Eşşək arısı (komiks)

Arı (ing. Wasp) — Marvel Comics tərəfindən yaradılmış super qəhrəman personajı. Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "Heyranedici hekayələr" komiksinin 1963-cü ilin iyununda çıxan sayında yer almışdır. "Şirin" ləqəbli bu personajın əsas gücləri böcək qanadları vasitəsilə uçmaq, əlindən bioelektrik iynələr göndərmək və böyüdüb-kiçilməkdir. Arı Qisasçıların qurucu üzvlərindəndir və uzun illər komandanın üzvü olmuşdur. Partneri və həyat yoldaşı Henk Pim olmuşdur.

Arı
ing. Wasp
Nəşriyyat ABŞ Marvel Comics
Yayım tarixi "Heyranedici hekayələr" #44 (iyun, 1963)
Yaradıcı(lar) Sten Li
Cek Körbi
Xüsusiyyətlər
Əsl adı Canet Van Din
Doğum yeri Kriskil, Nyu Cersi
Cinsiyyəti qadın
Boyu 163 sm
Çəkisi 50 kq
Göz rəngi göy
Saç rəngi qırmızımtıl qəhvəyi
Növü insan
Komiks bioqrafiyası
Üzvlükləri Qisasçılar
Əsrarəngiz Qisasçılar
Leydi Xilaskarlar
Qərb Sahili Qisasçıları
Qüdrətli Qisasçılar
Partnyorları Henk Pim
Düşmənləri Qasırğa
Ləqəbləri Can, Doktor Spektrum, Canet Pim, Şirin
Gücləri bioloji iynələr
uçmaq
böyüyüb-kiçilmə

2011-ci ilin martında IGN "Ən yaxşı komik super qəhrəmanları" siyahısında Arını 99-cu yerdə göstərmişdir.[1] "Comics Buyer's Guide" jurnalının "Ən cazibədar qadın komiks super qəhrəmanları" siyahısında 94-cü yeri tutmuşdur.[2] 2013-cü ildə isə Marvel.com saytı tərəfindən ən yaxşı 5-ci Qisasçı seçilmişdir.[3]

Arının komiks dünyasında debütu: "Heyranedici hekayələr" #44 (iyun, 1963)

Canet van Din zəngin alim Vernon van Dinin qızı kimi Nyu Cersinin Kriskill şəhərində anadan olur. Atasının yadplanetli bir varlıq tərəfindən öldürülməsindən sonra Canet kömək üçün onun həmkarı Henk Pimə gedir. Atasının intiqamını almaq üçün Pimin köməyi ilə Pim hissəcikləri vasitəsilə böyüyüb-kiçilmə, əlində bioelektrik iynələr atmaq və uçmaq qabiliyyətinə yiyələnir. Beləliklə, Canet van Din Arı olur. Henk Pim və Canet van Din yadplanetlini tapıb Vernonun qisasını alırlar. Canet Arı kimi qalmağa və Henk Pimlə birlikdə işləməyə qərar verir. Bu zaman Canetin Henkə qarşı hissləri yaranır, lakin Henk öldürülmüş həyat yoldaşına görə bu münasibəti qəbul etmir.[4]

Henk Pimlə partnerliyi müddətində Arı Yumurtabaş, Kirpi və Qasırğa ilə döyüşür. Arı bacaqlı super qəhrəman olduğunu sübut edir, böcəklərlə ünsiyyətə girə bilir. Hava silahlarından istifadə etməyə başlayır.[5]

Loki hiylə yolu ilə Toru Halkla döyüşdürmək istəyir. Hadisə yerində Tor, Halk, Dəmir adam, Qarışqa-adam və Arı Lokinin hiyləsini başa düşərək birlikdə ona qalib gəlirlər. Beləliklə, onlar Qisasçılar komandasını qururlar.[6] Arı komandanın adını qoyur və qurucu üzvlərdən birinə çevrilir. Eşək arısı həmişə döyüşlərdə sərt olur. Canetin gözəlliyi onun komanda yoldaşlarının diqqətini çəkir. Xüsusilə Torun ona qarşı hissləri Henkdə qısqanclıq yaradır. Arının Qisasçılardakı ilk illərində Kont Nefariyaya qarşı döyüşdə ağciyər nahiyəsindən aldığı mərmi yarasından ciddi yaralanır və ölümdən son anda qurtulur.[7] Bir neçə saydan sonra Canet komandanı tərk edir.[8] "Qisasçılar" komiksinin 26-cı sayında komandaya yenidən qoşulur. Bu dəfə artıq Pim hissəcikləri kapsulasına ehtiyacı qalmır, öz ölçüsünü iradəsi ilə dəyişə bilir.

Canet Henklə münasibətlərinin düzələcəyinə ümid edir, amma münasibətləri düz getmir, hətta dramatik hadisələrlə nəticələnir.[9] Sarı Jaket kimliyinə bürünən Henk Pim Qisasçılar iqamətgahına gedərək Henk Pimi öldürdüyünü və Arını qaçırdığını bildirir, komandadan üzvlük tələb edir.[10] Onu öldürdüyünə inanmayan Arı Henkin harada gizlədildiyini öyrənməyə çalışır, amma Sarı Jaketin elə Henk Pim olduğunu öyrənir. Əvvəlcə o bunu etiraf etmir, lakin Arı ilə evlənməyə razı olur. Toylarına Cinayət sirki basqın edir. Döyüş əsnasında Henk Pim olduğunu Arına etiraf edir.[11]

"Qisasçılar: Yerin qüdrətli qəhrəmanları" animasiya serialından Arı.
  • Arı "Marvel Super Qəhrəmanları" animasiya serialında Peq Dikson tərəfindən səsləndirilmişdir.
  • Arı "Fantastik Dördlük"ün "Yaşayan planet üçün döyüşmək" seriyasında görünmüşdür.
  • Linda Ballantin tərəfindən "Qisasçılar: Birlikdə onlar güclüdür" animasiya serialında səsləndirilmiş və əsas personajlardan biri olmuşdur. Burada dəmir zirehdən istifadə etmişdir.
  • Canet van Din "Super qəhrəman heyəti şousu" animasiya serialında yer almış Cennifer Morrison tərəfindən səsləndirilmişdir.[12]
  • Arı "Qisasçılar: Yerin qüdrətli qəhrəmanları" animasiya serialında Kolin Şauqnessi tərəfindən səsləndirilmişdir.[13] Serialda Arı yeganə Qisasçı olmuşdur ki, bütün 52 seriya boyunca komandanı tərk etməmişdir. Personaj sarı-qara kostyumda təsvir edilmişdir.
  • "Marvel disk müharibələri: Qisasçılar" animasiya serialında peyda olmuşdur.[14]
border=none Əsas məqalə: Qarışqa-adam (film, 2015)

Arının göründüyü ilk film 2015-ci ildə çəkilən "Qarışqa-adam" filmi olmuşdur və Arını Hayli Lovit canlandırmışdır, lakin burada Arı cəmi bir neçə saniyəyə görsənmişdir. Belə ki, 1989-cu ildə bir misyada Canet öz həyatını itirdiyi kiçik səhnədə peyda olmuşdur, lakin filmin sonunda Henk Pim qızı Hop Pimə yeni Arı kostyumunu vermişdir[15][16][17]. Gələcək filmlərdə Arının Canet deyil, Hop Pim olacağı güman olunur.[18] Marvel Studios prezidenti Kevin Feyc növbəti filmlərdə Arının əhəmiyyətli yer tutacağını bildirmişdir.[19]

  • "Captain America and the Avengers"
  • "Marvel Super Hero Squad Online"
  • "Marvel: Avengers Alliance"
  • "Lego Marvel Super Heroes"
  • "Disney Infinity 2.0 Edition"
  • "Marvel Heroes"
  1. "Arxivlənmiş surət". 2016-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. ISBN 1-4402-2988-0
  3. "Arxivlənmiş surət". 2016-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  4. Tales to Astonish #44
  5. Tales to Astonish #57
  6. The Avengers #1
  7. Avengers #13–14
  8. Avengers #16
  9. The Avengers #57, 59–60
  10. The Avengers #59
  11. The Avengers #60
  12. "Arxivlənmiş surət". 2012-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  13. "Arxivlənmiş surət". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  14. "Arxivlənmiş surət". 2014-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  15. Goldberg, Matt. "Kevin Feige Reveals ANT-MAN Will Have another Beloved Marvel Superhero". Collider. June 22, 2015. June 25, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 22, 2015. (#invalid_param_val)
  16. Keyes, Rob. "How Does Wasp Factor Into 'Ant-Man' Movie?". Screen Rant. June 22, 2015. June 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 17, 2015.
  17. Goldberg, Matt. "ANT-MAN Set Visit: Evangeline Lilly Talks Ambiguity, Script Changes, and More". Collider. June 22, 2015. June 27, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 17, 2015.
  18. Davis, Erik. "Interview: Marvel Studios President Kevin Feige on 'Ant-Man,' 'Doctor Strange' and More". Fandango.com. July 7, 2015. July 17, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 17, 2015. (#invalid_param_val)
  19. "Kevin Feige Onayladı: Wasp Marvel Evreninin Büyük Bir Parçası Olacak!".[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]