Hozumi Yatsuka

Hozumi Yatsuka (穂積 八束?, 20 mart 1860, Uvacima[d], Ehime prefekturası5 oktyabr 1912, Kamakura[d])Yaponiya hüquqşünası, konstitusional hüquq araşdırmaçısı. Hüquqşünas Hozumi Nobuşiqenin kiçik qardaşıdır.

Hozumi Yatsuka
yap. 穂積八束
Doğum tarixi 20 mart 1860(1860-03-20)
Doğum yeri
Vəfat tarixi 5 oktyabr 1912(1912-10-05) (52 yaşında)
Vəfat yeri
  • Kamakura[d], Kamakura rayonu[d]
Vəfat səbəbi ürək tutması[d]
Təhsili
Fəaliyyəti politoloq, siyasətçi
Elmi dərəcəsi
  • hüquq doktoru[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hozumi Yatsuka 1860-cı ildə indiki Ehime prefekturasının ərazisində doğulmuşdur. Atası Uvacima klanına mənsub olmuşdur.[1] 1883-cü ildə Tokio Universitetini bitirmiş, Ernest Fenollosanın tələbəsi olmuşdur.[2] 1884–1888-ci illərdə Heydelberq, BerlinStrasburq universitetlərində təhsil almış,[1] Paul Labandın tələbəsi olmuşdur.[2]

Hozumi 1889–1912-ci illərdə Tokio Universitetinin professoru kimi konstitusional hüquq üzrə mühazirələr vermiş, 1897–1911-ci illərdə hüquq fakültəsinin sədri olmuşdur. Yaponiya Perlər Palatasının və İmperator Akademiyasının üzvü olmuşdur.[1]

Nəzəriyyələri

[redaktə | mənbəni redaktə et]

Hozumunin konstitusiya haqqındakı nəzəriyyələri imperatorun suverenliyini dəstəkləmiş və gücləndirmişdir. Parlamentar hökumətə qarşı olmuş, siyasi partiyalara həm qanunvericilikdə, həm idarəçilikdə güc verməyi dəstəkləməmişdir. Yaponiya ənənələrinin tərəfdarı olan Hozumi Mülki Məcəllənin 1890-cı ildə tərtib olunmuş orijinal versiyasını tənqid etmiş, "sədaqətin və ailəyə hörmətin məhv olmasına" səbəb olacağını müdafiə etmişdir.[2]

1920-ci illərdə davam etmiş Tayşo demokratiyası dövründə Hozuminin konstitusional nəzəriyyələri liberal fikirlər tərəfindən sıxışdırılsa da, 1930-cu illərdə ultramilliyyətçiliyin güclənməsindən sonra davamçısı Uesuqi Şinkiçi tərəfindən təbliğ edilmişdir. Əsas əsərlərinə "Konstitusiyanın məğzi" (Kenpo tayi, 1896) və "Konstitusiyanın xülasəsi" (Kenpo teyyo, 1910) daxildir.[2]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 247. ISBN 0-87011-623-1. İstifadə tarixi: 18 avqust 2024.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 328. İstifadə tarixi: 18 avqust 2024.