Hirbə

HirbəMidiyanın ən böyük şəhərlərindən biri. Təxminən Midiyanın gücləndiyi dövrlərdə inşa edilmiş şəhər hökmdar şəhəri qədər zəngin və dəbdəbəli olmuşdur. Şəhərin yeri haqqında mənbələrdə məlumat verilmədiyindən onun harda yerləşməsi hələ də naməlumdur. Dəməşqli Nikolayın əsərinn dövrümüzə çatmış hissələrində Hirbə Midiyanın Persiaya yaxın ərazisində yerləşən şəhər kimi təsvir olunur.[1] Hər halda Dəməşqli Nikolay şəhərin nəhəng imperiyanın məhz Midiya ərazisində yerləşdiyini qeyd edir.

Şəhərin davam edən axtarışları hələ də uğurlu bir nəticə verməmişdir. Tarixçilərin əksəriyyəti Hirbə şəhərinin də digər Midiya şəhərləri kimi mühüm strateji ərazidə salındığını güman edirlər.[2] Madaylarfarslar arasında HarpaqII Kirin rəhbərliyi ilə keçirilən ilk döyüş də məhz Hirbə şəhəri yaxınlğında olmuşdur. Ktesi qeyd edir ki, II Kir maday qoşununu bilərəkdən Hirbə şəhərinə yönəltmişdi.[3] Ola bilsin ki, Kir Hirbə döyüşündə Midiya Persia sərhəddində yerləşən mühüm strateji əhəmiyyəti olan bu şəhəri ələ keçirməyi planlaşdırmışdı.

  1. "Rawlinson, George (1885).The Seven Great Monarchies of the Eastern World, New York, John B. Eldan Press, reprint (2007) p. 171. In 4 volumes. ISBN 9781428647 1". 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-02.
  2. "Rawlinson, George (1885).The Seven Great Monarchies of the Eastern World, New York, John B. Eldan Press, reprint (2007) p. 171. In 4 volumes. ISBN 9781428647 2". 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-02.
  3. M. A. Dandamaev, A Political History of the Achaemenid Empire, tr. W. J. Vogelsang, BRILL Press, (1989) p. 16