Jawed Karim

Caved Kərim (ing. Jawed Karim; 28 oktyabr 1979, Merzeburq[d], ADR) — ABŞ proqram mühəndisi və internet sahibkarı. O, "YouTube" video platformasının həmtəsisçilərindən biri, həmçinin veb-sayta video yükləyən ilk şəxsdir. 23 aprel 2005-ci ildə platformaya yüklədiyi "Me at the zoo" adlı 19 saniyəlik video 20 avqust 2024-cü ilin statistikasına görə 330 milyondan çox baxış sayını keçib.[1][2] Kərim "PayPal"da çalışdığı vaxt burada veb-saytın digər iki həmtəsisçisi Stiv Çen[ing.]Çad Harli ilə tanış olmuş, o, bu vaxt ərzində veb-saytın dələduzluqla mübarizə sistemi də daxil olmaqla bir çox əsas komponentlərini dizayn etmişdir.

Caved Kərim
Kərim 2008-ci ilin avqustunda.
Kərim 2008-ci ilin avqustunda.
Doğum tarixi 28 oktyabr 1979(1979-10-28) (45 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti informatik, sahibkar, YouTuber, televiziya prodüseri[d], proqram təminatı mühəndisi
jawed.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Caved Kərim 28 oktyabr 1979-cu ildə Şərqi Almaniyanın Merzeburq qəsəbəsində doğulub. Onun anası alman, atası banqladeşlidir.[3] Atası ABŞ mərkəzli 3M şirkətində tədqiqatçı, anası Kristine isə Minnesota Universitetində biokimya alimidir.[4] Kərimin özündən kiçik bir qardaşı var.[5] O, böyüyən ksenofobiya səbəbi ilə 1980-ci illərin əvvəlində ailəsi ilə bərabər Almaniyanın daxili sərhədini keçmiş,[6] beləcə uşaqlığını Qərbi Almaniyanın Noys şəhərində keçirmişdir.[qeyd 1] Kərim orada da ksenofobiyaya məruz qalır,[6] nəticədə 1992-ci ildə onlar Minnesota ştatının paytaxtı Sent-Pol şəhərinə köçürlər.[7]

Kərim 1997-ci ildə Sent-Pol Mərkəzi Liseyini[ing.] bitirmiş,[8][9] Urbana-Şampeyn İllinoys Universitetinə daxil olmuşdur.[8] PayPalda erkən işçi olmaq üçün məzun olmadan əvvəl universiteti tərk etdi. Kurs işinə davam etdi, kompüter elmləri üzrə bakalavr dərəcəsini aldı.[7][10] Ardından Stenford Universitetindən kompüter elmləri üzrə magistr dərəcəsi aldı.[11] Kərim ingilis dilindən əlavə, alman və banqladeş dillərini də bilir.[12]

"YouTube"a ilk yüklənən "Me at the zoo" adlı video 23 aprel 2005-ci ildə Caved Kərim tərəfindən yüklənilmişdir.
Kərim 2004-cü ilin sentyabrında.

Kərim universitetdə "Silicon Graphics"[ing.] şirkətində staj keçirdi, o, burada "Görünən insan" layihəsi[ing.] məlumatları da daxil olmaqla həcmin göstərilməsi üçün çox böyük məlumat dəstləri üçün 3D voksel məlumatların idarə edilməsi üzərində işləmişdir.[13] 2002-ci ildə "PayPal"da işlədiyi vaxt o, Çad HarliStiv Çen[ing.] ilə tanış olmuşdur. Onlar üç il sonra, 2005-ci ildə "YouTube" video paylaşma platformasını qurmuşdurlar.[14] Kərim 23 aprel 2005-ci ildə (Sakit okean vaxtı ilə; ümumdünya vaxtı ilə 24 aprel 2005-ci ildə[15]) "YouTube"da "jawed" adlı ilk istifadəçi hesabını yaratmış və eyni gün veb-saytın ilk videosu olan "Me at the zoo" adlı videonu platformaya yükləmişdir.[1][2]

Şirkəti təsis etdikdən sonra Çad Harli və Stiv Çen platformanın konsepsiyasını və veb-saytı inkişaf etdirdikdən sonra Kərim platformada məsləhətçi kimi fəaliyyət göstərmiş və Stenford Universitetinə kompüter elmləri üzrə magistr təhsili üçün qeydiyyatdan keçmişdir. Veb-sayt 2005-ci ilin fevralında təqdim olunduğu vaxt Kərim işçi olmamağa və sadəcə qeyri-rəsmi məsləhətçi kimi fəaliyyət göstərməyə razı olmuş və diqqətini dərslərinə yönəltdiyini bildirmişdir.[7] Nəticə olaraq Harli və Stiv ilə müqayisədə şirkətdə çox aşağı səhm almışdır.[16]

O, şirkətdəki kiçik roluna görə "YouTube"un 2006-cı ildə "Google" tərəfindən satın alınmasına qədər üçüncü qurucu ortaq olaraq ictimaiyyətdə çox tanınmırdı. Şirkətdəki səhmlərinin az olmasına baxmayaraq, satınalma hələ də kifayət qədər böyük idi və "Google"-un o zaman ki bağlanış səhm qiymətinə əsasən təxminən 64 milyon dollar dəyərində 137.443 səhm əldə etmişdir.[17]

2006-cı ilin oktyabrında Urbana-Şampeyn İllinoys Universitetində illik ACM Konfransında "YouTube"un tarixi haqqında "YouTube From Concept to Hyper growth" adlı bir mülahizə oxumuşdur. Kərim 2008-ci ilin mayında universitet tarixində 136-cı və ən gənc başlanğıc məruzəçisi kimi yenidən Çikaqo İllinoys Universitetinə[ing.] dönmüşdür.[18][19]

İnvestisiyalar

[redaktə | mənbəni redaktə et]

2008-ci ilin martında ortaqları Kit Raboa[ing.]Kevin Harts[ing.] ilə birlikdə "Youniversity Ventures" (hal-hazırda "YVentures" olaraq bilinir) adlı bir vençur fondu qurmuşdur.[20] Kərim Airbnb-nin ilk investorlarından biri olmuş və şirkətin 2009-cu ilin aprelindəki ilkin raunduna sərmayə qoymuşdur.[21] Y Ventures həmçinin Palantir,[ing.] RedditEventbrite[ing.] kimi platformalara da sərmayə qoymuşdur.[22]

"YouTube"a verilən cavablar

[redaktə | mənbəni redaktə et]

Kərim müxtəlif vaxtlarda "Me at the zoo" videosunun təsvir hissəsi vasitəsilə "YouTube"un qərarlarını tənqid edir.

6 noyabr 2013-cü ildə "YouTube" videolarına şərh yazmağı "Google+" hesabı vasitəsilə mütləq hala gətirmişdir. Bu qərar "YouTube" ictimaiyyətinin böyük etirazına səbəb olmuşdur. Dəyişikliyin geriyə qaytarılması üçün onlayn bir petisiya 240.000-dən çox imza toplamışdır.[23] "Google"un bu qərarına cavab olaraq Kərim "YouTube" hesabında bunları yazmış: "Bir videoya şərh yaza bilməyim üçün nəyə görə "Google+" hesabına ehtiyacım olsun ki?" və videosunun təsvirini bu formada dəyişdirmişdir: "Mən "Google+" hesabı istəmədiyim üçün artıq burada şərh yaza bilmirəm".[24]

"Google" "YouTube" icmasının etirazlarına cavab olaraq istifadəçiləri öz gerçək adlarından istifadə etməyə məcbur etdiyinə görə açıq şəkildə üzr istəmiş, bu da "Google+"un inteqrasiyasının "YouTube" istifadəçiləri arasında populyarlıq qazana bilməməsinin səbəblərindən biri olmuşdur.[25] "Google" daha sonra "YouTube"dan başlayaraq bütün xidmətlərində "Google+" istifadəsi tələbini ləğv etdi.[26] "Google" 2018-ci ilin oktyabrında geniş istehlakçı və ya tərtibatçı qəbuluna nail ola bilmədiyi üçün "Google+"u birdəfəlik bağlayacağını açıqladı[27][28][29][30] və xidməti 2019-cu ilin 2 aprelində şəxsi hesablar üçün ləğv etdi.[31]

2021-ci ilin noyabrında "Me at the zoo" videosunun təsvirini yeniləyərək "Elə güman edirəm ki, hər bir YouTuber bəyənməmə saylarını silməyinizin axmaq bir fikir olduğu ilə mənimlə həmfikirdirlər. Təkrar cəhd et, YouTube🤦‍♂️." cümlələrini qeyd etmişdir.[32] Bir neçə gün sonra o, videonun təsvirini bu qərarı daha geniş tənqid etmək üçün təkrar yeniləmişdir.[33]

  1. Mənbələr ailənin Şərqi Almaniyadan Qərbi Almaniyaya köçdüyü tarix ilə bağlı fərqli versiyalar verir. "The New York Times" qəzeti 1980,[7] "Star Weekend Magazine"[ing.] qəzeti 1981-ci ilin yay sonunda[8] "Die Welt" qəzet isə bu tarixin 1982-ci il olduğunu bildirir.[6]
  1. 1 2 Asmelash, Leah. "The first ever YouTube video was uploaded 15 years ago today. Here it is". CNN. April 23, 2020. April 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 16, 2023.
  2. 1 2 Karim, Jawed. "Me at the zoo" (ingilis). YouTube. April 23, 2005. December 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 1, 2021.
  3. "Big data company Palantir is now officially a public company — and it's one of nearly a dozen major tech firms that can trace its roots to PayPal". Business Insider. May 15, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2024.
  4. "Jawed Karim, Co-founder of Youtube". Real Leaders (ingilis). April 14, 2018. July 18, 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 26, 2021.
  5. "Surprise! There's a third YouTube co-founder". USA Today. August 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 22, 2017.
  6. 1 2 3 Keese, Christoph. "Sergey Brin und Jawed Karim – zwei Karierren". Die Welt (alman). October 22, 2006. February 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2017. Der andere heißt Jawed Karim und wurde 1979 in Merseburg/DDR geboren. Sein Vater kam aus Bangladesch, seine Mutter aus dem Harz. Die Karims waren als Ausländer verpönt und wanderten deswegen 1982 in den Westen aus. In Neuss schlug ihnen wieder Fremdenhass entgegen; deshalb zogen sie in die USA
  7. 1 2 3 4 Helft, Miguel. "With YouTube, Student Hits Jackpot Again". The New York Times. October 12, 2006. August 15, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2017.
  8. 1 2 3 Rahman, Muhit. "The Greatest Possibilities: The Jawed Karim Story". Star Weekend Magazine. December 8, 2006. April 29, 2023 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 20, 2017.
  9. Christensen, Tesha M. "Year-long events mark Central High School 150th anniversary". Monitor St. Paul. September 5, 2016. August 20, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2017.
  10. "YouTube co-founder to be commencement speaker at Illinois" (Press-reliz). University of Illinois Urbana-Champaign. March 27, 2007. August 21, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2017.
  11. "Planet Cardinal". Stanford Magazine. January 2007. May 14, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 9, 2017.
  12. "::: Star Weekend Magazine :::". archive.thedailystar.net. June 29, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 3, 2021.
  13. "Speakers, Graphics Conference". September 19, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 24, 2016.
  14. Video websites pop up, invite postings Arxiv surəti 6 iyul 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib iyul 6, 2012, at the Wayback Machine, USA Today, November 21, 2005
  15. "Extract Meta Data". citizenevidence.amnestyusa.org. November 18, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 2, 2018.
  16. "Jawed Who? Meet YouTube's silent partner". Silicon Valley Watcher. April 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 19, 2016.
  17. Helft, Miguel. "YouTube's Payoff: Hundreds of Millions for the Founders". The New York Times. February 7, 2007. March 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 22, 2017.
  18. Welcome to Engineering at Illinois Arxiv surəti 13 may 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib may 13, 2008, at the Wayback Machine, University of Illinois
  19. 136th Commencement Address Arxiv surəti 11 aprel 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib aprel 11, 2009, at the Wayback Machine, University of Illinois, may 13, 2007.
  20. "YouTube Co-Founder Starts Venture Capital Firm". Mashable. March 20, 2008. August 26, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 2, 2013.
  21. Gallagher, Leigh. The Hustle // The Airbnb Story: How Three Ordinary Guys Disrupted an Industry, Made Billions. and Created Plenty of Controversy. Houghton Mifflin Harcourt. February 14, 2017. səh. 31. ISBN 978-0-544-95387-1. June 29, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2017.
  22. "Y Ventures | Companies". www.yventures.com. May 11, 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 19, 2020.
  23. "YouTube faces backlash for Google+ integration". CNN. July 23, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 10, 2014.
  24. Cheredar, Tom. "YouTube cofounder's first public comment in 8 years: why the f*** [sic] do i need a Google+ account to comment on a video?". VentureBeat. November 8, 2013. September 9, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 11, 2013.
  25. "Google Plus Finally Gives Up on Its Ineffective, Dangerous Real-Name Policy". Slate. September 20, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2014.
  26. "Google is dropping its Google+ requirement across all products, starting with YouTube". VentureBeat. July 27, 2015. August 11, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 8, 2015.
  27. "Google+ to shut down". CNN. October 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2018.
  28. "Project Strobe: Protecting your data, improving our third-party APIs, and sunsetting consumer Google+". October 8, 2018. October 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2018.
  29. "Google+ is Shutting Down After a Vulnerability Exposed 500,000 Users' Data". thehackernews.com. June 21, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 15, 2020.
  30. "A New Google+ Blunder Exposed Data From 52.5 Million Users". Wired. August 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 15, 2020.
  31. Welch, Chris. "Google begins shutting down its failed Google+ social network". The Verge (ingilis). April 2, 2019. February 13, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 12, 2021.
  32. Li, Abner. "'Me at the zoo,' YouTube's first video, gets new description protesting dislike count removal". 9to5Google (ingilis). November 14, 2021. November 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 16, 2021.
  33. Vincent, James. "YouTube co-founder predicts 'decline' of the platform following removal of dislikes". The Verge (ingilis). November 17, 2021. November 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 18, 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]