IV Lüdviq (1 yanvar 1424[1], Heydelberq – 13 avqust 1449[1], Vorms[3]) — Vittelsbax sülaləsindən 1436–1449-cu illərdə hökm sürmüş Pfals kürfürstü.
IV Lüdviq | |
---|---|
alm. Ludwig IV. von der Pfalz | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1424[1] |
Doğum yeri | |
Vəfat tarixi | 13 avqust 1449[1] (25 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | III Lüdviq (Pfals kürfürstü)[2] |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
1424-cü ildə III Lüdviq (1378–1436) və Savoyyalı Matildanın (1390–1438) birinci oğlu olaraq doğulub. 1436-cı ildə atası vəfat etdikdən sonra yetkinlik yaşına çatana qədər əmisi I Otto qəyyumluğu öz üzərinə götürdü. Onun hakimiyyəti dövründə 1441-ci ildə Lövenştayn qraflığı ələ keçirildi.
1442-ci ildə yetkinlik yaşına çatan Lüdviq Yüzillik müharibədə iştirak etdi. 1443-cü ildə qardaşı Fridrixə kürfürstlükdə bir-sıra vəzifələr verərək sülalə hakimiyyətini gücləndirdi. 1444-cü ildə İmperiya valisi kimi Armanyakların hücumlarını dəf etdi. Lakin o əsasən, Şvabiya liqası ilə bağladığı ittifaqlar vasitəsilə Pfalsın neytrallığını qorumağa çalışdı. Həmin il Danimarka, İsveç və Norveç kralı, həmçinin Pfals-Noymarkt nəslindən olan Bavariyalı Xristofor, Bavariya-Münhen hersoqu III Albert və Regensburq yepiskopu Fridrix ilə birlikdə imzaladığı müqavilədə Yuxarı Pfalsdakı haqlarının tanınmasına nail oldu. O, həmçinin Mayns şəhəri ilə onun arxiyepiskopu arasındakı mübahisəni həll etməyə çalışdı və 1449-cu ildə cəngavərlərlə İsveçrə vətəndaşları arasında vasitəçilik etdi.
Kürfürst IV Lüdviq 18 oktyabr 1445-ci ildə Haydelberqdə hersoq VIII Amadeusun (sonralar Anti-Papa V Feliks) və onun həyat yoldaşı Burqundiya şahzadəsi Mariyanın qızı Savoyya şahzadəsi Marqarita ilə evləndi. Bu evlilikdən Filipp adlı bir oğul doğuldu. Lüdviq 1449-cu ildə 25 yaşında Vormsda vəfat edəndə, 1443-cü ildə qardaşı Fridrix Lüdviqin bir yaşlı oğlu Filipin qəyyumluğunu öz üzərinə götürdü. Lüdviq Heydelberqdəki Müqəddəs Ruh kilsəsində dəfn edildi.