Kellan Kristofer Lats (ing.Kellan Christopher Lutz) — ABŞ kino aktyoru. 2008-ci ildə "Alatoran" filmində canlandırdığı Emmet Kallen rolu ilə məşhurlaşmışdı.
Kellan Lats
Kellan Lutz
Kellan Lats 2011-ci ildə GQ "İlin kişisi" mükafatının təqdimatında.
Kellan Lats 15 mart 1985-ci ildə Dikkinson (Şimali Dakota) şəhərində anadan olmuşdu. O, ailənin dördüncü uşağıdır. Onun altı qardaşı və bir bacısı var. 14 yaşında ikən o, ailəsi ilə birgə Arizonaya köçür və orada aktiv idmanla məşğul olur. Kellan basketbol komandasında iştirak edir, həmçinin bilyard üzrə çempionatda qalib gəlir. Yeniyetməlik yaşında Kellan Dominikan Respublikasına gedərək, bu ölkənin mədəniyyətini və ispan dilini öyrənmək üçün bir semestr dərs almışdı[1].
Məktəbi bitirdikdən sonra, Kellan bir çox aktyorun da qarşılaşdığı dilemma ilə üzləşərək tədris və ya aktyor karyerası seçimi qarşısında qalır. Ailəsi onun aktyor karyerası seçiminə qarşı idi; buna görə də məktəbi bitirdikdən sonra, o Kaliforniyaya köçərək, Orange County`s Chapman Universitetində kimya mühəndisliyi fakültəsinə daxil olur, lakin sonra o universiteti ataraq, öz həyatını aktyor karyerası ilə bağlamaq qərarını alır.[2]
Kellan hələ təhsil alarkən əlavə pul qazanmaq məqsədilə model olaraq çalışır. Onun şəkilləri müxtəlif jurnalların üz qabağını bəzəməyə başlayır və hündür boyu, atletik bədəni və çox maraqlı xarici görünüşü tədricən onu dünya model biznesinin ulduzlarından birinə çevirir. Kellan model agentlikləri ilə əməkdaşlıq edir; xüsusən də Calvin Klein geyim brendinin alt paltarı reklamında çəkilməsi onu daha da məşhurlaşdırır.[1]
2004-cü ildə o, Amerikanın model agentliyi olan Hollisterin kampaniyası çərçivəsində düzənlənən reklam kataloqlarına daxil edilir.[3] O həmçinin geyim brendi olan Levi's firmasının reklamlarında da çəkilmişdi.[3] Kellan fotoqraf Mikael Yanssonun iştirakı ilə 2010-cu ildə Interview magazine üçün xüsusi fotolayihədə iştirak etmişdi. Hazırda Kellan Ford Models şirkəti ilə müqavilə imzalayıb.[4]
Karyerasının başlanğıcında Kellan bir sıra televiziya şoularında iştirak etmişdi. O Model Citizens televiziya proqramında və Qayıdış teleserialında təkrarlanan rol almışdı, həmçinin Cəsur və gözəl CSI: NY, Əbədi yay, Müştəri həmişə ölüdür, CSI 2 və Qəhrəmanlar kimi teleseriallarda epizodik rollar canlandırmışdır.
Lats 2008-ci ildə Stefani Mayerineyni adlı romanı əsasında romantikfentezi janrında çəkilmiş Alatoran filmində Emmet Kallen rolunu canlandırır.[5][6]. O həmçinin paralel olaraq The CW telekanalında yayımlanan 90210 teleserialında Corc Evans rolunu ifa edir.[7]. Lats onunla birlikdə Alatoran filmində baş rola çəkilmiş yaxın dostu Eşli Qrinlə yenidən bir araya gələrək, Döyüşçünün ürəyi filmində çəkilir.[8]. Bundan başqa Lats 2010-cu ilin aprel ayında çəkilmiş Qarağac küçəsində qarabasma filmində yuxusunda onu təqib edən adamı gördüyündən yata bilməyən və buna görə də rəfiqəsi Krisin gözü qabağında böğazını kəsərək özünəqəsd edən Din Rassel rolunu,[9], 2011-ci ildə çəkilmiş Ölümsüzlər filmində isə dəniz tanrısı Poseydonu oynamışdı.[10]. Kellan Konan filmində baş rol almağa əsas namizəd olsa da, sonda bu rol Ceyson Marmoaya qismət olmuşdu.[11]. Kellan Mikki Rurkla birgə rejissor Konnor Ellin tərəfindən 2013-cü ildə çəkilmiş Yava bürküsü filmində Ceyk Travers rolunu canlandırmışdı.[12].
Lats heyvanları qoruyan PETA xeyriyyə cəmiyyəti ilə əməkdaşlıq edir. O, həmçinin, ulduzları heyvanları almağa deyil, küçədə qalan heyvanları qorumağa və evlərinə götürməyə çağırır.[13]. O həmçinin Nyu-Orleanın bərpasının, xüsusən də Sen Bernar layihəsinin həyata keçirilməsinin tərəfdarıdır.[14].
Lats ekzotik və yerli pişiklərin onixektomiya əməliyyatı (pişiklərin dırnaqlarını əməliyyat yolu ilə amputasiyası) haqqında Pəncə proekti adlı sənədli filmin çəkilişlərini təqdir etmişdi[15].
Məlumdur ki, aktyor 2010-cu ilin noyabr ayından Anna Linn Makkord ilə görüşürdü. Məhz bu qız Alatoran filmində Rozali Heyl rolunu oynaya bilərdi. Hazırda Kellan və Anna ayrılıblar. 2011-ci ildən Kellanın rəqqasə və aktrisa Şarni Uinsonla münasibətdə olduğu məlumdur. Aktyor həmçinin Eşli Qrinlə dostluq edir.[16].
Kellan "Burlesk" filmində Cek rolunu almağa çalışırdı, lakin sonda bu rol aktyor Kem Jiqandeyə qismət oldu.
"People" jurnalının 2010-cu ildə tərtib etdiyi reytinqə əsasən, Kellan Con Hemm və Rayan Reynoldsdan sonra "Dünyanın ən seksual kişiləri" sırasında 3-cü yeri tutur.
Lats Calvin Klein geyim markasının yeni simasına çevrildi; Kellanın alt paltarı reklam çəkilişində atletik bədənini görən bir çox fanat öz heyranlığını gizlədə bilmədi[17].
Kellan ispan dilində sürətlə danışa bilir, o həmçinin öz məşğul qrafikində nəinki idman zalına, həmçinin beysbol, basketbol, tennis məşqlərinə getməyə də vaxt tapır.
Aktyor üzməyi, snoubord və dağ-xizək idman növləri ilə də məşğul olmağı çox sevir.
Kellan Lats Hilari Daffın "With love"[18], "Hinder" qrupunun "Without You" və Matchbox 20 qrupunun "Put Your Hands Up" mahnıların kliplərində çəkilmişdi[19].
Kellan Elis Uokerin "Purpur rəngi" (The Color Purple) romanını oxumağı çox sevir. O həmçinin yazıçı Con Qrişamın romanlarının pərəstişkarıdır[20].