Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Rzazadə Kamran Qədimalı oğlu (20 oktyabr 1951, Novoivanovka, Gədəbəy rayonu) — Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı (2005–2012-ci illər).
Kamran Rzazadə | |
---|---|
11 aprel 2005 – 2012 | |
Əvvəlki | Nazim Veysov |
Sonrakı | Ramiz Yediyarov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 oktyabr 1951 (73 yaş) |
Doğum yeri | |
Partiya |
20 oktyabr 1951-ci ildə Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olmuşdur. 1959-cu ildə Novoivanovka kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1969-cu ildə adı çəkilən məktəbi bitirmişdir.
1970-ci ildə Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmış, 1972-ci ildə doğulduğu Novoivanovka kəndinə qayıtmış və orada Puşkin adına sovxozda əmək fəaliyyətinə başlamışdır.
1972-ci ildə Şimali Osetiyada Orconikidze (hazırda Vladiqafqaz) şəhərində Qorsk Kənd Təsərrüfatı İnstitutunun Aqronomiya fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin institutu bitirərək, Alim-Aqronom ixtisasına yiyələnmişdir. 1988-ci ildə Bakı Ali partiya məktəbini politoloq ixtisası üzrə,2001-ci ildə isə Ali Diplomatiya Kollecinin hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bitirmişdir.
1978-ci ildə Puşkin adına sovxozda baş iqtisadçı, komsomolçu gənclər briqadasının briqadiri vəzifəsində işləmişdir. 1978-ci ildə Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinə Təşkilat işləri şöbəsinin təlimatçısı vəzifəsinə təyin olunmuşdur. 2 dəfə Sovet KP Ümümittifaq yişincağında Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur.1979-cu ilin aprel ayında Gədəbəy rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir. 1981-ci ilin aprel ayında Gədəbəy rayon Xalq Nəzarəti Komitəsinin sədri seçilmişdir.
1987-ci ildə Gədəbəy rayonunun "Krasnı Oktyabr" toxumçuluq sovxozunun direktoru təyin edilmişdir. Göycədən gələn köçkünlərin yerləşdirilməsi və garşılanması qərargahının rəhbəri olmuşdur. 1989-cu ildə Gədəbəy rayon Aqrar Sənaye Birliyinin rəisi təyin edilmişdir. 1990-cı ildə Gədəbəy rayon XDS-nin sədr müavini seçilmişdir. 1991-ci ildə Milli ordunun Özünü müdafiə batalyonlarının yaradılmasında iştirak etmiş və Milli ordu yaradılanadək ilk dəfə Gədədbəy rayon özünümüdafiə komitəsinin sədri olmuşdur. 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda verdiyi mübarizədə ilk dəfə olaraq Azərbaycan ruslarını Moskvaya aparaq informasiya blokadasını yarmış və Baş kəndlə Gədəbəyi Rus qoşunlarının hücümundan qorunmasında müstəsna xidmət göstərmişdir. 1996-cı ildə Gədəbəy rayon Torpaq Şöbəsinin müdiri təyin edilmişdir.
1998-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin Şəmkir bölgəsi üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi təyin edilmişdir.
2000-ci ilin fevral ayından aprel 2005-ci ilə qədər Gədəbəy rayon ƏSMM-nin direktoru vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2005-ci il tarixli Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmiş, 2012-ci ildə Kamran Qədimalı oğlu Rzazadə Gədəbəy rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
1993-cü ildən YAP üzvüdür. YAP Gədəbəy rayon təşkilatının yaradıcısı olmuş və 2005-ci ilədək bu təşkilatın sədri olmuşdur. Ailəlidir 3 övladı var.