Jalma (mahnı)

Jalma(bolq. Джалма,[1]— bolqarıstanlı qrup Ritonun mahnısıdır. Mahnıya ilk dəfə 1995-ci ildə klip çəkilmişdir.

sinql
Djalma
İfaçı Riton qrupu
Albom Djalma
Yayımlanıb 1994
Janr pop
Dil bolqarca
Bəstəkar Zornitsa Popova
Sözlərin müəllifi Zhivko Kolev

Digər versiyaları[redaktə | mənbəni redaktə et]

Filipp Kirkorov və Maşa Raputina versiyası[redaktə | mənbəni redaktə et]

2003-cü ildə Filipp Kirkorov və Maşa Raputina mahnını rusca ifa etmiş və 2005-ci ildə mahnıya klip çəkmişdirlər.[2] Mahnının rusca sözlərinin müəllifi Andrey Morsindir. Filipp Kirkorov daha sonra mahnını erməni müğənni Zara (2006) , belarusiyalı müğənni Anjalika Ahurbaş (2004) ilə də ifa etmişdir.

Filipp Kirkorov və Aygün Kazımova versiyası[redaktə | mənbəni redaktə et]

Aygün Kazımova 2006-cı ildə Rusiyanın paytaxtı Moskva şəhərində səhnə fəaliyyətinin 20 illiyi münasibətilə verdiyi "Я девушка восточная" adlı konsert proqramında mahnını Filipp Kirkorov ilə duet şəklində ifa etmişdir. Mahnının ilk bəndinə azərbaycanca sözlər əlavə edilmişdir. 2019-cu ildə "Jara" musiqi festivalında Aygün KazımovaFilipp Kirkorov mahnını yenidən aranjıman edərək ifa etmiş və klip çəkmişdirlər.[3] 2020-ci ilin fevral ayının 20-də Aygün Kazımova mahnını solo ifa etmiş və rusiyalı rejissor Alişer mahnıya İçərişəhərdə klip çəkmişdir.[4]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-31.
  2. "Arxivlənmiş surət". 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-31.
  3. https://www.discogs.com/Ayg%C3%BCn-Kaz%C4%B1mova-Jalma/release/14073047
  4. "Arxivlənmiş surət". 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-31.