Dedpul (ing. Deadpool) — Marvel Comics nəşriyyatının işçiləri Fabian Nikieza və Rob Lifild tərəfindən yaradılmış[1] və ilk olaraq "Yeni Mutantlar" komiksinin 98-ci sayında görünən personaj. DC Comics tərəfindən yaradılmış Dezstrouk personajının parodiyasıdır. İlk olaraq antiqəhrəman kimi görünmüşdür, lakin daha sonra İks-adamlara qatılmışdır. Yaradıcılarından Rob Lifild bir Teen Titans pərəstişkarı idi, oradakı Dedstork personajının parodiyası kimi Dedpulu yaratmaq qərarına gəlmişdir. Dedstrokun əsl adı Sleyd Vilson,[2] Dedpulun əsl adı Ueyd Vilsondur.
Dedpul | |
---|---|
ing. Deadpool | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Yeni Mutanlar" #98 (yanvar, 1991) |
Yaradıcı(lar) |
Fabian Nikieza Rob Lifild |
Xüsusiyyətlər | |
Əsl adı | Ueyd Vinston Vilson |
Cinsiyyəti | kişi |
Növü | insan (sonradan mutant) |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
Dedpul Korpusu İldırımsaçanlar Silah-X Muzdlu Qəhrəmanlar X–Men Six Pack |
Partnyorları | Kinqpin, Taskmaster, Cəsus X, Copycat, Porsuq, Kabel, Domino, Ölüm, BOB |
Ləqəbləri | Merc With a Mouth, Cek Ueyd T.Vilson, Halkpul, Tom Kruz, Ninza Hörümçək–adam, X–Silah |
Gücləri |
Regenerasiya xüsusiyyəti Çeviklik, güc dayanıqlıq Nişancılıq |
Çox danışan bir personajdır. Hətta bir dəfə çox danışdığından bir nfərin intihar etməsinə səbəb olmuşdur. Dedpulun digər personajlardan əsas fərqli cəhəti özünün komiks qəhrəmanı olduğunu bilməsi, oxucu ilə ünsiyyətə keçə bilməsi, oxucunu güldürə bilməsidir. Ən sevdiyi yeməklər tako və çimçanqadır. Komik və pozğun bir şəxsiyyətə malikdir. Başında iki səs var, biri ağıllı, digəri isə əyləncəli, lakin axmaq şeylər söyləyir.
Əsl adı Ueyd Vilsondur. Keçmişi haqqında məlumat çox azdır. Anası xərçəng özündən ölmüş, atası ilə yaxın dostu tərəfindən öldürülmüşdür. Kanada ordusundan atılmasından sonra Silah-X layihəsinə qatılmışdır. Bir neçə dəhşətli təcrübəyə məruz qalmışdır. Təcrübələr o qədər dəhşətli idi, hətta onun ölümü haqqında mərcə girmişdilər. Bu mərc isə Dedpul (azərb. Ölüm hovuzu) adlanırdı. Bu mərcin qaydalarına görə mərcə girənlər hovuza (pool) pul yatırırlar. Qalib gələn bütün pulu alır. Təcrübələr üzündən ağlını da itirən Vilson ölümün yaxınlaşdığını da hiss etmişdir. Özünü öldürməyə çalışmışdır. Ayaksa onu öldürməyi xahiş etsə də, Killebrunun təcrübələri üçün canlı lazım olduğundan onu öldürməmişdir. Lakin sonda Ayaks bunu dözməmiş və Vilsonun dostlarından birini vəhşicəsinə döymüşdür. Can çəkən yoldaşını öldürən Vilsonun ürəyi də Ayaks tərəfindən sökülmüş və ölümə tərk edilmişdir. Lakin möcüzəvi şəkildə sağalmışdır. Saxladığı kin və nifrəti söndürmək üçün Ayaksın arxasınca düşmüşdür. Ayaksı öldürmüş, adını Dedpul qoyaraq laboratoriyanı da məhv etmişdir.
Dedpul bir qatildir, lakin heç bir zaman qadın və uşaq öldürmür. Düşmənləri hər bir zaman öldürməyə çalışır. Ninza təlimi də görmüşdür və əla nişancıdır. Hər növ silahdan mahir istifadə edə bilir. Güclü regenerasiya qabiliyyətinə də malikdir, hətta Halk onu parçalasa belə sağala bilir. Bədəninin hər hansı üzvünün qopmasına alışmışdır. Regenerasiya qabiliyyəti hətta Porsuqdan da güclüdür. Zəhərə dayanıqlıdır, heç vaxt sərxoş olmur. Sağalma qabiliyyəti dəfələrlə onun beyin hüceyrələrini öldürüb canlandırdığından şizofrenikdir. Öz dünyasında iki şəxsiyyət yaratmışdır. Dərisi xərçəng üzündən çox çirkindir və buna görə heç vaxt kostyumunu çıxarmır. Əla yaddaşa malikdir. Dəli olmasına baxmayaraq planlar qura bilir. Planları axmaq kimi görsənsə də, sonda tutur. Dedpul həmçinin ölümsüzdür. Bunun da səbəbi Tanos tərəfindən lənətlənməsidir. Hətta Yeni X-Force[3] komandası 800 il sonrakı gələcəyə səyahət edərkən onun hələ də yaşadığını görmüşdür. Dedpul ingilis dilindən başqa yapon, ispan və alman dillərini bilir. Dəli olduğundan telepatlar onun beynini idarə edə bilmirlər.
Dedpul ilk dəfə olaraq 2009-cu ildə "İks-adamlar: Başlanğıc. Rosomaxa" filmində görünmüşdür. Bu filmdə Ueyd Vilson rolunu Rayan Reynolds oynamışdır, lakin kostyum və Dedpul təxəllüsü ilə çıxış etməmişdir. Dedpula həsr olunan ilk film isə 12 fevral 2016-cı[5][6] ildə çıxmış "Dedpul" filmidir. Bu filmdə də Dedpul rolunu Rayan Reynolds ifa etmişdir. 2018-ci ildə sikvel filmi çəkilmişdir.