Akame ga Kill!

Akame ga Kill! (yaponca: アカメが斬る!, Hepbörn: Akame ga Kiru!?, azərb. "Akame kəsib doğrayır!"‎) — Takahiro tərəfindən yazılmış və Tetsuya Taşiro tərəfindən çəkilmiş şonen manqa seriyası. 2010-cu ilin martından Square Enix nəşriyyatının "Gangan Joker" jurnalında nəşr olunur. Manqa seriyası Tatsumi adlı gəncin pul qazanmaq və kəndini xilas etmək məqsədilə Paytaxta gəlməsindən, lakin burada güclü korrupsiya ilə rastlaşmasından bəhs edir. Gecə Reydi (ing. Night Raid) adlı sui-qəsd komandasına qoşulan Tatsumi imperiyaya və korrupsiyaya qarşı döyüşməyə başlayır. Seriya qrafik məzmununa görə tanınır.

Akame ga Kill!
Birinci manqa cildinin üzlüyü. Personaj: Akame.
アカメが斬る!
(Akame ga Kiru!)
azərb. Akame kəsib doğrayır!
Janr döyüş, qaranlıq fentezi, faciə
Manqa
ManqakaTakahiro
RəssamTetsuya Taşiro
NəşriyyatSquare Enix
Tərcüməçi nəşriyyat
Demoqrafiyaşonen
Nəşr tarixi20 mart 201022 dekabr 2016
Cildlər15[1] (cild siyahısı)
Manqa
Akame ga Kill! Zero
ManqakaTakahiro
RəssamKey Toru
NəşriyyatSquare Enix
Tərcüməçi nəşriyyat
Demoqrafiyaseynen
Nəşr tarixi25 oktyabr 2013 — hazırda
Cildlər8
Anime
RejissorTomoki Kobayaşi
ProdüsserSquare Enix
SsenaristMakoto Uezu
BəstəkarTaku İvasaki
StudiyaWhite Fox
C-Station (ONA)
Digər lisenziyalar
Hanabee
Sentai Filmworks
Animatsu Entertainment
KanalTokyo MX, MBS, BS11, AT-X
Digər kanallar
Anime Network, Adult Swim
Buraxılış tarixi7 iyul 201415 dekabr 2014
Seriyalar24 (seriya siyahısı)
Manqa
Hinowa ga Crush!
ManqakaTakahiro
Rəssamstrelka
NəşriyyatSquare Enix
Tərcüməçi nəşriyyat
Demoqrafiyaşonen
Nəşr tarixi24 iyun 2017 — 24 iyun 2022
Cildlər8 (cild siyahısı)
  Anime və manqa portalı

Seriya 2014-cü ilin iyununda lisenziyalaşdırılmışdır. "Akame ga Kill! Zero" adlı prikvel manqası isə Akamenin keçmişindən bəhs edir və 2013-cü ilin oktyabrından Square Enix nəşriyyatının "Monthly Big Gangan" jurnalında nəşr olunur. Manqa seriyasının adaptasiyası isə 2014-cü ildə buraxılmışdır. Bu, MinatoSoft oyun istehsalçısının "Takahiro IV Project" layihəsi çərçivəsindəki ikinci işdir.

Tatsumi adlı döyüşçü kasıb kəndini ayaqda saxlamaq üçün pul qazanmaq məqsədilə Paytaxta yollanır. Quldurların hücumundan sonra dostlarından ayrı düşən Tatsumi həm orduya yazıla bilir, həm də pullarını itirir. Bir ziyalı ailəsi onu öz evlərinə dəvət edir, lakin əsl məqsədli Tatsuminin dostlarına və onlarla insana etdikləri kimi ona işgəncə verib öldürməkdir. Tatsumi Gecə Reydi adlı sui-qəsd komandası tərəfindən xilas edilir və komandanın sıralarına qatılmaq təklifi alır. Bu komandanın tərkibinə qılınc ustası Akame, böyük qayçı ilə silahlanmış Şile, tel ustası Lubbok, zirehli döyüşçü Bulat, snayper Mayn, bədheybət döyüşçü Leone və keçmiş imperiya generalı Nacendadan ibarətdir. Gecə Reydi inqilab ordusunun bir hissəsidir. İnqilab ordusunun əsas məqsədi imperatoru manipulyasiya edərək ondan istifadə edən və ölkəni səfalətə sürükləyən baş nazir Honesti öldürməkdir.

Gecə Reydinin hər üzvü 900 il əvvəl Təhlükə bədheybətlərindən və əlkimyanın köməyi ilə hazırlanmış "Teyqu" (帝具, Teigu?) adlı silah daşıyır. Dünyada cəmi 48 ədəd olan bu silahların yarısı tarix boyunca məhv olmuşdur. Teyquların bir çox növü vardır: qılınc və odlu silah kimi silahlardan tutmuş, kosmetika qutusu və zirehə, hətta canlı insan və it kimi canlı varlıqlara qədər. Teyqudan hər insan istifadə edə bilməz, bunun üçün şəxs teyqu ilə uyğun olmalıdır. Teyquların gücü dağıdıcıdır, əgər iki teyqu istifadəçi bir-biriləri ilə döyüşərsə, onlardan birini mütləq ölüm gözləyir. Gecə Reydi Honestin güvəndiyi şəxslərin çoxunu aradan qaldıra bilir, lakin Şile ilə Bulat ölürlər. Tatsumi Bulatın zireh teyqusu İnkursiodan istifadə etməyə başlayır. Nəticədə, Honest imperiyanın ən güclü şəxsi olan general Esdesin çağırmağa məcbur olur. General Esdes teyqu istifadəçilərindən ibarət "Yeqerlər" adlı komanda ilə Gecə Reydini dayandırmaq qərarına gəlir. Bu zaman Gecə Reydinə yeni üzvlər qoşulurlar — insanabənzər teyqu Susanoo və maskalanma ustası Çelsi.

Çelsi və Susanoo Yeqerlərlə döyüşlərdə ölürlər, lakin Gecə Reydi Yeqerlərin bir çox üzvlərini aradan qaldırırlar. Honest oğlu Syuranın başçılıq etdiyi Vəhşi Ov adlı yeni komanda yaradır. Lakin onlara verilmiş imkanlardan sui-istifadə edən Vəhşi Ov Yeqerlər və Gecə Reydinin düşməni olurlar. Yeqerlər və Vəhşi Ov arasında baş vermiş qarşılaşmadan sonra general Esdes Honestə Vəhşi Ovu dağıtmaq barədə hədə-qorxu gələ bilir. Lubbok Syuranı öldürür, amma Lubbok və Tatsumi imperiyanın əlinə keçirlər. Lubbok qaçmaq istəyəndə öldürülür, Tatsumi isə general Esdesə qatılmaqdan imtina etdiyi üçün edama məhkum edilir. Gecə Reydinin qalan üzvləri Tatsumini xilas etməyə gəlirlər. Onlar onu xilas edə bilirlər, amma imperiyanın ən güclü əsgəri Budonun hücumuna məruz qalırlar. Mayn Budonu öldürür, amma teyqusu sınır və koma vəziyyətinə düşür.

Yeqerlərin və Vəhşi Ovun qalan üzvləri öldürüldükdən və ya sıradan çıxarıldıqdan sonra (general Esdes istisna) İnqilab ordusu Paytaxtı mühasirəyə alır və Honesti öldürmək əməliyyatına start verilir. Honest gənc imperatoru imperiyanın ən güclü teyqusu ilə hücum etməyə razı salır. Lakin Tatsumi ölümü bahasına olsa da, onu dayandıra bilir. Akame ilə Esdes arasında həlledici döyüş başlayır. Akame Esdesi, Leone isə Honesti öldürür, beləcə də, imperiya zülmdən qurtulmuş olur.

"Akame ga Kill!" seriyası Takahiro tərəfindən yazılmış Tetsuya Taşiro tərəfindən çəkilmişdir. Manqa seriyasının nəşrinə "Gangan Joker" jurnalının aprel 2010-cu il sayı ilə başlanılmışdır və 20 mart 2010-cu ildə satışa çıxarılmışdır.[2][3] Manqa seriyası jurnalın 22 dekabr 2016-cı ildə çıxan buraxılışından bitmişdir.[4] İlk tankobon cildi 21 avqust 2010-cu ildə nəşr olunmuşdur.[5] On beşinci və sonuncu cild 22 fevral 2017-ci ildə nəşr olunmuşdur[6] Seriya 2014-cü ilin iyununda Yen Press tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır və ilk cild 20 yanvar 2015-ci ildə nəşr olunmuşdur.[7][8]

Prikvel manqası "Akame ga Kill! Zero" (アカメが斬る!零, Akame ga Kiru! Rei?) 25 oktyabr 2013-cü ildən — "Monthly Big Gangan" jurnalının 11-ci buraxılışından nəşr olunur. Bu manqa seriyası Takahiro tərəfindən yazılmış və Kei Toru tərəfindən çəkilmişdir.[9] Manqa seriyası Akamenin imperiyaya sui-qəsdçi kimi xidmət verdiyi dövrdəki keçmişindən bəhs edir. 2015-ci ilin sentyabrında Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.[10]

Takahiro strelka ilə birlikdə Şablon:Nihongo adlı sikvel manqası yaratmışdır. Manqa "Monthly Big Gangan" jurnalında 24 iyun 2017-ci ildən nəşr olunur.[11][12] Yen Press manqanı Şimali Amerika regionu üçün lisenziyalaşdırmışdır.[13]

Manqanın anime adaptasiyası 2014-cü ilin yanvarında anons edilmişdir.[14] Anime serialının rejissoru Tomoki Kobayaşi, ssenaristi Makoto Uezu olmuşdur. Takahiro həmçinin ssenariyə də nəzarət etmişdir. Taku İvasaki serial üçün musiqi bəstələmişdir. Anime serialı Tokyo Metropolitan Television, Mainichi Broadcasting SystemNippon BS Broadcasting televiziya stansiyaları tərəfindən 7 iyul 2014-cü ildə yayımlanmağa başlamışdır.[15][16] Şimali Amerika üçün animeni Sentai Filworks lisenziyalaşdırmışdır.[17] Anime 8 avqust 2015-ci ildən 20 fevral 2016-cı ilə qədər Adult Swim-in Toonami blokunda yayımlanmışdır.[18] 1-14-cü seriyalarında açılış mahnısı kimi Sora Amamiya tərəfindən ifa olunan "Skyreach" mahnısından, bağlanış mahnısı kimi Miku Savai tərəfindən ifa olunan "Konna Sekai, Shiritakunakatta" (こんな世界、知りたくなかった。?) mahnısından istifadə olunmuşdur. Qalan seriyalar üçün istifadə olunmuş açılış və bağlanış mahnıları "Liar Mask" (Rika Mayama tərəfindən) və "Tsuki Akari" (Sora Amamiya tərəfindən) mahnılarıdır.[19]

Manqanın yeddinci cildinin 24.181 nüsxəsi satışa çıxarıldığı ilk həftədə satılmışdır.[20] Səkkizinci cildinin isə debüt həftəsində 37.833 nüsxəsi satın alınmışdır.[21] İlk on bir cildin 2,1 milyondan çox nüsxəsi satılmışdır.[22][23] Manqa seriyası həmçinin 2015-ci ilin fevralında "Monthly BookScan"-da 19-cu yerdə göstərilmişdir.[24]

Manqanın 5 cildinin ingilis tərcümələrinin "New York Times" qəzetinin "ən yaxşı satan manqalar" siyahısındakı mövqeləri:

  • I cild siyahıda aralıqsız 12 həftə qalmışdır. Bunlardan üçündə 1-ci yerdə qərarlaşmışdır.[25]
  • II cild siyahıda 4 həftə qalmışdır. Bunlardan birində 1-ci yerdə qərarlaşmışdır.[26]
  • III cild siyahıda 4 həftə qalmışdır. Bunlardan birində 2-ci yerdə qərarlaşmışdır.[27]
  • IV cild siyahıda 2 həftə qalmışdır. Bunlardan birində 2-ci yerdə qərarlaşmışdır.[28]
  • V cild siyahıda 2 həftə qalmışdır. İlk həftədə 1-ci yerdə qərarlaşmışdır.[29]
  • VI cild siyahıda bir həftə qalmışdır və birinci yerdə qərarlaşmışdır.[30]
  • VII cild siyahıda bir həftə qalmışdır və dördüncü yerdə qərarlaşmışdır.[31]

"Akame ga Kill! Zero" manqasının birinci cildi bu siyahıda 3 həftə qalmış və bir həftə 6-cı yeri tutmuşdur.[32]

"Fandom Post"-dan Kestrel Svift anime serialının ilk seriyasını "korrupsiyaya qarşı verilən sərt, vəhşi şərhə"White Fox studiyasının istehsal keyfiyyətinə görə tərifləmişdir.[33] "UK Anime Network"-dan Robert Mullarkey də anime serialı üçün bənzər rəy bildirmişdir: o, anime serialının döyüş səhnələrini və təsvir olunmuş zorakılığı bəyənmişdir. Lakin Robert bəzi personajları tənqid etmiş və anime serialının "komediyanı tullamağa" ehtiyacı olduğunu demişdir.[34] Anime serialının ilk səkkiz seriyasını təhlil edən Matt Pakkard (Anime News Network) animeni "axmaq və uşaqsayağı" adlandırmışdır: "Şeytanın bir psixopat və ya gücə ac qarınqulu forması alması haqqında və ya insanların həyatlarında baş vermiş travmaya görə ruhları ölmüş sui-qəsdçilərə çevrilmələri haqqında heç bir kamil ideya yoxdur".[35]

  1. "Akame ga Kill! Manga Ends in 15th Volume". 2019-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-22.
  2. "JOKER執筆陣コメント - スペシャル - ガンガンJOKER -SQUARE ENIX". Square Enix (Japanese). 2016-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
  3. "アカメが斬る!". Gangan Joker (Japanese). 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
  4. "Akame ga Kill Manga Ends on December 22". Anime News Network. October 29, 2016. 2021-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2017.
  5. "アカメが斬る! 1巻" (Japanese). Square Enix. 2015-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
  6. "アカメが斬る! 15巻". Square Enix. 2017-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2017.
  7. "New License Announcements". Yen Press. 2015-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
  8. "Akame ga Kill!, Vol. 1". Amazon.com. İstifadə tarixi: 3 aprel 2016.
  9. "Akame ga Kill! Manga to Get Prequel in October". Anime News Network. July 21, 2013. 2015-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
  10. "Yen Press Licenses Akame Ga Kill! Zero Manga". Anime News Network. September 10, 2015. 2015-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
  11. Pineda, Rafael Antonio. "Akame ga KILL!'s Takahiro Launches New Hinowa ga Yuku! Manga on June 24". Anime News Network. February 22, 2017. August 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 16, 2018.
  12. Sherman, Jennifer. "Akame ga KILL's Takahiro Teases New Hinowa ga Yuku! Manga's Story". Anime News Network. May 24, 2017. August 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 16, 2018.
  13. Sherman, Jennifer. "Yen Press Licenses Akame ga KILL Author's Hinowa ga CRUSH! Manga". Anime News Network. June 23, 2017. June 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 16, 2018.
  14. "Akame ga Kill! Dark Action Fantasy Manga Gets TV Anime". Anime News Network. January 20, 2014. 2020-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
  15. "アカメが斬る!" (Japanese). Agency for Cultural Affairs (Japan). 2016-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
  16. "Akame ga Kill! TV Anime's Supporting Cast, Staff Unveiled". Anime News Network. May 20, 2014. 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
  17. "Sentai Filmworks Licenses Chaika - The Coffin Princess, 7 Summer Titles". Anime News Network. July 4, 2014. 2015-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-02.
  18. "Adult Swim's Toonami to Run Akame ga Kill, Michiko and Hatchin". Anime News Network. 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
  19. "VIDEO: "Akame ga Kill!" Second Season Commercial". Crunchyroll. 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
  20. "Japanese Comic Ranking, February 18-24". Anime News Network. February 28, 2013. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
  21. "2013年07月22日~2013年07月28日のコミック" (Japanese). Oricon. January 21, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
  22. "『アカメが斬る!』第18話登場のブドー大将軍と羅刹四鬼ビジュアル&声優公開". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-03.
  23. 『月刊ビッグガンガン』2014年Vol.11、スクウェア・エニックス、197、958頁。
  24. "Akame ga Kill! #1 Debuts at 19th on U.S. Monthly BookScan February List". Anime News Network. March 6, 2015. 2015-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
  25. * "Best Sellers - Manga". The New York Times. February 8, 2015. 2016-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2016.
  26. * "Best Sellers - Manga". The New York Times. May 10, 2015. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2016.
  27. * "Best Sellers - Manga". The New York Times. August 9, 2015. 2016-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2016.
  28. * "Best Sellers - Manga". The New York Times. November 15, 2015. 2016-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2016.
  29. * "Best Sellers - Manga". The New York Times. February 14, 2016. 2016-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2016.
  30. "Best Sellers - Manga". The New York Times. May 15, 2016. 2016-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2016.
  31. "Best Sellers - Manga". The New York Times. August 14, 2016. November 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2016.
  32. * "Best Sellers - Manga". The New York Times. 22 aprel 2016. 2016-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2016.
  33. "Akame ga Kill! Episode #01 Anime Review". The Fandom Post. 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
  34. "Anime Review: Akame ga Kill! - Eps. 1-6". UK Anime Network. 2016-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.
  35. "Akame ga Kill! Episodes 1-8". Anime News Network. 2015-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]