Midiya dili

Midiya dili və ya Maday dilimidiyalıların dili.[1] Bəzi tədqiqatçılar tərəfindən Zaza, Gilək, Mazandaran, BəlucKürd dilləri ilə yanaşı Şimal–qərbi İran dilləri yarımqrupuna aid olduğu deyilir.[2]

Midiya dili
Ölkə
Danışanların ümumi sayı
  • 0 nəf.
Təsnifatı
Hind-Avropa dilləri
Hind-İran dilləri
İran dilləri
Qədim İran dilləri[vd]
Midiya dili
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3 xme
IETF xme

Çox az sözün tədqiq edilməsiylə Midiya dilinin qədim İran dillərindən biri olması haqqında rəy formalaşdırılmışdır. Qrammatikası haqqında heç nəyin bəlli olmamasına baxmayaraq bu dillə Avesta dili və Qədim fars dili arasında oxşarlıqların olduğu qeyd edilmişdir.[3] Midiya dövlətinin mövcud olduğu dövrdə midiya dili bu dövlətin əhatə etdiyi ərazilərdə rəsmi dövlət dili olmuşdur.

Midiya dövrünə aid heç bir sənəd dövrümüzə çatmamışdır və midiyalıların hansı əlifbadan istifadə etmələri də məlum deyildir. Midiya ərazisindən yalnız erkən Əhəməni dövrünə aid bir kitabə aşkarlanmışdır. Həmin kitabə e.ə. VIII əsrə aid olub akkad dilində tərtib edilmişdir və kitabədə Midiya adları və sözləri istifadə edilməmişdir.[4]

Digər qədim dillərdən fərqli olaraq Midiya dilinin müxtəlif mərhələlərdə dəyişdiyini izləmək mümkün olmuşdur. E. ə. IX əsr Assur mixi yazılarında qorunmuş Midiya sözləri və e. ə. V əsr Herodotun Tarix əsərində Midiya–fars münaqişəsindən bəhs edilərkən istifadə edilmiş Midiya sözləri arasında kəskin fərqlər vardır.[5] V əsrdə artıq Midiya dilinə fars dilinin müəyyən təsiri hiss olunmaqdadır. Midiyalıların öz dillərini necə adlandırmaları və ya Midiya dilində bu dilin adının nə olması bəlli deyildir.[6][7]

  1. "Ancient Iran::Language". Encyclopædia Britannica Online. 2007. 2008-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-03-09.
  2. Schmitt, Rüdiger. Compendium Linguarum Iranicarum. Wiesbaden: Reichert. 1989.
  3. Skjærvø, Prods Oktor. An Introduction to Old Persian (PDF) (2nd). Cambridge: Harvard. 2005. 2017-04-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-12-02.
  4. Dandamayev, Muhammad & I. Medvedskaya. "Media". Encyclopedia Iranica (OT 10). Costa Mesa: Mazda. 2006. 2009-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-02.
  5. "Ancient Iran::The coming of the Iranians". Encyclopædia Britannica Online. 2007. 2008-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-02-28.
  6. Kent, Roland G. Old Persian. Grammar, Texts, Lexicon (2nd). New Haven: American Oriental Society. 1953. pp. 8-9.
  7. Diakonoff, Igor M. Media // Ilya Gershevitch (redaktor). Cambridge History of Iran, Vol 2. London: Cambridge UP. 1985. 36–148.
  • Tavernier, Jan, Iranica in the Achaemenid Period (ca. 550-330 B.C.): Linguistic Study of Old Iranian Proper Names and Loanwords, Attested in Non-Iranian Texts, Peeters Publishers, 2007, ISBN 978-90-429-1833-7
  • Schmitt, Rüdiger, Old Persian // Woodard, Roger D. (redaktor), The Ancient Languages of Asia and the Americas, Cambridge University Press, 2008, 76–100, ISBN 978-0-521-68494-1