Hermes Trismegistus (yun. Ἑρμῆς ο Τρισμέγιστος — «Üç kərə ulu Hermes»; lat. Mercurius ter Maximus) — Qədim Misir müdriklik və yazı tanrısı Tot və Qədim Yunan tanrısı Hermesin xüsusiyyətlərini özündə birləşdirən sinkretik tanrının adıdır. Xristian ənənəsində, onun adı ilə tanınan kitablarda və ayrı-ayrı parçalarda (hermetik korpus) əks olunmuş Teosofiya təliminin (hermetizm) müəllifidir. İslam ənənəsində onu bəzən Sabiilərin peyğəmbəri sayılan İdrislə eyniləşdirirdilər.
Hermes Trismegistus | |
---|---|
yun. Ἑρμῆς ὁ Τρισμέγιστος | |
Fəaliyyəti | filosof, astroloq |
Vikianbarda əlaqəli mediafayllar |
Hermes Trismegistus (Merkuri) haqqında ən qədim qeyd Siseronun "Tanrıların təbiəti haqqında" traktatında yer alır. Traktatında deyilir ki, əslində beş Merkuri var idi və "Fenetlilərin sitayiş etdiyi" Arqusu öldürdüyünə görə Misirə qaçır və misirlilərə qanunları və yazıları xəbər verir. Misirlilər buna Tot deyirlər və Nil daşqınının başlaması ilə üst-üstə düşən qəməri təqviminə görə ilin ilk ayını da belə adlandırırlar[1].
Laktansius və Avqustinə görə Hermes Trismegistus, kilsə atalarının həqiqiliyinə şübhə etmədiyi bir sıra "hermetik" əsərlərin çox qədim müəllifi kimi tanınır.
Laktansius “Tanrının qəzəbi haqqında” traktatında Trismegistusun Pifaqor və Platondan çox əvvəl olduğunu göstərir. O, Trismegistusu xristianlığın gəlişini proqnozlaşdıran ən mühüm bütpərəst görücülərdən biri hesab edir. "Qaydalar" əsərində Laktansius bütpərəst müdrikliyinin xristian təliminə uyğun olduğunu göstərməyə çalışır, bu fikri dəstəkləmək üçün o, Hermesin indi Latın tərcüməsində (lat. Asclepius) kimi tanınan "Mükəmməl söz" traktatını yunan dilində bol-bol sitat gətirir[2].
Avqustin "Tanrının şəhəri haqqında" traktatında, kitab-18, fəsil-39, yazır ki, Merkuri Trismegistus yunan müdriklərindən yaşlı olsa da, Musadan gəncdir. Məhz, Musa Merkuri Trismegistusun ulu babası Prometeyin qardaşı, böyük astroloq Atlas ilə eyni vaxtda yaşamışdır. Avqustin Trismegistusu xristianlığın gəlişinin peyğəmbəri kimi tanıyır, lakin Laktansiusdan fərqli olaraq, bunda əməyi olmadığını, Trismegistusun gələcək haqqında məlumatı xidmət etdiyi cinlərdən aldığını düşünür. Avqustin kitab 8, fəsil 23-də ruhları və ya cinləri cəlb edərək sehrli üsulla heykəllərin canlandırmasını təsvir edən "Asklepius"un fraqmentini ətraflı müzakirə edir və pisləyir.
İsgəndəriyyəli Klement Hermesin, bütün Misir fəlsəfəsini özündə əks etdirən 36 kitabını, tibbə dair 6 kitabını, musiqilərinin və himnlərinin yer aldığı 2 kitabını və ulduzlar haqqında 4 kitabını xatırladır. Lakin Klement onların heç birini sitat gətirmir[3].
Orta əsrlər Avropasında Hermes Trismegistusa aid edilən və əsasən magiya, astrologiya, əlkimya və təbabətə həsr olunmuş latın dilində çoxlu traktatlar var idi ki, bunlardan ən mühümləri "(lat. Asclepius)" və məşhur "Zümrüd Lövhə"dir (lat. Tábula smarágdina). XV əsrin ikinci yarısında Ficino onlara yunanca "Poymandra" (q.yun. Ποιμανδρις — ərlərin çobanı) mətnini, yəni (lat. Corpus Hermeticum)un ilk 14 traktatını əlavə edir.
XV-XVI əsrlərdə Trismegistus ən qədim filosof və sehrbaz kimi mübahisəsiz səlahiyyətə malik idi. Görünür, Ficino əvvəlcə əlindəki (lat. Corpus Hermeticum)un traktatlarını tərcümə etmək üçün Platonun dialoqlarının tərcüməsini təxirə salmışdır. İlk dəfə Hermes Trismegistusun yazılarının həqiqiliyinə dair dərin şübhə isveçrəli filoloq İsaak de Kasaubon (1614) tərəfindən ifadə edildi. Filoloq Ficinin “Poymandra”sının yunan mətnini təhlil edərək Hermes Trismegistusun yazılarının erkən xristianlıq dövründə saxtalaşdırıldığı fərziyyəsini irəli sürdü. Yazılar erkən xristian dövründə xristian doktrinasını bütpərəstlərin zövqlərinə uyğunlaşdırmaq üçün saxtalaşdırılıb və onların qismən platonçuların əsərlərindən, qismən də xristian müqəddəs kitablarından tərtib olduğunu göstərir[4]. Kasaubon Hermes Trismegistusun varlığını inkar etmirdi.
XVIII əsrin birinci yarısına qədər Trismegistus gerçək tarixi şəxsiyyət hesab olunurdu[5].
Müasir tədqiqatçılar (fr. André-Jean Festugière, ing. Frances Amelia Yates) hesab edirlər ki, (lat. Asclepius) və (lat. Corpus Hermeticum) traktatları təxminən b.e. II—III əsrlərində yazılmışdır. (lat. Asclepius)un latın dilinə IV əsrdən əvvəl tərcümə edilmişdir. Eyni zamanda, Kazaubonun Hermetik yazıların yaradılmasında xristianların rolunu şişirtdiyi də güman edilir.
Hermes Trismegistusun müəllifliyinə "Müdrik Hermesin kitabı"nın (Kitab Hirmis əl-Hakim) əlyazmasını da aid edirlər[6].