Higiyena

Təmizlik gigiyenanın ilkin şərtidir.

Gigiyena (q.yun. ὑγιεινόν — "sağlam") — tibbin həyat şəraitinin, insan əməyinin insana təsirini və müxtəlif xəstəliklərin profilaktikasını öyrənən elm sahəsidir. İnsan sağlamlığını qorumağı əmək və istirahətin düzgün təşkilini öyrənir. Bu sağlamlığı qorumağa və ömrü uzatmağa kömək edir.

Gigiyena sözü Qədim Yunan mifologiyasından götürülmüşdür. Qədim Yunanların təbabət tanrısı Asklepinin (yun. Ἀσκληπιός, Asklepios) beş qızından biri olan Higieya (q.yun. Ὑγιεία) təmizlik ilahəsi idi.

Şəxsi gigiyena

[redaktə | mənbəni redaktə et]

Şəxsi gigiyena – sağlamlığı qorumağa və möhkəmləndirməyə kömək edən gigiyena qaydaları toplusu. Bu qaydalar orqanizmə təsir edən aşağıdakı təsirləri neytrallaşdırır: