Küsməyək (mahnı)

Küsməyək — azərbaycanlı müğənnilər Aygün KazımovaRöyanın duetidir. Mahnı ilk dəfə olaraq, 2012-ci ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günün münasibətilə ATVdə yayımlanan "22-ci Saat" proqramında səslənmişdir. Mahnı ilk olaraq azərbaycanlı müğənni Bagira üçün yazılmışdır. Mahnının əsl adı “Şən qızam”dır. Daha sonra mahnının bəstəkarı Ramal İsrafilov mahnını Röyaya Bagiradan xəbərsiz oxumağa icazə vermişdir. Röyanın Heydər Əliyev adına sarayda səhnə fəaliyyətinin 10 illiyinin tamam olması münasibəti ilə keçirdiyi konsertdə mahnıdakı “Şən qızam” ifadəsini dəyişib “Röyayam” edib oxumuşdur. “Röyayam” mahnısının sözləri jurnalist Ülviyyə Alovluya aiddir.[1]

sinql
Küsməyək
İfaçılar Aygün Kazımova, Röya
Yayımlanıb 2012
Janr pop
Dil azərbaycanca
Müddət 03:03
Bəstəkar Ramal İsrafilov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-24.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]