I Fridrix (Pfals kürfürstü)

Qalib Fridrix (alm. Friedrich der Siegreiche‎; 1 avqust 1425[1], Heydelberq12 dekabr 1476, Heydelberq) — Vittelsbax sülaləsindən 1451–1476-cı illərdə hökm sürmüş Pfals kürfürstü.

I Fridrix
alm. Friedrich I. von der Pfalz
1451 – 12 dekabr 1476
ƏvvəlkiIV Lüdviq
SonrakıFilipp
Şəxsi məlumatlar
Doğum tarixi 1 avqust 1425(1425-08-01)[1]
Doğum yeri
Vəfat tarixi 12 dekabr 1476(1476-12-12) (51 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası III Lüdviq
Ailəsi Vittelsbax sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1425-ci ildə doğulub. Fridrixin valideynləri kürfürst III Lüdviq və Savoyyalı Matilda idi. Frederik şahzadə üçün ənənəvi olan qılıncoynatma, ovçuluq, atçılıq kimi cəngavər bacarıqları, eləcə də yeddi humanitar elm üzrə təhsil almışdı, lakin o dövrdə yeni formalaşan dialektika və ritorika haqqında çox da məlumata sahib deyildi. O, müəllimi Ernst Landşad von Ştaynaxdan ilahiyyat öyrənmişdi.[2]

Qardaşı IV Lüdviqin ölümündən sonra Fridrix 1449-cu ildən 1451-ci ilə qədər bir yaşlı qardaşı oğlu Filippin qəyyumu kimi hakimiyyətdə oldu, 1451-ci ildə onu övladlığa götürdü, özü də öncəki həyat yoldaşını boşadı və özünü kürfürst elan etdi. İmperator III Fridrix isə reaksiya olaraq onun kürfürstlüyünü tanımadı. Tezliklə onun hakimiyyətinə müqavimət göstərən Yuxarı Pfalsdakı Amberq üsyanı baş verdi. Bu üsyan 1454-cü ildə Fridrix tərəfindən yatırıldı. Problemlərinə baxmayaraq müttəfiqlik siyasəti və hərbi münaqişələr vasitəsilə ərazisini genişləndirə bildi. Onun ən mühüm müttəfiqləri Bavariya-Landsxut hersoqu IX LüdviqBavariya-Münhen hersoqu IV Albert idi.

Xarici siyasəti

[redaktə | mənbəni redaktə et]

1459-cu ildə Mayns arxiyepiskopu Ditrix Şenk fon Erbaxın ölümündən sonra onun varisliyi ilə bağlı mübahisələr yarandı. Əsas namizədlər Diter fon İzenburqNassaulu Adolf idi. Əvvəlcə bölünmüş düşərgələr arasında vasitəçilik etməyə çalışan Baden-Baden markqrafı I Karl, daha sonra qardaşı Metz yepiskopu Georqun tərəfini tutduqda, bu münaqişə Baden-Pfals müharibəsiBavariya müharibəsi ilə nəticələndi. Devrilmiş arxiyepiskop Diterin tərəfində olan I Fridrix 1462-ci ildə Sekenhaym döyüşündə rəqibləri Metz yepiskopu Georqu, qardaşı markqraf Karlı və həmçinin Vürtemberqli qraf V Ulrixi ələ keçirərək onlara qalib gəldi. Onlar çeşidli ödənişlər və ərazi güzəştləri ilə əsirlikdən qurtula bildilər.

1463-cü ildə Fridrixin qardaşı Ruprextin Köln arxiyepiskopu olması və 1465-ci ildə Burqundiyalı Cəsur Karl ilə ittifaq Fridrixin gücünü daha da artırdı. Bu ittifaq kürfürstün ən güclü düşmənləri olan imperator III Fridrix, Brandenburqlu kürfürst Albrext AxillesPfals-Çvaybrükgen hakimi Lüdviqə qarşı yönəlmişdi. 1469–71-ci illərdə Elzasdakı Vissenburq monastırının reformasiya sayəsində abbatı Yakob fon Brukun qovulması səbəbindən o, yenidən imperatorla münaqişəyə başladı. IX Lüdviq tərəfindən bir neçə vasitəçilik cəhdiuğursuz oldu. 1474-cü ildə III Fridrix ona imperiya qadağası tətbiq etsə də, bunun heç bir təsiri olmadı.

İntibah dövrü

[redaktə | mənbəni redaktə et]

Fridrix qalib öz sarayında o vaxtlar Almaniyada yayılan İntibah humanizmi ilə sıx bağlı olan bir sıra şəxsiyyətləri bir araya topladı.[3] İntibah dövrünün əsas konsepsiyaları, məsələn, şöhrət ideyası, özünü hökmdar kimi təbliğ etmək məqsədilə tarixşünaslığın maliyyələşdirilməsi və öz universitetində humanitar təhsilin təbliği onun sayəsində baş vermişdir. Humanistl'r Peter Luder (1456-cı ildən), Matias fon Kemnat (1460-cı ildən), Peter Anton fon Klapis (1465-ci ildən), müğənni, şair və həkim İohann Ştaynvert fon Soest (1472-ci ildən), həkim və herbalist İohann Vonnek fon Kaub (1476-cı ildən)[4] kimi mühüm erkən humanistlər və alimlər Heydelberq Universitetinin mühitində çalışmışlar. Fridrixin sarayında həm İtaliyadan, həm də Burqundiya hersoqlarının sarayından müvafiq modellər və yeni ideyalar götürüldü və Pfalsa tətbiq edildi.[5]

Fridrix 1427-ci ildə uşaq ikən Bavariya-Landsxut hersoqu IX Lüdviqin bacısı Elizabet ilə nişanlanmışdı. Ancaq nişan tezliklə pozuldu; 1445-ci ildə Elizabet V Ulrix ilə evləndi. Fridrix 1451-ci ildə yetkinlik yaşına çatmayan qardaşı oğlu Filippi övladlığa götürəndə və onun yerini ələ keçirəndə, öz övladları Filipplə mübarizə etməsin deyə subaylıq andı içməli oldu.

Lakin 1459-cu ildə Fridrix və saray müğənnisi Auqsburqlu Klara Tott arasında başlayan sevgi münasibətindən iki oğul dünyaya gəldi, onlar bir başqa yeni müqavilə ilə qanuni xəttin məhv olması halı istisna olmaqla atalarının miras hüququndan imtina etdilər. Çoxlu sayda sənədlərdə hər iki oğul qanuni olaraq tanınır, lakin valideynlər arasında nikahın tarixi bəlli deyil; bəzi mənbələrdə 1462-ci il qeyd olunur. Evlilik yalnız 1472-ci ildə, ilk oğlu Fridrixin Şpeyer və Vormsun kafedral məktəbində din xadimi kimi işə qəbul olunmağa çalışmasından və buna görə də birmənalı olaraq ata-anasının kimlyini sübut etməli olduğu zaman ictimailəşdi. Elə həmin il də gələcək kürfürst Filipp əmisini onun xeyrinə verdiyi subaylıq vədindən azad etdi.

Müəyyən səbəblərdən isə bütün vəziyyət mümkün qədər gizli saxlanılırdı. Ərinin ölümündən sonra Klara Tott, ailə vəziyyətinin ictimaiyyətə açıqlanmaması üçün varisi Filipp tərəfindən illər boyu ev həbsində saxlanıldı. Erkən tarixçilər, əsasən, bu barədə qeyri-müəyyən danışır və çox ehtiyatlı yazırdılar, çünki onlar güclü kürfürstün gözündən düşmək istəmirdilər. Sonrakı tarixçilər bu qeyri-müəyyən düsturları öz sələflərindən götürdülər, xüsusən də zaman keçdikcə mövzu tarixi əhəmiyyətini itirdi.[6]

Yalnız XIX əsrdə alman hüquqşünaslar İohann Lüdviq Klüber və Avqust Vilhelm Heffter bu mövzuda davamlı araşdırmalar aparmışdılar.[7] Onların araşdırmalarına görə bu evlilikdən iki övlad doğulmuşdur:

  1. Fridrix (1460 – 16 oktyabr 1474) — 1472-ci ildən Şpeyer kafedralında, sonra da Vorms kafedralında kanon idi. O, atası sağ ikən öldü və atası kimi Heidelberqdəki Fransiskan kilsəsində dəfn edildi. Oradakı başdaşı kitabəsi onu kürfürstün "qanuni oğlu" adlandırırdı. Fridrixin ruhani geyimində portreti olan məzar daşı hələ 1716-cı ildə bu kilsədə idi, lakin fransızlar tərəfindən ciddi şəkildə zədələnmişdi.[8]
  2. Lüdviq (1463–1523) — 24 fevral 1494-cü ildə imperator I Maksimilian tərəfindən İmperiya qrafı rütbəsinə yüksəldildi. Atası kürfürst Fridrix ona Lövenştayn qraflığını verdi. Lüdviq, Lövenştayn sülaləsinin banisidir.

Kürfürst 1476-cı ildə vəfat etdi və öz xahişi ilə Haydelberqdəki Fransiskan monastırında dəfn edildi.[9] Qəbiristanlıq Kilsəsi və monastır 1693-cü ildə məhv oldu, bundan sonra onun sümükləri 1696-cı ildə Kapuçin kilsəsində yenidən dəfn edildi. Dünyəviləşmənin bir hissəsi olaraq bu monastır da ləğv edildikdən sonra, kürfürstün qalıqları 1810-cu ildə Haydelberqdəki Müqəddəs Ruh və İqnati kilsəsinə gətirildi. Fridrix 1451-ci il tarixli müqaviləsinə uyğun olaraq, qardaşı oğlu və övladlığa götürülmüş oğlu Filipp tərəfindən əvəz edildi.

  1. 1 2 Lundy D. R. Friedrich I Kurfürst von der Pfalz // The Peerage (ing.).
  2. Friedrich Schmidt (Hrsg.): Geschichte der Erziehung der Pfälzischen Wittelsbacher. Urkunden nebst geschichtlichem Überblick und Register. Berlin 1899, S. XIV.
  3. Henry J. Cohn: Der frührenaissancezeitliche Hof zu Heidelberg (Übersetzung von: Ders.: The early Renaissance Court in Heidelberg 1971). In: Ders.: Die Herrschaft in der Pfalz am Rhein im 15. Jahrhundert (= Abhandlungen zur Geschichte der Pfalz 16), Neustadt an der Weinstraße 2013. S. 255–284.
  4. Ute Obhof: Rezeptionszeugnisse des "Gart der Gesundheit" von Johann Wonnecke in der Martinus-Bibliothek in Mainz – ein wegweisender Druck von Peter Schöffer. In: Medizinhistorische Mitteilungen. Zeitschrift für Wissenschaftsgeschichte und Fachprosaforschung. Band 36/37, 2017/2018, S. 25–38, hier: S. 28.
  5. Birgit Studt: Fürstenhof und Geschichte. Legitimation durch Überlieferung. Köln, Weimar, Wien 1992.
  6. Zu den Familienverhältnissen und Nachkommen Kurfürst Friedrich des Siegreichen. Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine In: Carl von Rotteck: Das Staats-Lexikon, 1847.
  7. Johann Ludwig Klüber and J. Mülhens: Die eheliche Abstammung des Fürstlichen Hauses Löwenstein-Wertheim von dem Kurfürsten Friedrich dem Siegreichen von der Pfalz, und dessen Nachfolgerecht in den Stammländern des Hauses Wittelsbach, Andrea, 1837,
  8. "Zum Begräbnis des Kurfürstensohnes Friedrich von Bayern". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-12.
  9. "Website zum Franziskanerkloster Heidelberg". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-12.