II Abbas (Misir)

II Abbas Hilmi Paşa (14 iyul 1874[1][2][…], İsgəndəriyyə19 dekabr 1944[3], Cenevrə) — Misirin son xədivi.

II Abbas Hilmi Paşa
ərəb. عباس حلمي الثاني
7 yanvar 1892 – 19 dekabr 1914
ƏvvəlkiKavalalı Tofiq Paşa
SonrakıHüseyn Kamil (sultan kimi)
Şəxsi məlumatlar
Doğum tarixi 14 iyul 1874(1874-07-14)[1][2][…]
Doğum yeri İsgəndəriyyə, Misir xədivliyi, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri Cenevrə, İsveçrə
Fəaliyyəti siyasətçi
Atası Kavalalı Tofiq Paşa
Anası Əminə İlhami
Həyat yoldaşı İqbal xanım
Ailəsi Kavalalı ailəsi
Dini Sünni, İslam

Təltifləri Knight Grand Cross of the Royal Victorian Order Grand Cross of the Imperial Order of Leopold Knight of the Order of St. Alexander Nevsky 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni Collar of the Order of Charles III Order of Saint Stephen of Hungary Order of Carol I Knight Grand Cross in the Order of the Netherlands Lion "Fəxri legion" ordeninin Böyük xaçı "Müqəddəs Mixail və Georgi" ordeni Knight Grand Cross of the Order of the Bath Order of Prince Danilo I "IX Piy" ordeninin böyük cəngavər xaçı Grand Cordon of the Order of Leopold Order of the Polar Star - Commander's Grand Cross Grand Cross of the Order of the Dannebrog Grand Cross of the Order of the Redeemer Order of the Royal House of Chakri Order of Chula Chom Klao Albert Order Knight Grand Cross of the Order of Saints Maurice and Lazarus Order of the Star of Ethiopia Grand Cross of the Order of Wissam El Alaouite 1-ci dərəcəli "Məcidiyyə" ordeni Order of Ludwig I Grand Cross of the Order of Franz Joseph Grand Cross of the Order of the Red Eagle Royal Victorian Chain House and Merit Order of Peter Frederick Louis Order of the Saxe-Ernestine Order of the Black Eagle, Albania
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

14 iyul 1874-cü ildə İsgəndəriyyədə dünyaya gəldi. Atası Misir xədivi Kavalalı Tofiq Paşa, anası isə Əhməd Tosun Paşa soyundan Əminə İlhamidir. İlk təhsilini İsgəndəriyyədə aldıqdan sonra qardaşı Mehmed Əli ilə birlikdə Vyanaya göndərildi. Burada ikən atasının ölüm xəbərini aldı və Osmanlı dövləti tərəfindən Misir xədivi elan edildi (7 yanvar 1892). Osmanlı hökuməti bu əsnada Avropadakı təmsilçilərinə teleqraf yollayaraq yeni xədiv üzərindəki nüfuzunu göstərmək məqsədilə, Abbas Hilminin Misirə gedərkən öncə İstanbula gələcəyini, daha sonra burada ona təsis edilən xüsusi gəmiylə İsgəndəriyyəyə yollanacağını bildirdi. Ancaq Abbas Hilmi Paşa bir bəhanə taparaq İstanbula getməkdən boyun qaçırdı və Avstriya imperatoru Frans İosif tərəfindən ona hədiyyə olunan gəmiylə Qahirəyə yola düşdü.

Abbas Hilmi Paşanın çox gənc olması və təcrübəsizliyi səbəbilə Osmanlı hökuməti illərlə Misirdə fövqəladə təmsilçisini saxlamağa davam etdi və bölgədə məşhurlaşan Qazi Əhməd Muxtar Paşanı xədiv müşaviri təyin etdi. Bununla onlar xədivi, Misir üzərində böyük nüfuz sahibi olan İngiltərənin təzyiqindən uzaq tutmağa çalışdılar.

Xədivliyinin ilk illərində ingilis ağalığına və ordudakı ingilis təsirinə müxalif olan Abbas Hilmi Paşa bu səbəblə Qahirədəki İngiltərə konsulu və təmsilçiləriylə anlaşmazlıq yaşadı. Yaradılan hökumətlərin fəaliyyətindən narazı olan tərəflər Riyaz Paşanın yeni hökumətin başına gəlməsiylə etirazları dayandırdı. Bu əsnada fransızların da Misirə göz dikməsi ilə vəziyyət daha da mürəkkəbləşməyə başladı. Abbas Hilmi Paşa onlara qarşı ingilislərin mövqeyində durdu.

Abbas Hilmi Paşanın Osmanlı dövlətinə qarşı yürütdüyü kəskin siyasət, bölgədə Osmanlının mövqeyini təmsil edən Əhməd Muxtar Paşa tərəfindən tənzimlənirdi. Belə ki, Misir xədivliyi kağız üzərində də olsa, hələ də Osmanlı təbəəliyində idi. Hətta Abbas Hilmi Paşa, ənənəyə uyğun olaraq 1893-cü ilin iyulunda Əhməd Muxtar Paşayla birlikdə İstanbula gələrək Sultan Əbdülhəmidə olan bağlılığını göstərdi. Ertəsi il Avropa səyahətinə çıxan Abbas Hilmi Paşa Osmanlı hökumətinin etirazlarına baxmayaraq bu səyahətlərini təkrarladı.

Abbas Hilmi Paşanın mütənasib olmayan siyasət yürütməsi həm daxildə, həm də xaricdə müxaliflərinin çoxalmasına səbəb oldu. Bunun nəticəsi olaraq bəzi vaxtlar sui-qəsdlərə məruz qaldı. 1894-cü ildə sui-qəsd hazırlığı görən bir nəfər italyan ələ keçirildi. 1914-cü ilin yayında İstanbulda ikən başqa bir sui-qəsdə məruz qalaraq yaralandı. O əsnada çıxan Birinci Dünya müharibəsi səbəbilə bir daha Misirə dönə bilmədi. 19 dekabr 1914-cü ildə İngiltərə Misiri himayəsinə aldı və Abbas Hilmi Paşanı vəzifədən alaraq yerinə ailənin yaşca ən böyüyü olan Hüseyn Kamili hakimiyyətə gətirdi. Qalan ömrünü İstanbulVyanada keçirən Abbas Hilmi Paşa Misirin müstəqillik qazanması və əmisi Əhməd Fuad Paşanın kral ünvanı alaraq hakimiyyətə gəlməsiylə Misirdəki taxt hüququnu itirdi. Burdakı mal-mülkü müsadirə edilən Abbas Hilmi Paşa 20 dekabr 1944-cü ildə Cenevrədə vəfat etdi.

Abbas Hilmi Paşanın ilk evliliyi 19 fevral 1895-ci ildə İqbal xanımla baş tutmuş, cütlüyün bu nigahdan 6 övladı dünayya gəlmişdir:

  • Əminə Hilmi (d. 12 fevral 1895 — ö. 1954) — evlənmədi və övladı olmadı.
  • Atiyətullah Hilmi (d. 9 iyun 1896 — ö. 1971) — ilk evliliyi Mehmed Fərid Paşanın oğlu Cəlaləddin Paşayla (d. 1885 — ö. 1930), ikinci evliliyi isə Mehmed Kamil Paşanın oğlu Əhməd Şövkət bəylə başa tutmuşdur. İlk evliliyindən 2 oğlu dünyaya gəlib.
  • Fəthiyə Hilmi (d. 27 noyabr 1897 — ö. 30 noyabr 1923) — Hami bəylə evlənmiş, övladı olmamışdır.
  • Məhəmməd Əbdül Moneim (d. 20 fevral 1899 — ö. 1 dekabr 1979)
  • Lütfiyə Şövkət Hilmi (d. 29 sentyabr 1900 — ö. 1975) — Əhməd Muxtar Paşanın oğlu Mahmud Muxtar Paşayla Kavalalı İsmayıl Paşanın qızı Nemətullah xanımın oğlu Ömər Muxtar Qatırçıoğluyla evlənmişdir. Cütlüyün Əminə Nəşədil (d. 1927) və Zəhra Qədriyyə (d. 12 mart 1929 — ö. 15 may 2012) adlı 2 qızı dünyaya gəldi.
  • Məhəmməd Əbdülqadir (d. 4 fevral 1902 – 21 aprel 1919)

Abbas Hilmi Paşanın ikinci evliliyi isə 1 mart 1910-cu ildə macar əsilzadələrindən Marianna Tereklə baş tutdu. Cütlüyün bu nigahdan övladı olmadı və 1913-cü ildə boşandılar.

  • BA, Yıldız Tasnifi, Ks. 39, Evr. 2144, Zrf. 129, Kar. 120; Ks. 39, Evr. 2139, Zrf. 129, Kar. 120; Ks. 31, Evr. 2153, Zrf. 160, Kar. 87; Ks. 39, Evr. 2087, Zrf. 57, Kar. 117; Ks. 18, Evr. 553/569, Zrf. 93, Kar. 38; Ks. 31, Evr. 2135, Zrf. 160, Kar. 87; Ks. 5, Evr. 2163, Zrf. 83, Kar. 2.
  • BA, Mısır İrâdeleri, nr. 1619, 1629, 1632.
  • C. Zeydân, Meşâhîrü’ş-şarḳ, Kahire 1902, II, 50.
  • M. S. Anderson, The Eastern Question 1774–1923, New York 1966, s. 251.
  • Rifat Uçarol, Gazi Ahmed Muhtar Paşa, Bir Osmanlı Paşası ve Dönemi, İstanbul 1976, s. 224–242.
  • Brockelmann, History of the Islamic Peoples, London 1982, s. 455–458.
  • Albert Hourani, Arabic Thought in the Liberal Age 1798–1939, Cambridge 1984, s. 200–201, 207.
  • Thomas Mayer, "Abbas Hilmi II as Reflected in Some of his Papers", AAS, XIV (1980), s. 279–286.
  • K. Vollers, "Abbas II.", İA, I, 11.
  • M. Colombe, "ʿAbbās Ḥilmī II", EI2 (İng.), I, 13.
  1. 1 2 Dictionary of African Biography (ing.). / E. K. Akyeampong, Henry Louis Gates, Jr. NYC: OUP, 2012.
  2. 1 2 Abbas (Abbas II. Hilmi) // Brockhauz Ensiklopediyası (alm.).
  3. ‘Abbās Hilmī II d’Egipte // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.