Heydər Əliyev Muzeyi (Quba)

Heydər Əliyev MuzeyiQuba rayonunda Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən muzey.

Heydər Əliyev Muzeyi
Xəritə
Əsası qoyulub 2005
Açılış tarixi 23 sentyabr 2011[1]
Mövzu bioqrafik
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Quba
Ünvan Heydər Əliyev, 481, Quba, AZ4000
Muzeyə yetişmək Quba
Telefon Tel.: (+994 2333) 5-07-12, (+994 2333) 5-06-89
41°21′55″ şm. e. 48°31′35″ ş. u.
heydaraliyev-centers.az/…

Ümumilikdə Heydər Əliyev mərkəz və muzeyləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixidilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.[2]

Azərbaycanda Heydər Əliyev muzeylərinin təşəbbüskarı və yaradıcılarından biri Quba Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova olmuşdur.[1]

Heydər Əliyev muzeylərinin mahiyyət etibarı ilə mərkəz kimi fəaliyyət göstərdiyini, onların regionlarda ictimai-siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını nəzərə alaraq, habelə yerlərdən daxil olan çoxsaylı müraciətlərə əsasən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Heydər Əliyev Muzeyləri mərkəz adlandırılmışdır.[2]

Ulu Öndər Heydər Əliyev əbədiyyətə qovuşduqdan sonra Respublikamızda ilkinlərdən biri olaraq 25 iyul 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevinAzərbaycan Respublikasının I vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Qubada rayon Heydər Əliyev Muzeyi (Mərkəzi) fəaliyyətə başlamışdır. Muzeyin rəy kitabında Prezident cənab İlham Əliyev aşağıdakı ürək sözlərini qeyd etmişdir:[1]

" Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış oldum. Xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti burada nümayiş etdirilən şəkillərdə əks olunur. Heydər Əliyev müxtəlif dövrlərdə Qubada dəfələrlə olmuş və çoxsaylı görüşlər keçirmişdir. O, Azərbaycanın qədim şəhəri olan Qubaya və qubalılara həmişə böyük diqqət göstərirdi. Heydər Əliyevin siyasəti bu gündə yaşayır və əbədi yaşayacaqdır. "

Muzeyin Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik və azərbaycançılıq irsinin öyrədilməsi sahəsindəki fəaliyyəti və qubalıların, xüsusilə gənclərin Ulu Öndərin irsinə artan marağı nəzərə alınaraq 2011-ci ildə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında möhtəşəm və yaraşıqlı Heydər Əliyev Mərkəzi istifadəyə verilmişdir. Mərkəzin qarşısında xalq rəssamı, akademik Ömər Eldarovun müəllifi olduğu Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılmışdır.[1]

Milli memarlıq elementlərindən istifadə olunmaqla müasir tikinti texnologiyalarına uyğun inşa olunan dördmərtəbəli muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey fəaliyyət göstərir. Burada Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərləri, o cümlədən Quba rayon ictimaiyyəti ilə görüşlərini əks etdirən fotoguşələr yaradılmışdır. Ümummilli Liderin irsinin gənc nəsillərə çatdırılması üçün mərkəzdə virtual tədris sinifləri, üç konfrans zalı, kompüter mərkəzi, kitabxana vardır. Bundan əlavə, mərkəzdə xarici dillər mərkəzi, 3D kinozalı, ədəbiyyat dərnəyi, kulinariya məktəbi, heykəltəraşlıq, xalça və rəsm studiyaları, fotostudiya da yerləşir. Mərkəzdə yeməkxana, mətbəx, milli rəqs studiyası da yaradılmışdır.[3]

23 sentyabr 2011-ci ildə Quba Heydər Əliyev Mərkəzi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamışdır. Prezident İlham Əliyev Mərkəzin açılışında söylədiyi "Ölkəmizdə son illər ərzində tikilən Heydər Əliyev mərkəzlərinin bəlkə də ən yaraşıqlısı, möhtəşəmi və funksional baxımdan ən gözəli Quba mərkəzidir. Bu mərkəz həm şəhərə əlavə yaraşıq verir, eyni zamanda, burada müxtəlif tədbirlərin keçirilməsi üçün bütün şərait vardır" sözləri isə fəaliyyət proqramımız olmuşdur.[1]

  1. 1 2 3 4 5 "Quba rayon Heydər Əliyev Mərkəzi" (az.). https://kataloq.gomap.az. Archived from the original on 2023-01-26.
  2. 1 2 "Göyçay Rayon Heydər Əliyev Mərkəzi" (az.). ttps://kataloq.gomap.az. Archived from the original on 2023-01-25.
  3. "İlham Əliyev Qubada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir" (az.). https://president.az. Archived from the original on 2023-01-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]