Karavasta laqunu (alb. Laguna e Karavastasë) — Albaniyada ən böyük, Adriatik dənizində isə ən böyük laqunlardan biri. Karavasta Adriatik dənizindən böyük qum zolağı ilə ayrılmışdır. Laqun Divyaka-Karavasta milli parkının bir hissəsidir. Laqun 1995-ci ilin 29 noyabrından Ramsar konvensiyasına əsasən qorunan beynəlxalq ərazilər siyahısına daxil edilmişdir.
Karavasta laqunu | |
---|---|
alb. Laguna e Karavastasë | |
Sahəsi | 45 km² |
Yerləşməsi | |
40°55′39″ şm. e. 19°29′54″ ş. u.HGYO | |
Ölkə | Albaniya |
Yerləşməsi | Fieri |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Laqun Albaniyanın qərb hissəsində, təxminən Şkumbini və Simnan çaylarının mənbələri arasında, Lyuşnya şəhərindən 20 kilometr qərbdə yerləşmişdir. Laqun təxminən 45 m² ərazini tutur. Laqunun maksimal dərinliyi — 1,3 m, orta dərinliyi — 0,7 m-dir. Laqun Adriatik dənizindən böyük qum zolağı ilə ayrılmışdır. Bataqlıq sahilləri boyunca bir neçə qumlu ada yerləşir.[1] Şam ağacı meşələri laqunu əhatə edir.
Laqun nadir heyvanlardan olan qıvrımlələk qutanların yuvalarını qurduqları yer kimi məşhurdur. Dünyada üzrə qutanların 5 %-i bu laqun ətrafında yaşayır. Onlar yuvalarını yalnız laquna daxil olan Qutan adasında tikirlər. Laqun həmçinin 1300-dən çox quş növü yuva qurduğu yer hesab olunur. Bu növlərə Sternula albifrons, böyük qarabatdaq, kiçik qarabatdaq və çəmən tirkuşkasını misal göstərmək olar.[2]
29 noyabrdan Karavasta laqunu (781 nömrəli qərar ilə) beynəlxalq su-bataqlıq təsərrüfat ərazisinin siyahısına daxildir.[3] 1994-cü ildən laqun 222,302 km² ərazisi olan Divyaka-Karavasta milli parkının ərazisinə daxildir.[4] Milli park daxilində bir neçə restoran yerləşir. Qum təpələri boyunca yerləşən çimərlik turistlərin axınına səbəb olur.
Laqun ətrafı ərazilərdə dezinfeksiya üzrə kampaniyalar uzun müddətdir ki, dayandırılmışdır. Bu səbəbdən laqunda ağcaqanadların aktivliyi müşahidə olunur. 2014-cü ildə dezinfeksiya kampaniyaları yeniləndi və bərpa üçün milli layihə yaradıldı. Layihəyə əsasən ovçuluğa yararlı quşlar üçün dezinfeksiya və vaksinasiya işləri aparılmışdır.