (1993). The Last Centuries of Byzantium, 1261-1453. Cambridge: Cambridge University Press. ISBN 9780521439916
  • Fine, John Van Antwerp (1994). The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman Conquest. Ann Arbor: University of Michigan Press. ISBN 978-0-472-08260-5
  1. 1 2 Library of the World's Best Literature. / red. C. D. Warner 1897.
  2. Nicephorus Gregoras. Byzantine History. Vol. 1. Saint Petersburg. 1862
  3. Grierson, Philip (1999). Catalogue of the Byzantine Coins in the Dumbarton Oaks Collection and in the Whittemore Collection: Michael VIII to Constantine XI, 1258-1453. Dumbarton Oaks. p. 95. ISBN 978-0-88402-261-9