Persia sərhəddində döyüş – maday və fars hərbi qüvvələri arasında ikinci qarşılaşma. Döyüş, Persia üçün ciddi qələbə sayılmasa da, cənub-qərbi Asiyada Mdiyanın hərbi təsirinin yox olmasına ciddi işarə olmuşdur. Bu döyüş I Kambizin şəxsən iştirak etdiyi ilk döyüş olmaqla yanaşı, həm də onun oğlu II Kirlə eyni cəbhədə – madaylara qarşı döyüşdüyü ilk döyüşdür. Farsların Persiaya müstəqillik qazandırmağı qarşılarına məqsəd qoyduqları bu döyüş madaylar və farslar arasında baş tutmuş ən ağır döyüş olmaqla iki gün davam etmişdir. Döyüş farsların cənuba doğru yürüşlərini genişləndirməyə imkan yaratmaqla yanaşı, madaylarla üçüncü toqquşma üçün də ruhlandırmışdır.
Persia Sərhəddində Döyüş | |||
---|---|---|---|
II Kirin Hərbi Kampaniyası | |||
Tarix | e.ə. 551 | ||
Yeri | Ekbatan və Pasarqad sərhəddi | ||
Nəticəsi | farsların taktiki qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Döyüş əsasən Dəməşqli Nikolay tərəfindən işıqlandırılsa da, Hirbə döyüşündən bəhs edən tarixçilərin əksəriyyəti bu döyüş haqqında da informasiya vermişlər.[7] Lakin Herodot Persia sərhəddində baş vermiş bu döyüşdən bəhs etməmişdir. Əksər tarixçilər bir cəhətə diqqəti çəkirlər ki, Herodot madaylar və farslar arasında baş vermiş yalnız iki döyüş – birinci və sonuncu döyüşlərdən bəhs etmişdir.[8] Bu döyüş iki qonşunun sərhəddində baş verən ilk böyük döyüş idi.[9] Kir maday ordusunu geri çəkilməyə və qaçmağa məcbur etdi. Beləcə döyüş başa çatdı və Kir Astiaq üzərində qəti qələbə qazanmadan mübarizəni davam etdirdi. Növbəti döyüş isə farsların axırıncı müqaviməti oldu və qələbə ilə yekunlaşan son döyüş müharibənin farsların qələbəsi ilə bitməsi və Midiya dövlətinin süqutu ilə nəticələndi.
Kir Persianı Astiaqın yürüşündən qorumaq üçün bütün hərbi gücünü Persianın sərhəddində cəmləşdirmişdi.[10] Hirbə döyüşündən sonra Astiaq 1.205.000 nəfərlik ordu ilə Persiaya yürüşə hazırlaşırdı.[11] Döyüş hər iki tərəfin süvari qüvvələrinin toqquşması ilə başlasa da döyüşdə ən çox döyüş arabalarından istifadə edilmiş və bu döyüş tarixdə bu döyüşə qədər ən çox döyüş arabasının istifadə olunduğu döyüş olmuşdur.[12] Midiyalılar döyüşə hərbi güclərinin çox az bir hissəsini sərf etsələr də, farslar var qüvvələri ilə bu döyüşə hazırlaşmışdılar.[13] II Kir və onun atası I Kambizin qoruduğu şəhərin adı verilməmişdir.[14] Hər halda şəhər vacib, güclü qorunan, sərhəd şəhəri idi.[15] Astiaq şəhərə hücum edəcəyi halda, şəhər əhalisi öz doğmalarını şəhərdən çıxarçağa hazır idi.[16] Bu arada Kir və Kambiz ordu toplamaqla məşğul idilər, lakin onlar bilmirdilər ki, onların qarşısına çıxarılacaq ordunun komandanı Harpaq, yoxsa vaxtilə Kirə Ekbatandan çıxmağa kömək etmiş və əslində II Kirin məsləhətçisi olan Oebares olacaq.[17]
"Kir farsları cəsarətləndirir, Oebares isə dağları, çətin keçilən yolları keçərək irəliləyir, ətrafına çoxlu döyüşçülər toplayır, əhalini isə yaxşı müdafiə olunan şəhər qalalarda cəmləşdirirdi. Astiaq isə tərk edilmiş şəhərləri yandırır, Atradat və Kiri razlığa gəlməyə çağırır, onların keşmiş dilənçi həyatına və əsilzadə olmayan, daima madayların qulluqçusu olmuş nəsillərinə lağ edirdi. Kir isə cavab verirdi ki, Astiaq tanrıların yazdığı, farsların, keçi sürüsünü xatırladan madaylar üzərində qələbə qazanması taleyi ilə razılaşmaq istəmir. Kir bildirir ki, o madaylara şəfqət göstərərək geriyə Midiyaya (Azərbaycana) dönmələrinə icazə verə bilər, lakin madaylar da əvəzində onlardan daha üstün olan farsların və Persianın müstəqilliyini tanısınlar."
— Dəməşqli Nikolay[18]
"Beləcə döyüş başladı. Astiaq 20.000 cangüdənin mühafizəsi altında döyüşü seyr edirdi: fars ordusunun sağ cinahına Atradat (Herodot adı Mitridat olaraq qeyd edir. Dəməşqli Nikolay öz qeydlərində II Kirin atası I Kambizi səhvən Atradat adlandırır), sol cinahına isə Oebares baçşılıq edirdi. Ən cəsur döyüşçülər tərəfindən əhatə olunmuş Kir isə ordunun mərkəzində qərarlaşmışdı. Farslar qəhrəmanlıqla müdafiə olunur, maday əsgərlərini məhv edirdilər. Bu zaman Astiaq öz taxtından qışqırdı: "Bu zibil yeyənlər necə də qəhrəmanlıqla döyüşürlər!" Lakin farslar maday döyüşçülərnin yaxınlaşmasına belə macal vermədən uzaqdan onları zərərsizləşdirərərk müdafiə olunduqları şəhərə çəkildilər. Oebares və Kir qərara aldılar ki, qadınları və uşaqları yüksək dağlarla əhatə olunmuş Pasarqad şəhərinə göndərsinlər və döyüşü növbəti gün davam etdirsinlər: " Əgər biz məğlub olsaq, o zaman hamımız öləcəyik, qalib gəlsək isə özümüzün və ölkəmizin müstəqilliyini təmin etmiş olacıyıq." Səhər açıldıqda madaylara qarşı kin və nifrətlə dolu olan fars qoşunu qalanın qapılarını açaraq madayların üstünə hücuma keçdilər; Atradat şəhərin qala divarlarını qorumaq üçün bir neçə qoca kişiylə birgə qalada qaldı. Kir və Oebares isə döyüş meydanına atıldılar. Astiaq farsları dövrəyə alaraq 100.000 döyüşçüsünü fars qoşununun arxasına keçirərək zərbə endirdi. Zərbə uğurlu alındı. Atradat yaralı halda madaylar tərəfindən ələ keçirildi. Astiaq ona dedi: "Mən səni vilayət hakimi təyin etmişdim; sən mənə belə təşəkkür etdin, sən və sənin oğlun nəyə görə belə etdiniz?" Atradat təngnəfəs halda cavab verdi: " Böyük hökmdar, mən bilmirəm tanrılar mənim ovladıma bu çılğınlığı niyə bəxş ediblər, mənə cəza vermə, oonsuzda mən tezliklə öləcəm." Astiaqın ona yazığı gəldi və dedi: "Mən sənə cəza verməyəcəm, bilirəm ki, əgər sənin oğlun, sənn məsləhətinə qulaq assa belə şeylər etməzdi." Atradat vəfat etdi və Astiaq onu təntənəli şəkildə dəfn etdi."
— Dəməşqli Nikolay[19]
Döyüşün birinci günündə farsları narahat edən bir hadisə baş verir. Astiaq ordunun istirahət edən hissəsini, eləcə də onun mühafizəsi ilə məşğul olan hissəsini süvari kimi döyüşə cəlb edir. Yenə də farslar həmin gün qələbə qazanırlar. Döyüşün ikinci günündə Kir artıq döyüşü bitmiş hesab edirdi. Astiaqın ordusunun böyük bir hissəsi Kambiz və bir neçə qoca tərəfindən müdafiə olunan qalanı mühasirəyə aldığı vaxt, hərəkətə keçən Kir, arxadan maday ordusunun süvarilərinə hücuma keçərək, onların xeyli hissəsini məhv edir. Astiaq döyüşü davam etdirmək məqsədiylə şəhərə daxil olur və orda yalnız I Kambizi tapır və Kambiz də bir neçə gün sonra vəfat edir.[20] Astiaq heç bir qarnizon tapmadığı həmin şəhəri tərk edərək farsların ardınca cənuba doğru üz tutur. Bu döyüş madaylara böyük psixi zərbə olur. Birinci döyüş olan Hirbə döyüşündə açıq üstünlüklə farsların qələb qazanmasından sonra, ikinci qarşılaşmada da farslar taktiki qələbə əldə etişdilər. Döyüşdən sonra hər iki ordu öz düşərgəsinə çəkilərək növbəti döyüşə hazırlaşmağa başlayır. Bir il keçdikdən sonra, hər iki tərəf Astiaqın çoxdan tutmağı arzuladığı farsların paytaxtında qarşılaşmalı idilər.
"Kir və Oebares Persia sərhəddindəki uğurlu döyüşdən sonra Pasarqadı müdafiə etməyə hazırlaşırdılar."
— Dəməşqli Nikolay[21]