Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. İlk dəfə 1964-cü ildə "Qisasçılar" komiksinin 4-cü sayında peyda olmuşdur. Baron Zemo ilk əvvəllər Henrix Zemo idi, lakin onun ölümündən sonra oğlu Helmut Baron Zemo onun adını daşımağa başlamışdır. Ən çox da Baron Zemo adı ilə məhz Helmut tanınır.
Baron Zemo | |
---|---|
ing. Baron Zemo | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi |
"Qisasçılar" #4 (mart 1964) (Henrix) "Kapitan Amerika" #168 (dekabr 1973) (Helmut) |
Yaradıcı(lar) |
Henrix: Sten Li Cek Kyorbi Helmut: Toni İzabella Sal Buskema |
Xüsusiyyətlər | |
Əsl adı |
Henrix Zemo (ata) Helmut Zemo (oğul) |
Cinsiyyəti | kişi[d] |
Boyu | 177,8 sm |
Çəkisi | 83 kq |
Göz rəngi | göy |
Saç rəngi | sarı |
Növü | insan |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
Henrix: Cansız Legion Bəla Ustaları Nasist partyası Helmut: Superhumen Komissiyası Bəla Ustaları Gizli İmperiya Hidra |
Partnyorları |
Helmut: Qırmızı Kəllə Primus Sin |
Düşmənləri | Kapitan Amerika |
Ləqəbləri | Foniks, Dəmir xaç, Vətəndaş V. |
Gücləri | Hər ikisinin: Güclü intellekt, dayanıqlıq, döyüş bacarığı, qılınc ustası. |
2009-cu ildə IGN tərəfindən tərtib olunmuş "Bütün dövrlərin ən yaxşı komiks anti-qəhrəmanları" siyahısında 40-cı yeri tutmuşdur.[1]
Baron Helmut Zemo İkinci dünya müharibəsində nasistlərlə birlikdə döyüşən və Kapitan Amerikanın düşməni olan Henrix Zemonun oğludur. Atası tərəfindən sadəcə nasistlərin və bir Zemo fərdinin dünyanı idarə etməli olduğu fikrinə hələ uşaqkən inandırılmışdır. Uğurlu alim və strategiya ustası olan Helmut Zemo atasının ölümündə Kapitan Amerikanın günahının olduğuna qərar vermiş və ondan intiqam almağa çalışmışdır. Zemo uduzaraq bir kimyəvi maddələrlə dolu çənə düşmüş və bədəni eybecər hala düşmüşdür.
Zemo atasının adını alaraq Baron Zemo olmuşdur. O, əsas məqsəd kimi qabağına Kapitan Amerikanı öldürmək və dünyanı ələ keçirmək fikrini qoymuşdur. Anti-qəhrəmanlardan ibarət, daha əvvəl atasının qurduğu Bəla Ustaları komandasını yenidən toplamışdır. Bu komanda Kapitan Amerikanın da üzv olduğu Qisasçılar komandasını Stark malikanəsində ağır məğlubiyyətə uğratmışdır. Sonda Baron Zemo ilə Kapitan Amerika yenidən üz-üzə gəlmiş və Baron Zemo məğlub olmuşdur.
Onslaught ilə döyüşdən sonra Kapitan Amerika və digər Qisasçıların öldüyü zənn edilən zamanda Baron Zemo özünə Vətəndaş V adını verib keçmiş komandasından İldırımsaçanlar komandasını yaratmışdır. Zemonun liderliyi altındakı bu komanda Nyu Yorkun qəhrəmanları qəbul edilərək Qisasçıların alət və vasitələrindən istifadə etməyə başlamışdırlar. Zemo az qala bütün dünyanı ələ keçirəcəkdi, amma digər İldırımsaçanlar üzvləri qəhrəman olmağa davam etmək istəyincə qaçmağa məcbur olmuşdur.[2]
Atasının Cənubi Amerikadakı bazasına gedərək İldırımsaçanlardan qisas almağa çalışsa da, uğursuz olmuşdur.
Henrix və Helmut Zemoya qədər Zemo nəslinin bir çox nümayəndəsi olmuşdur. İlk Zemo 1480-ci ildə yaşamış Harbin Zemodur.
Baron Zemo heç bir üstün gücə malik deyildir. Əsas qabiliyyətləri döyüş bacarığı, zehin idarə alətləri, usta qılınc oynadan olmasıdır. Həmçinin dahi strategiya ustasıdır.
2016-cı ildə çəkilmiş "Kapitan Amerika: Vətəndaş müharibəsi" filmində Baron Zemo rolunda Daniel Bryul oynamışdır.[3]