Kürəkən Həmid Əfəndi (1494, Konya – 16 oktyabr 1577, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı.
Kürəkən Həmid Əfəndi | |
---|---|
Əvvəlki | Əbussuud Əfəndi |
Sonrakı | Qazızadə Əhməd Şəmsəddin Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1494/1495 |
Doğum yeri | Konya |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Mihrişah Validə Sultan türbəsi |
Həyat yoldaşı | Çivizadə Muhiddin Mehmed Əfəndinin qızı |
Hicri 900-cü ildə (1494/1495) Konyada dünyaya gəlmişdir. Atası Beyşəhər qazısı Mehmed Əfəndidir. 22 yaşında İstanbula gəlmiş, Çivizadə Muhiddin Əfəndi, Sədi Əfəndi və Həsən Əfəndidən dərs aldı. Bir müddət başqazı Əbdülqədir Əfəndinin xidmətinə girdi. Təhsilini tamamladıqdan sonra sırayla Bursada Molla Hüsrəv və Bəyazid Paşa, Kütahyada Gərmiyanoğlu, yenə Bursada Əhməd Paşa mədrəsələrində müdərris oldu. 1541-ci ildə İstanbulda Davud Paşa mədrəsəsinə müdərrisliyə gətirilmiş, həmin il şeyxülislam Çivizadə Muhiddin Əfəndinin qızıyla evlənərək "Çivizadə kürəkəni" təxəllüsü aldı. Həmid Əfəndi daha sonra Qəbzədə Mustafa Paşa mədrəsəsinə müdərris, 1547-ci ildə Manisa müftüsü, ertəsi il İstanbulda Şahzadəbaşı mədrəsəsinə müdərris oldu. 1549-cu ildə Dəməşq, bir il sonra Misir qazısı olan Həmid Əfəndi bu əsnada həcc ziyarətinə getdi. 1553-cü ildə Ayasofya mədrəsəsinə müdərris, ertəsi il Bursa və 1556-cı ildə İstanbul qazısı, 1557-ci ildə Rumeli başqazısı oldu və 9 il bu vəzifədə qaldı.
Zigetvar səfərindən dönüşdə Sultan Süleyman dövründə qəbul edilən alkoqol qadağasının davam etməyini istəyən Həmid Əfəndi bu səbəblə yeni padşah Sultan Səlim tərəfindən vəzifədən alındı. 8 il vəzifədən kənarda qalan Həmid Əfəndi 1574-cü ildə Əbusuud Əfəndinin yerinə şeyxülislam oldu. Elə bu vəzifədə ikən 16 oktyabr 1577 tarixində vəfat etdi və Əyyubsultanda Mihrişah Validə Sultan türbəsinin qarşısında dəfn edildi.