Hikmət Cevdet-zadə

Hikmət Cevdet-zadə — (1893-cü il, İstanbul, Osmanlı imperiyası — 17 aprel,1945-ci il, Kansk, SSRİ) Sovet türkoloqu, dilçi, ədəbiyyatşünas, dosent və professoru.

Hikmət Cevdet-zadə
Doğum tarixi 1893-cü il
Doğum yeri İstanbul,  Osmanlı imperiyası
Vəfat tarixi 17 aprel 1945-ci il
Vəfat yeri Kansk, RSFSR, SSRİ
Vətəndaşlığı  SSRİ
Uşaqları Fəzilət,Jalə,Yavuz
Fəaliyyəti dilçilik, türkologiya

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Hikmət Cevdet-zadə 1899-cu ildə İstanbul ümumtəhsil məktəbində təhsil almağa başlamış, 1909-cu ildə məzun olmuş, sonra 1904–1910-cu illərdə gimnaziyada oxumuşdur. 1913-cü ildə İstanbul Pedaqoji İnstitutunu bitirmişdir. 1918-ci ildə O, Batumiyə köçmüş və 1924-cü ildə burada türk məktəbi açmışdır. Hikmət Cevdet-zadə, elə bu şəhərdə müəllimlik edən Nayma Süleymanova Kakabadze ilə evlənmişdir.

1920-ci illərinin sonundan etribarən (hələ tələbə ikən) Hikmət Leninqrad Şərq İnstitutunda Türk dilinin tədrisinə başlayıb. 1926-cı ildə SSRİ-də Acariya Xalq Təhsili Komissarının təşkil etdiyi Birinci Ümumittifaq Türkoloji Qurultayının işində, Gürcüstandan bir nümayəndə kimi iştirak etmişdir. 1930-cu illərdə dosent, sonra Leninqrad Şərq İnstitutunda (LŞİ) professoru olmuş, həmşinin Leninqrad Fəlsəfə, Dilçilik və Tarix İnstitutunda (LFDTİ) (1934-cü ilə qədər); 1931–34-cü illərdə Hərbi- Dəniz Akademiyasında da dərs demişdir. Yaşayan Şərq Dilləri Mərkəzi İnstitutu/LŞİ oxumuşdur. 1933-cü ilin noyabrından SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi olmuşdur.

Represiyalar dövründə 11 sentyabr 1937-ci ildə həbs edilmiş, 10 noyabr 1939-cu ildə məhkum edilmişdir. 17 aprel 1945-ci il, Rusiyanın Krasnoyarsk Krayı Kansk şəhər həbsxana düşərgəsində vəfat etmişdir. 1957-ci ildə ölümündən sonra bəraət almışdır.

Elmi nəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Hikmət Cevdet-zadə, türk dili ilə bağlı dərsliklərin tərtib edilməsi və türk dilinin tədrisi tarixində yer tutur. İstedadlı müəllim, İstanbul Müəllimlər Seminariyasının tələbəsi, Leninqrad Şərq İnstitutu (1926–1937) və Leninqrad Universitetinin dosenti (1933–1937).

Hikmət Cevdet-zade, "Türkcə Danış: Danışıq kitabçası " (L., 1927),[1] "Türk antalogiyası (lüğətli)" (L., 1931), "Müasir Türk dilinin qrammatikası"[2] (L., 1934; A. N. Kononov ilə birlikdə yazılmışdır) və Leninqrad Şərq İnstitutu tərəfindən şüşə qrafika metodu ilə H. M. Tsovikyan , S. S. Djikia və A. N. Kononov ilə birlikdə müəllif olaraq nəşr olunan bir sıra dərsliklər.[3],[4]

H. Cevdet-zadənin A. N. Kononovla birlikdə yazdığı müasir türk dilinin qrammatikası, Türkiyədə əlifba islahatından sonra nəşr olunan latınlaşmış qrafikaya əsaslanan Türk dilinin ilk dərsliyidir. Təhsil məqsədləri də kitabın hazırlanmasını diktə edilirdi: Türk qrammatikası məsələlərini müstəqil nəzəri əhatə edən elementləri özündə cəmləşdirən Türk dilinin quruluşunun sistematik bir təqdimatı.

Cevdet-zadə Hikmət əsasən dilçi kimi tanınır.

Şərqşünaslıq İnstitutunun planlarına görə O, 19–20-ci əsr Türk ədəbiyyatı tarixi ilə də məşğul olmalı idi. Ayrıca "Türk ictimai-siyasi antologiyası" nı (LŞİ, 1935, kollotip. Nəş.)

  • Cevdet-zadə H. Türkcədanış: danışıq kitabçası. — L., 1927;
  • Cevdet-zadə H. Türk dilinin antalogiyası. — L., 1931; 396 səh .;
  • Cevdet-zade H. Müasir Türk dilinin qrammatikası: (Fonetika, morfologiya və sintaksis). (A. N. Kononov ilə birlikdə). — L., 1934;
  • Cevdet-zadə H. III və IV kurslar üçün Türk antalogiyası, (A. N. Kononov, S. S. Jikia, H. M. Tsovikyan ilə birlikdə). — L., 1935;
  1. Турецкая хрестоматия. (Со словарем) Arxivləşdirilib 2017-08-16 at the Wayback Machine Х. Джевдет-заде, Л., 1931, раздел "Турецкий язык", № 1440
  2. Репрессированное востоковедение Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Я. В. Васильков, А, М. Гришина, Ф. Ф. Перченок, стр.121
  3. Советское востоковедение ч. III Arxivləşdirilib 2021-09-26 at the Wayback Machine Х. М. Цовикян
  4. Тюркологический сборник Arxivləşdirilib 2019-09-29 at the Wayback Machine "К шестидесятилетию А. Н. Кононова", стр.8

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]