Köhnəqışlaq (Ağstafa)

KöhnəqışlaqAzərbaycan Respublikasının Ağstafa rayonunun Köhnəqışlaq kənd inzibati ərazi dairəsində kənd.[1]

Kənd
Köhnəqışlaq
40°59′30″ şm. e. 45°25′19″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağstafa rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 764 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Milli tərkibi Azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Köhnəqışlaq xəritədə
Köhnəqışlaq
Köhnəqışlaq

Ermənistanla sərhədə yaxın yerləşən Köhnəqışlaq kəndinə erməni quldurları bir neçə dəfə hücuma keçiblər. Həmin hücumların tarixi xronologiyası aşağıdakı kimidir.

  1. 26 mart 1992-ci ildə erməni yaraqlıları tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndinin 6 nəfər sakini girov götürülmüşdür.
  2. 21 aprel 1992-ci ildə erməni yaraqlıları Ağstafa rayonunun Köhnəqışlaq kəndinə silahlı basqın etmiş, nəticədə RDİŞ-in 2 milis nəfəri - İ.Şıxəliyev, N.Nəsibov, yerli sakin Q.Mədətov ağır yaralanmış, 3 çoban itkin düşmüş, 450 baş mal-qara aparılmışdır.
  3. 10 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi atəşə tutulmuş, nəticədə 3 yaşayış evi dağılmışdır.
  4. 20 iyul 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Köhnə Qışlaq, YaradulluTatlı kəndləri atəşə tutulmuş, nəticədə 1 vətəndaş həlak olmuş, 2 nəfər yaralanmışdır.
  5. 21 iyul 1992-ci ildə erməni yaraqlıları tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi atəşə tutulmuş, nəticədə 2 nəfər yerli sakin yaralanmışdır.
  6. 3 avqust 1992-ci ildə Ermənistanın Şəmşəddin rayonu istiqamətindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi avtomat silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri ağır yaralanmışdır.
  7. 7 avqust 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağstafa rayonunun Köhnə Qışlaq kəndi raket və top atəşinə tutulmuş, nəticədə 3 nəfər yerli sakin həlak olmuş, 2 nəfər yaralanmışdır.
  8. 13 yanvar 1993-cü ildə Ermənistanın Berd rayonu istiqamətindən Ağstafa rayonunun Köhnə Qışlaq və Tatlı kəndləri müxtəlif növ silahlardan atəşə tutulmuş, nəticədə Milli Ordunun 1 əsgəri həlak olmuş, 6 əsgəri yaralanmışdır.
  9. 29 dekabr 1993-cü ildə Ermənistan istiqamətindən Ağstafa rayonunun Köhnəqışlaq kəndi "Qrad" qurğularından və toplardan atəşə tutulmuş, nəticədə 1 nəfər yerli sakin həlak olmuş, 6 nəfər yaralanmış, 3 ev dağılmışdır.[2]

Tanınmışları

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Dağlıq Qarabağ: hadisələrin xronikası[ölü keçid]