Henk Pim

Henk Pim (ing. Hank Pym) — Marvel Comics personajı. Əsasən Qarışqa-adam kimi tanınır. Lakin müxtəlif vaxtlarda Qoliaf, Eşşək arısı, Sarı Jaket və Nəhəng adam kimi adlarla da çıxış etmişdir. Qisasçılar komandasının qurucu və sabiq üzvüdür. Ən yaxın partneri həyat yoldaşı Eşşək arısıdır.

Henk Pim
ing. Henry Pym
Henk Pim Qarışqa-adam kimi
Nəşriyyat Marvel Comics
Yayım tarixi "Heyrətləndirici hekayələr" #27 (yanvar, 1962)
Yaradıcı(lar) Sten Li
Lari Liber
Cek Kirbi
Xüsusiyyətlər
Doğum yeri Nebraska
Cinsiyyəti kişi
Boyu 182 sm
Çəkisi 84 kq
Göz rəngi mavi
Saç rəngi sarı
Növü insan
Vətəndaşlıq
Təhsili Biokimya üzrə doktorantura dərəcəsi
Komiks bioqrafiyası
Üzvlükləri Qisasçılar
Qərb Sahili Qisasçıları
Qüdrətli Qisasçılar
Gizli Qisasçılar
Müdafiəçilər
Qisasçılar Akademiyası
Qisasçılar Aİ
İlluminati
Partnyorları Eşşək arısı
Düşmənləri Altron
Ləqəbləri Qarışqa-adam
Sarı Jaket
Qoliaf
Eşşək arısı
Gücləri Güclü intellekt
Böyüyüb-kiçilmə qabiliyyəti (Qarışqa-adam kimi)
Bio-enerji (Sarı Jaket kimi)
Qarışqaları idarə etmək (Qarışqa-adam kimi)

Nəşr olunma tarixi

[redaktə | mənbəni redaktə et]

Henk Pim ilk dəfə "Heyranedici hekayələr" antologiyasının 7-ci buraxılışında yer alan 7 səhifəlik "Qarışqa yuvansındakı adam" hekayəsində peyda olmuşdur. Yaradıcı heyət redaktor-rəssam Sten Li, ssenarist Lari Liber, yazıçı Cek Kirbi və Dik Ayersdən ibarət idi. 2008-ci ildə Sten Li demişdi: "Mən kiçilən insandan və onu təqib edən qarışqalardan bəhs edən "Qarışqa yuvasındakı adam" adlı komiks yaratdım. Düşünmüşdüm ki, belə bir super qəhrəman yaratmaq əyləncəli olardı".

8 buraxılışdan sonra Henk Pim özünə Qarışqa-adam adını götürmüşdür. "Heyranedici hekayələr"in 35-ci sayında (yanvar, 1962) 13 səhifəlik və 3 hissəli ("Qarışqa-adamın qayıdışı", "Qarışqa ordusu", "Hesablaşma") hekayədə ilk dəfə özünə kostyum düzəltmişdir. 44-cü buraxılışda (iyun, 1963) Cenet Van Din debüt etmişdir. Cenet Van Din Eşşək arısı adını alaraq Henk Pimlə birlikdə super qəhrəman olmuşdur. 1963-cü ilin sentyabrında Sten Li və Cek Kirbi "Qisasçılar" komiksini yaratmış, Eşşək arısı və Qarışqa-adam 1-ci sayda qurucu üzvlərdən biri olmuşdur.

İllər sonra Sten Li niyə Henk Pim çox da məşhurlaşmadığı haqda açıqlama vermişdir:

" Mən Qarışqa-adamı sevirdim, amma hekayələr tam real görsənmirdi. Biz onun kiçik halda şəklini çəkərkən əşyaları böyük təsvir etməliydik, beləliklə maraqlı şəkillər alınacaqdı. Amma onu çəkən rəssamlar (onları necə xatırladığım vacib deyil) bunu unudurdular. Onlar stolun üzərində qəhrəman baxışlı insan çəkirdilər. Mənsə onlara deyirdim ki, onun yanında bir kibrit qutusu da çəkin ki, aradakı boy fərqi görsənsin. Amma onlar bunu unudurdular. Komiksdə ona baxanda sizə elə gəlir ki, digərləri kimi kostyum geymiş adi insana baxırsız. Bu maraqlı deyildi. "

Pim tezliklə "Heyranedici hekayələr"in dəyişməz super qəhrəmanlarından birinə çevrilmişdir. Bu komiskin 1963-cü ilin noyabrında çıxan 49-cı sayında ilk dəfə Nəhəng adam olmuşdur. 69-cu saya qədər (iyun, 1965) Cenet Van Dinlə partner olmuşdur. "Qisasçılar" komiksinin 1965-ci ilin aprelində nəşr olunan 15-ci sayına qədər Qisasçıların üzvü olmuşdur.

"Qisasçılar" komiksinin 28-ci sayında (may, 1966) Qoliaf adı ilə komandaya dönmüşdür. Tədricən psixoloji problemləri üzündən 59-cu buraxılışda (dekabr, 1968) Sarı Jaket adını almışdır. "Qisasçılar" komiksinin 93-cü sayında (noyabr, 1971), "Marvel Feature" komiksinin 4-10-cu saylarında (iyul, 1972 — iyul, 1973) Qarışqa-adam olmuşdur. "Qərb Sahili Qisasçıları"nın 2-ci nəşrinin 1987-ci ilin iyulunda çıxan 21-ci sayında Qərb Sahili Qisasçılarına alim kimi qatılmışdır. Qisasçılara "Qisasçılar" komiksinin 3-cü nəşrinin 1-ci sayında (fevral, 1998) Nəhəng adam kimi qayıtmışdır. Qisasçıların dağılması ilə Sarı Jaket olmuşdur. 85-ci saydan (sentyabr, 2004) etibarən yoxa çıxmışdır.

Bir zamanlar evli olduğu Eşşək arısının ölümündən sonra "Gizli işğal: Rekviem" komiksində (yanvar, 2009) onun şərəfinə Eşşək arısı olmuşdur. "Qisasçılar Akademiyası" komiksində 1-ci saydan (avqust, 2010) son saya — 39-cu saya (yanvar, 2013) qədər bu komiksdə yer almışdır. "Qarışqa-adam və Eşşək arısı" komiksində də (yanvar, 2011) peyda olmuşdur.

Henk Pim 2010-2013-cü illərdə nəşr olunan "Gizli Qisasçılar" komiksinin 22-ci sayından (aprel, 2010) 37-ci sayına qədər (mart, 2013) əsas personajlardan biri idi.

Qarışqa-adam olması

[redaktə | mənbəni redaktə et]
Qarışqa-adam ilk dəfə komiksdə: "Heyranedici hekayələr" #35 (sentyabr, 1962)

Henk Pim biokimya sahəsində ixtisaslaşmış, başqa elmlərə də maraq göstərən, gənc və bir o qədər də macərapərəst alimdir. Macar əsilli, ABŞ-a siyasi problemlər üzündən qaçan Mariya Trovaya ilə evli olmuşdur. Evlənmələrindən qısa müddət sonra Mariya ilə Macarıstana səyahətləri zamanı Mariya gizli polis agentliyi tərəfindən öldürülür. Böyük şok yaşayan Pim zəkasını və biliyini ədalətin qorunmasına sərf etməyə qərar verir. Aldığı bu qərardan qısa müddət sonra əşyaların ölçüsünü kiçildib-böyüdən Pim hissəciklərini kəşf edir.

Henri Pim maqnitizm hadisəsindən istifadə edərək Pim hissəciklərini iki fərqli zərdaba həbs etməyi bacarır.[1] Bir zərdab cismin ölçüsünü kiçildir, digəri isə onu əvvəlki ölçüsünə qaytarır. Pim bu zərdabı üzərində yoxlayır, kiçilir, amma səhvən qarışqa yuvasına düşüb orada ilişir. Yuvadakı qarışqalar üzündən həyatı təhlükəyə düşür. Digər zərdabdan istifadə edən Pim bu hissəciklərin çox güclü və təhlükəli olduğu qərarına gələrək onları yox edir. Amma sonradan aldığı qərarın səhv olduğunu fikirləşir və bu hissəciklər üzərində yenidən təcrübələr aparmağa başlayır. Özü ilə biklikdə kiçilən kostyum da düzəldir. Qarışqa yuvasına düşdükdən sonra qarışqaları və onların ünsiyyət vasitələrini öyrənir, bir neçə aydan sonra qarışqalarla ünsiyyətə keçməyə yarayan kaska ixtira edir. Şəhərdə hər hansı bir hadisə baş verdikdə qarışqalar ona xəbər verməyə başlayır. Beləliklə, Henk Pim Qarışqa-adam olur[2] və şəhərdəki cinayətkarlara qarşı mübarizə aparmağa başlayır. Mübarizə apardığı anti-qəhrəmanlardan biri də Yumurtabaş (Elias Star) olur. Yumurtabaş kommunistlərə sirlər satdığı üçün qovulan bir fizik idi. Qarışqa-adamı məğlub etmək istəyən yerli bir qruplaşma tərəfindən kirayələnmişdir. Yumurtabaş Qarışqa-adamın əsas köməkçilərinin qarışqalar olduğunu öyrənir, onu tələyə salmaq üçün özü bir kaska düzəldib qarışqalarla ünsiyyətə girməyə cəhd edir. Amma qarışqalar bu haqda Henki xəbərdar edirlər. Qarışqa-dam Yumurtabaşı məğlub edir. Bu zaman Qarışqa-adam təkbaşına pislərə qarşı mübarizə aparmağın çətin olduğu qərarını verir. Yumurtabaş isə artıq polis tərəfindən axtarılan cinayətkardır və qisas hissi ilə alışıb yanır.

Eşşək arısı ilə tanış olması

[redaktə | mənbəni redaktə et]

Kosmosdan gələn bir yadplanetli Henkin həmkarlarından astrofizik Vernon Van Dini öldürür. Nə edəcəyini bilməyən qızı Cenet Van Din Henki tapır və ondan kömək istəyir. Daha əvvəl də tanış olmuşdular. Henk ölən həyat yoldaşına çox bənzədiyi üçün Ceneti yaddan çıxartmamaqdadır. Kömək istəyinin əvvəlcə zarafat kimi qəbul edən Pim qarışqalardan bunun doğru olduğunu öyrənir və Qarışqa-adam kimi onun köməyinə çatır. Cenet atasının qatilini tapmaq və ədalətə təslim etmək istəyir. Qarışqa-adam Ceneti laboratoriyasına aparır. Burada Qarışqa-adam olduğunu etiraf edir, ona Pim hissəcikləri ilə kiçilməyi öyrədir və biokimya biliyindən istifadə edərək onun üçün böcək qanadları yaradır. Beləliklə, Cenet Van Din Eşşək arısı adını alaraq super-qəhrəman olur. İkisi qatilin arxasınca düşüb onu məğlub edirlər.[3] Bir müddət birlikdə işləyirlər. Bir gün Halkın təcili yaxalanması siqnalı alırlar və bundan sonra həyatları tamamilə dəyişir.

Qisasçılar və Nəhəng-adam olması

[redaktə | mənbəni redaktə et]
Henk Pim ilk dəfə Nəhəng adam kimi: "Heyranedici hekayələr" #56 (iyun, 1964)

Siqnala cavab verən sadəcə Eşşək arısı və Qarışqa adam deyildir. TorDəmir adam da hadisə yerinə gəlir.[4] Halkı məğlub etmək üçün böyük mübarizə verirlər. Sonda Tor hər şeyin Lokinin oyunu olduğunu anlayır. Sonda güclərini birləşdirib Lokiyə qalib gəlirlər. Henk beşinin müxtəlif güclərə sahib olduğunu və birləşib bir komanda olmalarının mütləq olduğunu bildirir. Digərləri də komanda qurmaq fikri ilə razılaşır, Cenet isə komandanın adını qoyur: Qisasçılar. Beləliklə, Marvel dünyasının ən məşhur komandası yaranır. Qisasçılar komandası kimi ilk işlərindən biri donmuş Kapitan Amerikanı buzdan çıxarıb komandalarına qoşulmalarını təmin etmək olur.

Qisasçılar qurulduqdan sonra Henk Pim hissəciklərinin cisimləri sadəcə kiçiltmədiyini, böyütdüyünü də kəşf edir.[5] Boyu 3,5 metrə çata bilir, amma müvazinatını saxlamaqda çətinlik çətir. Buna baxmayaraq Qisasçılar macərasına Nəhəng adam kimi davam etməyə qərar verir. (İllər sonra məlum olur ki, bunun səbəbi Dəmir adamTorun yanında yetərsiz kimi görsənməməkdir[6]) Həm Qisasçı kimi, həm də Eşşək arı ilə birlikdə macəralarına davam edir. Eşşək arısı ilə birlikdə ən böyük düşmənləri olan Qasırğa tərəfindən ilk dəfə məğlubiyyətə uğrayırlar. Cenet Henkin ölçüsü böyüdükdə dəyişdiyini görür. Böyüyəndə daha diqqətsiz, daha eqoist olur. Bir tərəfdən də Qasırğa onların başına bəla olur. Henk böyüməyinin ölümcül problemlərə yol açacağından narahat olur. Qisasçılar komandası ilə olan münasibətləri də yavaş-yavaş korlanır. Komandanın Mol-adama qarşı heç bir şey etməməsi onu hirsləndirir.

Cenetin Kont Nefariyaya qarşı döyüşdə yaralanması onu qəti qərar verməyə məcbur edir. Qisasçıların Bəla Ustalarına qarşı verdiyi mübarizədən sonra Henk və Cenet komandadan ayrılmağa və kostyumlarını çıxarıb adi insan kimi yaşamağa qərar verirlər.[7] Aralarında sevgi münasibətləri cücərməyə başlayır.[8]

Qisasçıları həmişəlik tərk etsələr də, tək-tük anti-qəhrəmanlara qarşı döyüşürlər. Döyüşlərin birində bir yadplanetli Pimin kiçilmə qabiliyyətini işıq silahı ilə oğurlayır. Bu hadisə onun biologiyasına ciddi təsir göstərir, böyüyəndə dayanılmaz ağrılar hiss edir. Bu ərəfədə Eşşək arısı atlantidalı Attuma tərəfindən qaçırılır. Henk bacarığından istifadə etdikcə acı çəkdiyindən[9] kömək üçün Qisasçılara gedir, kostyumunu da dəyişərək Qoliaf[10] olur. (Daha sonra bir dəfə Şahingöz də bu adı alır) Bir yandan cinayətkarlarla döyüşür, bir tərəfdən gücünü idarə etmək üçün laboratoriyasında təcrübələr aparır. Artıq Cenet və Henkin zərdaba ehtiyacları yoxdur, öz iradələri ilə boylarını dəyişdirirlər. Henk Qoliaf kimi 7,5 metr boya sahib ola bilir, amma bu boyda qalma müddəti məhduddur. Tezliklə kiçilmə qabiliyyətinə qovuşur, amma bu dəfə də böyüyə bilmir. Nəhayət, Kollektorun onun üzərində təcrübələr aparması ilə yenidən böyümə qabiliyyətini əldə edir.

Henkin ruhi problemləri Bəla Ustaları komandası ilə qarşılaşdıqda daha da artır. Bəla Ustaları Krimson Kovlun öndərliyində, Klaw, Qasırğa, Melter və Radioaktiv adamdan ibarətdir. Anti-qəhrəmanlardan ibarət bu qrup Qisasçıları ələ keçirə bilir, amma Qara cəngavər Qisasçıları xilas edir. Bu zaman Krimson Kovlun əslində Altron-5 olduğu ortaya çıxır.[11]

Bir müddət sonra Cenet Vijn (daha sonra Qisasçıların üzvü olacaq) adlı robotun hücumuna məruz qalır. Amma məqsədinə çatmayan Vijn Henk tərəfindən ələ keçirilərək öyrənilir. Özünə gələn Vijn Altron-5 tərəfindən düzəldiyini və bütün Qisasçıları məhv etmək üçün göndərildiyini nəql edir. Vijnin köməyi ilə Altron-5 yox edilir.[12]

Daha sonraları Henk süni zəka üzərində işlədiyini xatırlayır, amma işin sonunu və niyə bundan imtina etdiyini xatırlamır. Qisasçılar olanları öyrənmək üçün Henkin evinə gedirlər. Henkin xatırladığı bir şey də evinin təcrübədən sonra partlamasıdır, amma ev indi möhürlənmiş və təmir olunmuşdur. Halbuki Henk bunları xatırlamır. Texnologiyanın köməyi ilə xatirələrini yenidən canlandıran Henk robot bədənli süni intellekt yaratdığını başa düşür. Bu robot onu öldürməyə çalışmışdır. Buna mane olmaq istəyən Henk uduzmuşdur. Bu robot daha sonra Henkin onu düzəltdiyini yaddaşından silmişdir. Bu yolla Qisasçıların ən böyük düşməni Altron-1 yaranır. Henk uzun müddət Altronu yaratdığı üçün özünü günahkar sayar və özünü bağışlamaz.[13] Bir müddət Müdafiəçilərə qoşulur.[14][15]

Henk Pim ilk dəfə Sarı Jaket kimi: "Qisasçılar" #59 (1968)

Bu hadisələrdən sonra Nyu York küçələrindən qəribə super qəhrəman peyda olur. Bir soyğunu durdurdukdan sonra jurnalistlərə adının Sarı Jaket olduğunu bildirir. Qisasçıların yanına gedir və üzv olmaq istəyir.[16] Qisasçılara Henk Pimi öldürdüyünü, Ceneti qaçırıb ona evlilik təklif etdiyini söyləyir.[17] After Ultron's brainwashing is reversed, Pym rejoins the Avengers as Yellowjacket.[18]

Sarı Jaketin gizli evində qaçırılan Cenet və Sarı Jaket öpüşürlər, bu zaman Cenet Sarı Jaketin əslində Henk Pim olduğunu anlayır və evlilik təklifini qəbul edir. Bəzi Qisasçılar buna qarşı çıxanda Cenet deyir: “Henk Pimi sevirdim. Amma aramıza mənim pulum və onun bitməyən elmi təcrübələri girdi. İndi Henk yoxdur, amma indi qarşıma məni xoşbəxt edəcək başqa şans çıxdı”. Cenet və Henk evlənirlər. Amma xoşbəxtlikləri Circus of Crimin[19] Ceneti qaçırmasına qədər davam edir. Cenetin ölmə ehtimalı Henkin ağlını başından çıxarır və yenə Qoliaf olmaq qərarını verir. Sən demə, Henk bir gün laboratoriyasında işləyərkən diqqəti dağılmış və test edilməmiş bir neçə kimyəvi məhlul tökülmüşdür. Ortaya çıxan qazlar Henkin beyninı mənfi təsir göstərmiş və ona Sarı Jaket adını götürməsinə məcbur etmişdir. Buna baxmayaraq, Cenetin xilas edilməsindən sonra Sarı Jaket adı ilə döyüşməyə davam edir.

Elm həmişə Pim üçün super qəhrəman olmaqdan daha vacib olmuşdur.[20] Əvvəlki kimi həyəcanlı olmayan macəralar, Qisasçılar komandasına hər dəfə müxtəlif adlarla girib çıxması, Pim hissəciklərindən başqa kəşfi olmaması onu stresə soxur. Bu bə bunlar kimi səbəblər Pim sonda özünə olan bütün inamının itməsin, evliliyini təhlükə altına salmasına, özünü qəribə aparmasına səbəb olur. Cenetin puluna nifrət edir, işində uğurlu olmasını qısqanır. Cenetin hər fürsətdə pulu ilə göstəriş etməsindən bezir. Uğursuzluqlarının acığını Cenetlə kobud danışmaqla çıxarmağa çalışır.

Bir gün Qisasçılarla Elf Kralıçası ilə döyüşə girirlər. Söhbətin artıq dillə həll olunduğu vaxtda Pim hirsini soyuda bilməyərək Elf Kraliçasına arxadan hücum edir. Bu cür məntiqsiz davranış Kapitan Amerikanın Pim haqqında iclas keçirməyə sövq edir. Sarı Jaketin üzvlüyü ləğv olunur. Bunu eşidən Pim laboratoriyasında bir robot düzəltməyə başlayır. Bu robot Qisasçılara hücum edəcək, Pim isə onu necə söndürə biləcəyini bildiyi üçün onu dayandıraraq guya onları xilas etdiyini göstərib komandada qalacaqdır. Amma Cenet bu planını öyrənir.

Cenet və Pim mübahisə edilər, sonda Pim ona şillə vurur və Cenet yerə yatır.

İclasda Pim üzsüz şəkildə Kapitan Amerikanı günahlandırır, amma heç kim ona inanmır. Hen düzəltdiyi Qurtuluş-1 robotunu Qisasçıların üzərinə salır. Amma robot nəzarətdən çıxır və Cenet tərəfindən durdurulur. Pim Qisasçılardan qovulur, Cenet isə ondan boşanır.[21][22]

Günahlandırılması

[redaktə | mənbəni redaktə et]
"Qisasçılar" komiksinin 1966-c ildəki 28-ci sayında Henk Pim ilk dəfə Qoliaf olmuşdur.

Pim Cenetin evini tərk edir, cibində də pul yoxdur, Cenetin çekini qüruruna görə qəbul etmir. Nə edəcəyini bilməyən Henkin qabağına keçmiş düşməni Yumurtabaş çıxır. Yumurtabaş Patrisiya Starın qolunun itirməsinə səbəbiyyət verdiyindən özünü günahkar hiss etməkdədir və Henkdən pul qarşılığında düzəltdiyi mexaniki qolu taxmasını tələb edir.[23][24] Amma qolu taxar-taxmaz Patrisiya Yumurtabaşın kontrolu altına girir. Yumurtabaş hər an Patrisiyanın qolunu partlada biləcəyini, sağ qalmasını istəyirsə dediklərini etməli olduğunu deyir. Henk məcbur Yumurtabaş üçün hökumətdən adamantiumu oğurlamaq üçün Yumurtabaşa kömək etməli olur, hətta Qisasçılarla mübarizə aparır. Amma Yumurtabaş yalan söyləmişdir, Patrisiyanın qolunda bomba yoxdur.[25] Üstəlik, Patrisiya günhkarın Henk olduğunu demək üçün proqramlandırılmışdır. Henk xainliklə günahlandırılaraq həbs olunur, məhkəmə günün gözləməyə başlayır. Məhkəmə günü Bəla Ustaları komandası (Yumurtabaş, Ay daşı, Böcək, Pələng Köpəkbalığı, Radioaktiv adam, Şokçu) Henki qaçırır, ələ keçirilən Bəla Ustalarının üzvü Şokçu qaçırılması üçün Henkin pul ödədədiyi yalanını söyləyir. Artıq heç kim Henkə güvənmir, Yumurtabaş ona Bəla Ustalarına qatılmasını təklif edir.

Hen yalandan Bəla Ustalarına qatılır, bu zaman Qisasçılar Şokçunun yalan dediyini hiss edirlər. Qisasçılar Henki xilas etməyin yolunu axtararkən, Henk təkbaşına bütün Bəla Ustaları komandasını məğlub edir. Qisaçılar Bəla Ustalarının gizləndiyi yeri tapır, Şahingöz Yumurtabaşın Henkə silah tuşladığını görür, Henk bundan xəbərsizdir. Şahingöz oxu ilə onun silahını nişan alır, amma silahdan çıxan atəş Yumurtabaşın özünü öldürür. Henkin şahidliyi ilə Şahingöz əfv olunur. Cenet ilə barışır, amma Nyu Yorku tərk edir.

Pim zaman keçdikcə qəhrəman olmadan Qisasçılara kömək etmək istədiyini başa düşür. Qərb Sahili Qisasçılarının iqamətgahında idarəçi ola biləcəyini deyir.[26] Təklifi qəbul edilir, bir tərəfdən idarəçi olur, bir tərəfdən də elmi işlərinə davam edir.[27] Bu dövr Pimin psixologiyasının ən pozulmuş dövrüdür. Altronun bitib-tükənməyən modelləri ilə mübarizəsi, Tiqra[28] ilə yeni başlayan münasibətləri, Tiqranın onu rədd etməsi, Henkin Qasırğa ilə yenidən üz-üzə gəlməsi sonda onu intihara sürükləyir.[29]

Tüm dostlarına məktub yazır, Cenetə zəng edib ondan üzr istəyir, silahını doldurub özünü öldürmək istəyəndə Atəş Quşu onu son anda dayandırır.[29] Özünə gələn Pim yenidən həyata tutunur, Qərb Sahili Qisasçılarının aktiv üzvü olur. Cenetlə barışır, hökumət tərəfindən parçalanmış Vijni bərpa edir. Sonda Qərb Sahili Qisasçıları yenidən Qisasçılarla birləşir. Bundan sonra bir müddət Şərq Sahili Qisasçılarında çıxış edir.[30]

Onslaught, Qisasçılara qayıdış və yenə vəda

[redaktə | mənbəni redaktə et]

Hank Onslaught ilə döyüşdə öldükləri zənn edilən Qisasçılardan biridir.[31] Əslində isə Henk və bəzi Qisasçılar Franklin Riçards (Rid Riçardsın mutant oğlu) tərəfindən yaradılan paralel dünyada itmişdilər. Henk və Qisasçılar geri qayada bilir. Hank və Cenet arasında romantizm yenidən cücərir, Henk daha ehtiyatlı davranır, hətta yenidən evlilik təklif edir, amma Cenet qəbul etmir.[32]

Henk Qisasçılarla dünyanı öz istədiyi kimi qurmaq istəyən Morqan Li Faya qalib gələrək komandanın yenidən qurulmasına kömək edir. Nəhəng-adam kimi Qisasçıların ehtiyat üzvü olur,[33] laboratoriya işlərinə qayıdır. Bu zaman Altron yenidən qayıdır, uzun mübarizə gedir, sonda Henk anti-vibranium aləti vasitəsilə Altronu məhv edir.[34] Qısa müddət sonra Henk Qisasçıların aktiv üzvü olur, Sarı Jaket kimi macəralarına davam edir.[35]

Qırmızı cadugər (Vanda Maksimov) uşaqlarını itirmişdir və çox streslidir. Bir gün Cenet hovuz kənarında uşaq söhbətini açır, uşaqlarını unutmaq istəyən Vandanın isə reallığı dəyişdirmək qabiliyyəti onun ağlını yerindən oynadır, gücünü bilmədən komanda yoldaşları üzərində tədbiq edir. Henk bu hadisələr başladıqda Starkla birlikdədir.[36] Bu zaman Jack of Heartsın dirilmiş cəsədi, nəzarətdən çıxmış Vijn, bir qrup Altron robotu və hirslənmiş Şi-Halk Qisasçılar Qərargahına hücum edir. Henk hadisə yerinə gəldikdə Ceneti huşsuz vəziyyətdə tapır, onu xəstəxanaya aparır. Ciddi yaralanan Cenet komoya düşür. Komanda yoldaşları Qırmızı cadugər ilə döyüşərkən Henk günlərlə Cenetin yatağının yanında oyanmasını gözləyir. Oyanan Cenet Henkin fədakarlığını başa düşür, münasibətlərinə şans verməyə qərar verir.[37] Henk və Cenet super qəhrəman olmağı buraxıb İngiltərənin Oksford şəhərinə köçürlər.[38] Qisasçılar komandası dağılır.

Vətəndaş müharibəsi və sonrası

[redaktə | mənbəni redaktə et]
Henk Pim bir müddət Eşşək arısı kimi çıxış etmişdir.

Vətəndaş müharibəsi zamanı hökumətin tərəfində olur, Toni Starkı dəstəkləyir.[39] Yaxın dostu Bill Fosterin ölümünə səbəb olan Tor kloununun yaradıcılarından biridir. Yeni Super komandalar yetişdirmək üçün SHIELD-lə işləyir. Vətəndaş müharibəsindən sonra "Time Magazine"[40] jurnalı tərəfindən ilin adamı seçilir.

Vətəndaş müharibəsindən əvvəl Cenet ilə ayrılır.

Super qəhrəman olmaq istəməsə də yeni qurulan Yeni Qisasçılar komandasına dəvət edilməməsi onda özünə güvəni yox edir. Cenet ilə ayrıldıkdan sonra, Vətəndaş müharibəsindən əvvəl Oksfordda super qəhrəmanlarla maraqlanan qadına aşiq olur. Bir gün qadın Henkdən lazım olan bütün məlumatları öyrəndikdən sonra şəkil dəyişdirir, Skrul olduğunu açıqlayır, onu məğlub edərək yerini tutur. Henk Gizli İşğal zamanı yerinə keçən onlarla super qəhrəmandan sadəcə biridir.[41]

Gizli İşğaldan sonra Skrull həbsxanasından qurtulan Henk Gizli İşğalda Cenetin öldüyünü öyrənir.[42] Baş verənlərdə, Cenetin ölümündə, bəzi dostlarının ölümündə Dəmir adamı günahkar sayır.[43] Öyrəndiklərinin şoku ilə özünü laboratoriyaya həbs edir. Pim hissəciklərini daha da inkişaf etdirir, sevdiyi insanın ruhunu şərəfləndirmək üçün adını Eşşək arısı qoyur.[44] Bu zaman elmə xidmətlərinə görə Sonsuzluq[45] tərəfindən dünyanın ən qüdrətli alimi elan edilir.[46] Yokasta (Cenetin beyin dalğalarına sahib robot) ilə birlikdə Qüdrətli Qisasçılar[47] komandasını qurur. Hər dəfə Dəmir adamı günahlandırır, bu isə aralarının pozulmasına gətirir çıxarır. Henk zaman içində itmiş Kapitan Amerikanı gətirmək üçün səfərbər olan qrupun bir üzvü olur. Mühasirə zamanı Qüdrətli Qisasçıların üzvü kimi Norman Osborna qarşı mübarizə aparır, Tora Asqardın xilas edilməsində kömək edir.

Qisasçılar Akademiyası

[redaktə | mənbəni redaktə et]

Mühasirədən sonra Henk Pim Qisasçılar Akademiyasını qurur.[48][49] Bir ara Gizli Qisasçıların üzvü olur.[50] Pim anti qəhrəman olmaq və ya öz güclərini itirmək potensialına sahib gənclərə yönəlir. Onlara güclərini idarə etməyi öyrədir. Bu zaman yenidən Nəhəng-adam olur.

Henkin Skrull kopiyasının Tiqra ilə münasibətlərindən bir uşağı olmuşdur.[51] Amma Henkin özü Tiqraya nəsə olacağı təqdirdə uşağına baxacağına söz verir. Bir yandan da Ceneti diriltməyə çalışır.

"Qorxunun özü" hekayəsi zamanı Titaniya və Əmici adam Qisasçılar Akademiyasına hücum edib oranı xaraba edirlər. Komanda məcbur keçmiş Qərb Sahili Qisasçıları komandasının qərargahına yerləşir.

Henk digər qurucu Qisasçılarla birlikdə kimdən gəldiyi məlum olmayan siqnalın arxasınca düşürlər. Henk siqnalın Cenetə aid olduğunu düşünür, Mikrodünyaya keçir və həqiqətən də onun sağ olduğunu görür.

Digərləri ilə birlikdə Mikrodünyada Lord Qouzara qarşı döyüşürlər, sonda Möcüzə-adamın köməyi ilə Mikrodünyadan qaça bilirlər. Lord Qouzar onları təqib edir, amma bu dəfə qurucu üzvlərlə deyil, bütün Qisasçılar komandası ilə qarşılaşır və məğlub olur. Cenetin qayıdışı təntənə ilə qeyd olunur.

"Qisasçılar Akademiyası" komiksinin 7-ci sayı.

Bütün bu hadisələr illərlə öncə Henkə başqa paralel dünyada yaşayan Porsuq yaxınlaşır.[52] Onun gəldiyi paralel dünyada Altron Nyu Yorka hücum edərək onu ələ keçirmiş, daha sonra bütün dünyanı feth edərək insan irqini məhv etmişdir. Buna görə Porsuq gələcəkdən gələrək Henki öldürmək istəyir.

Amma birinci Porsuq ikinci Porsuq tərəfindən dayandırılır. İkinci Porsuq daha yaxın gələcəkdən, birinci Porsuqun Henki öldürməsi ilə yaranan və Morqan Li Fay tərəfindən idarə olunan gələcəkdən gəlməkdədir.

Henkin yaşamasına icazə verilir, Henk Altronun düzəltməyəcəyinə söz verir. Amma tarixin gedişatına təsir göstərməmək üçün düzəltməli olduğunu bildirirlər. Buna görə Henk Altronu hər an dayandıra biləcək proqram üzərində çalışır. Altronun bir neçə hadisədən sonra aktiv hala gəlməsindən sonra Henk bu proqramla Altronu dayandırır.

Pimin Altronun dayandırmaq üçün yaratdığı bu proqram təkamül keçirərək Dimitrios adlı süni intellektə çevrilir və hücum etməyə başlayır. Pim bunun qarşısını almaq üçün Qisasçılar AI komandasının yaradır.[53]

  • Qarışqa-adam və Sarı Jaket kimi ölçüsünü 1 sm-ə qədər kiçildə bilir. İlk başlarda bunu ancaq zərdabın köməyi ilə edə bilirdisə, sonradan bu zərdabla mutasiyaya uğradığından öz iradəsi ilə etməyə nail olmuşdur. Boyu kiçildiyində kütləsi sabit qaldığından qüvvəti də dəyişmir.
  • Nəhəng-adam və Qoliaf kimi boyunu yüzlərlə metr böyüdə bilir. İlk başlarda bunu ancaq zərdabın köməyi ilə edə bilirdisə, sonradan bu zərdabla mutasiyaya uğradığından öz iradəsi ilə etməyə nail olmuşdur. Boyu böyüdüyündən gücü də artır.
  • Eşşək arısı kimi Nəhəng-adam və Qoliafdan daha da böyük ola bilir. Bu zaman gücü də daha çox olur.
  • Çox kiçilib Mikrodünyaya, çox böyüyüb Makrodünyaya daxil ola bilir.
  • Eşşək arısı kimi əllərindən biolektrik dalğalar göndərmək qabiliyyətinə malikdir. Belinin arxasındakı qanadlar ilə uça bilir.
  • Böyüyüb-kiçilmə bacarığını digər cisimlərdə də tədbiq edə bilər.
  • İntellekti çox güclüdür.
  • Biokimya sahəsində mütəxəssisdir. Bundan başqa subatom fizikası, süni intellekt sahəsində də bacarıqlıdır.
  • Kapitan Amerika tərəfindən bir müddət təlim aldığına görə yaxın döyüşdə çox yaxşıdır. Ən yaxşı bildiyi idman növü cüdodur. Yaxşı pilot və dalğıcdır.
  • Kaskası vasitəsilə böcəklərlə əlaqə saxlaya bilir, onları idarə edir.
  • Eşşək arısı gözlükləri ilə görmə qabiliyyətini artıra bilir, gördüklərini qeydə alır, hər cür enerjini analiz edir, düşüncələrini radio tezliyi ilə ötürür.
Maykl Duqlas Henk Pim rolunda.
  • Henk Pim həm Qarışqa-adam, həm də Nəhəng adam kimi "Marvel Super Qəhrəmanları" animasiya seriyasında peyda olmuşdur.
  • Henk Pim 1990-cı illərdə yayınlanan "İks-adamlar" animasiya seriyasının "Bir insanın dəyəri. I hissə" adlı bölümündə Qoliaf kimi görünmüşdür.
  • "Qisasçılar: Həmişə birlikdə" animasiya seriyasında Henk Pim Qarışqa-adam və Nəhən-adam kimi görünmüş və Rod Vilson tərəfindən səsləndirilmişdir. Burada Qisasçılara liderlik etsə də, tezliklə özündən əmin olmamışdır. Animasiya seriyasının məqsədi bu o qədər də tanınmış personajı tanıtdırmaq idi.
  • Henk Pim "Fantastik Dördlük: Dünyanın ən böyük qəhrəmanları" animasiya seriyasında Qarışqa-adam kimi yer almış və Con Payn tərəfindən səsləndirilmişdir. Burada Henk sarı və səliqəsiz saçların əvəzinə, qara saçlara sahib idi, Rid Riçardsın (Mister Fantastik) dostu və elmi rəqibi idi. "Dünyanın ən kiçik qəhrəmanları" adlı bölümdə mikrodünyaya düşən Fantastik Dördlük komandasına kömək edirdi.
  • Henk Pim "Qisasçılar: Yerin qüdrətli qəhrəmanları" animasiya serialında Qarışqa-adam, Nəhəng adam və Sarı Jaket kimi görünmüşdür.

Henk Pimin göründüyü ilk film film 2015-ci il istehsalı "Qarışqa-adam" filmidir. Lakin burada Qarışqa-adam Henk Pim deyil, əvvəllər qızını müalicə etmək üçün oğurluq edən Skot Lonqdur. Henk Pim isə yaşlanmış və Skota kömək etməkdədir. Henk Pim rolunu Maykl Duqlas canlandırmışdır.

  1. Tales to Astonish #27 (Jan. 1962)
  2. Tales to Astonish #35 (Sept. 1962)
  3. Tales To Astonish #44 (June 1963)
  4. The Avengers #1 (Sept. 1963)
  5. Tales to Astonish #49 (Nov. 1963)
  6. Avengers Forever #1-12 (Dec. 1998 - Feb. 2000)
  7. The Avengers #15 ()
  8. Tales To Astonish #63 (Jan. 1965)
  9. Avengers #28-35 (May-Dec. 1966)
  10. Avengers #28 (May 1966)
  11. İlk görünmə: The Avengers #54 (July 1968); mənşə: The Avengers (Nov. 1968)
  12. Avengers #66-68 (July-Aug. 1968)
  13. The Avengers #74 (March 1970)
  14. Defenders #23-25 (May–July 1975)
  15. Giant-Size Avengers #4 (May 1975)
  16. The Avengers #137 (July 1975)
  17. The Avengers #161 - 162 (July-Aug. 1977)
  18. The Avengers #170 (April 1978)
  19. The Avengers #59-60 (Dec. 1968 - Jan. 1969)
  20. Avengers #195 (May 1980)
  21. The Avengers #212-213 (Oct.-Nov. 1981)
  22. The Avengers #214 (Dec. 1981)
  23. The Avengers #217 (March 1982)
  24. The Avengers #224 (Oct. 1982)
  25. The Avengers #228-230 (Feb.-April 1983)
  26. West Coast Avengers vol. 2, #1 (Oct. 1985)
  27. West Coast Avengers vol. 2, #21 (June 1987)
  28. West Coast Avengers vol. 2, #16 (Jan. 1987)
  29. 1 2 West Coast Avengers vol. 2, #17 (Feb. 1987)
  30. Avengers #368 (Nov. 1993)
  31. Avengers vol. 2, #1 - 13 (Nov. 1996 - Nov. 1997)
  32. West Coast Avengers vol. 2, #42 (March 1989)
  33. Avengers vol. 3, #1 (Feb. 1998)
  34. Avengers vol. 3, #19 - 22 (Aug. - Oct. 1999)
  35. The Avengers vol. 3, #41 - 55 (June 2001 - Aug. 2002)
  36. The Avengers vol. 3, #85 (Sept. 2004)
  37. Avengers Annual 2001 (Sept. 2001)
  38. Avengers Finale #1 (Nov. 2004)
  39. Avengers: The Initiative #14 (Aug. 2008)
  40. Civil War #1-7 (June 2006 - Jan. 2007)
  41. Mighty Avengers #15 (Aug. 2008); Secret Invasion #1-8 (June 2008 - Jan. 2009)
  42. Secret Invasion #8 (Dec. 2008)
  43. Mighty Avengers #21 (Feb. 2009)
  44. Secret Invasion: Requiem (Jan. 2009)
  45. Mighty Avengers #34
  46. Mighty Avengers #30 (Dec. 2009)
  47. Mighty Avengers #23 (May 2009)
  48. Avengers Academy #1
  49. Aryes, Tom. "Gage explains the return of Giant-Man". Digital Spy. 2010-09-04. 2010-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-14.
  50. Bendis, Brian Michael (w). Secret Avengers #22
  51. Avengers: The Initiative #19 (Jan. 2009)
  52. Age of Ultron #5-10 (June- ?? 2013)
  53. Bendis, Brian Michael (w). Avengers A.I. #1