Körpülü Hacı Hüseyn Paşa

Körpülü Hacı Hüseyn Paşa (1644[1], Qozluq, Batman ili1702[1], Silivri, İstanbul ili) — II Mustafa dövründə 5 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

Körpülü Hüseyn Paşa
جسر حسين باشا
11 sentyabr 1697 – 4 sentyabr 1702
ƏvvəlkiAlmas Mehmed Paşa
SonrakıDaldaban Mustafa Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1644[1]
Doğum yeri
Vəfat tarixi 1702[1]
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası Həsən ağa
Ailəsi Körpülülər
Rütbəsi Admiral

Körpülü Mehmed Paşanın kiçik qardaşı Həsən ağanın oğludur. Əmisi oğlu Fazil Əhməd Paşanın sədarəti dövründə Əmizadə olaraq şöhrət qazandı. Atasıyla birlikdə sərbəst həyat sürən Hüseyn bir müddət sonra Lehistan səfərinə çıxan Sultan Mehmedhasəki sultana bəzi hədiyyələr göndərdi və beləliklə, hasəki sultanın xidmətinə alındı. Daha sonra Mərzifonlu Mustafa Paşanın himayəsində Vyana səfərinə qatıldı (1683). Bu səfərin məğlubiyyətlə nəticələnməsinin ardından əvvəlcə həbs olundu, daha sonra Şəhrizor bəylərbəyi təyin edilərək mərkəzdən uzaqlaşdırıldı. Ardından Kastamonu sancaqbəyliyi və Gəlibolu mühafizəsi ilə vəzifələndirildi. 1689-cu ildə vəzirlik rütbəsi aldı və 1691-ci ilin mayında İstanbul naibi oldu. Sultan Əhmədin cülusunun ardından İstanbulda baş verən bahalıq və digər məsələlərdə təqsirkar görülərək naiblikdən alındı və 1692-ci ilin fevralında yenidən Çanaqqala mühafizəsinə göndərildi. Bir müddət sonra qısa müddətliyinə də olsa, sədarət naibi oldu və 13 dekabr 1694 tarixində kaptan-ı dəryalıqla Saqqız adasının işğaldan azad edilməsiylə vəzifələndirildi. Saqqız adasının azad edilməsinin ardından 1695-ci ilin mayında bu adanın mühafizəsinə, eyni ilin noyabrında isə QaramanAdana sancaqbəyliyinə təyin olundu. 1696-cı ilin avqustunda Belqrada göndərildi. Avstriya ordusuna qarşı hazırladığı planı qəbul edilmədi və nəticədə Zenta qalası yaxınlığında Osmanlı ordusu məğlub edildi və sədrəzəm Almas Mehmed Paşa şəhid düşdü. Bunun ardından sədarətə gətirilməsinə qərar verildi. 17 sentyabrda sədarət möhürünü padşahın əlindən təslim alan Hüseyn Paşa dərhal işə qoyuldu və sülh anışıqlarına başladı. Səfəvilərlə dostluq münasibətlərini bərpa edərək, Ədirnəyə gələn İngiltərəHollandiya elçiləriylə sülh müzakirələri apardı. Nəhayət, 26 yanvar 1699 tarixində Karlovitsada Avstriya, LehistanVenesiya ilə sülh bağlamağı bacardı. 13 iyul 1700-cü ildə ruslarla da İstanbul sülhünü imzaladı. Geniş miqyaslı torpaq itkisinə səbəb olan bu müqavilələrdən sonra ölkə daxilindəki nizam-intizamı təmin etmək üçün sərhəd zonalarında təftişlər apardı. İdarə və hərbi sahələrdə islahatlar apardı. Xüsusilə də dənizçilik sahəsində kaptan-ı dərya Mezomorta Hüseyn Paşa ilə birlikdə yeni qanunlar çıxardı. Ancaq bu fəaliyyətləri əsnasında Sultan Mustafanın müəllimi şeyxülislam Feyzullah Əfəndi ilə münasibətləri pisləşdi və onun dövlət işlərinə müdaxilələri səbəbilə xəstəliyini bəhanə edərək bir neçə dəfə sədarətdən istehfa etdi. Bəzi yaxın adamlarının vəzifədən alınması və edamının ardından nəhayət, 4 sentyabr 1702 tarixində sədarət möhürünü padşaha təslim etdi və Kumburqazdakı köşkünə çəkildi. Burada keçirdiyi 18 gün boyunca xəstəliyi daha da ağırlaşdı və 22 sentyabr 1702 tarixində burada öldü. Cənazəsi İstanbula gətirilərək inşa etdirdiyi külliyədəki türbəsinə dəfn olundu.

  • Ricaut, Histoire de L’Empire Ottoman, La Haye 1709, III, 280, 299, 328;
  • Silâhdar, Târih, I, 574;
  • a.mlf., Nusretnâme (haz. İ. Parmaksızoğlu), İstanbul 1962, I/1, s, 10, 18, 28;
  • Hadîkatü’l-vüzerâ, s. 124, 125–126;
  • Râşid, Târih, II, 79, 155, 176–177, 236, 243, 305–320, 380, 407, 416–448, 473, 544;
  • Sâkıb Dede, Sefîne, I, 194; II, 112;
  • Ayvansarâyî, Hadîkatü’l-cevâmî‘, s. 91;
  • Râmizpaşazâde Mehmed İzzet, Harîta-i Kapudânân-ı Deryâ, İstanbul 1249, s. 76;
  • Bonnac, Mémoire historique sur l’ambassade du France K Constantinople, Paris 1894, s. 114, 116;
  • İbrahim Hilmi Tanışık, İstanbul Çeşmeleri, İstanbul 1943, I, 98;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/1, s. 578–679;
  • Orhan F. Köprülü, "Hüseyin Paşa", İA, V/1, s. 646–650;
  • a.mlf., "Husayn Pasha", EI² (İng.), III, 626–627.
  1. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #140756833 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.