Talqat Bigəldinov

Talqat Yaqubbəy oğlu Bigəldinov qaz. Талғат Жақыпбекұлы Бигелдинов (5 avqust 1922, Maybalıq, Yeddisu vilayəti, Türkistan MSSR, RSFSR[d] - 10 noyabr 2014, Alma-Ata, Qazaxıstan) — SSRİ qırıcı təyyarə pilotu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, 24 iyun 1945-ci ildə Qırmızı meydanda Qələbə Paradının iştirakçısı, Qazaxıstan Aviasiya general-mayoru.

Talqat Yaqubbəy oğlu Bigəldinov
qaz. Талғат Жақыпбекұлы Бигелдинов
Şəxsi məlumatlar
Doğum tarixi 5 avqust 1922(1922-08-05)[1]
Doğum yeri
Vəfat tarixi 10 noyabr 2014(2014-11-10) (92 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • V. V. Kuybışev adına İnşaat Mühəndisləri İnstitutu[d] (–1968)
Hərbi fəaliyyəti
Mənsubiyyəti SSRİ SSRİQazaxıstan Qazaxıstan
Qoşun növü Hərbi Hava Qüvvələri
Xidmət illəri 19401956
Rütbəsi general-mayor
Döyüşlər İkinci Dünya müharibəsi
İstefada Beynəlxal xeyriyyə fondunun prezidenti
Təltifləri Sovet İttifaqı Qəhrəmanı Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Aleksandr Nevski" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni SSRİ-nin 3-cü dərəcəli "Şöhrət" ordeni "Jukov" medalı "Döyüş xidmətlərinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi" yubiley medalı "Astananın 10 illiyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "Berlinin alınmasına görə" medalı "Praqanın azad edilməsinə görə" medalı "Əmək veteranı" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeni "Vətən" ordeni "Şöhrət" ordeni (Qazaxıstan) Cross of Valour
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Talqat Yaqubbəy oğlu Bigəldinov 5 avqust 1922-ci ildə Türkistan MSSR-nin Yeddisu vilayətinin Maybalıq kəndində anadan olmuşdur.[2].

Arqın tayfasının Quandık qəbiləsindən olan Aqus nəslinin nümayəndəsidir.[3][4] Talqat Bigəldinov uşaqlığını Frunzedə (1926-cı ilə qədər Pişpək) keçirmişdir.[5][6][7][8]

Valideynləri sadə qazax kəndliləri idi. Anasının adı Hadia idi. Talqatın doğma atasının adı Tusupbəy idi, ancaq 6 yaşından atasının kiçik qardaşı Yaqubbəyin övladsız ailəsində böyümüşdü. Burada mövcud qazax ənənəsinə görə əmisinin ailəsinə verildikdən sonra Bişkek şəhərinə köçmüşdür. Talqat doğma valideynlərini erkən yaşda itirmişdi. Ailə kasıb olduğundan, çox ağır yaşayırdı.[2][9].

İkinci Dünya müharibəsində iştirak

[redaktə | mənbəni redaktə et]

1938-ci ildə Talqat Bigəldinov Frunze şəhərindəki aero kluba daxil oldu. 1940-cı ildə Balaşov Hərbi Aviasiya Pilotlar Məktəbinə (Saratovun qərbində) daxil oldu. Sonra 1942-ci ildə məzun olduğu Çkalov Hərbi Aviasiya Məktəbinə (Orenburq şəhəri) qəbul edildi. 1943-cü ilin yanvarından İkinci Dünya müharibəsi cəbhələrində döyüşlərə qatıldı. Elə həmin Kommunist Partiyasına üzv seçildi. Döyüşlərə İl-2 təyyarəsində gedirdi. Sovet İttifaqı Qəhrəmanı S.P.Poşivalnikovun eskadrilyasında xidmət keçirdi. Qısa müddətdən sonra Poşivalnikovun müavini oldu.[10]

26 oktyabr 1944-cü il tarixində, Qvardiya Baş leytenantı Bigəldinov Talqat Yaqubbəy oğlu, hava döyüşlərində 4 düşmən təyyarəsini şəxsən vurduğu üçün Znamenka, Kropivnitski şəhərlərinin azad edilməsi zamanı göstərilən cəsarət və döyüş bacarığına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

1944-cü ilin payızında Qvardiya kapitanı Talqat Bigəldinov - 144-cü Qvardiya Hücum Aviasiya Alayının (9-cu Qvardiya Hücum Aviasiya Diviziyası, 1-ci Qvardiya Hücum Aviasiya Korpusu, 2-ci Hava Ordusu, 1-ci Ukrayna Cəbhəsi) eskadron komandir təyin olundu.

24 iyun 1945-ci ildə Moskvada Qırmızı meydanda Qələbə Paradının iştirakçısı olmuşdur.

Kapitan Talqat Yaqubbəy oğlu Bigəldinov 27 iyun 1945-ci ildə Krakov, Oppeln (indiki Opole) Breslau (indiki Vrotslav), Katovitse və Berlin uğrunda döyüşlərdə eskadron komandiri kimi düşmən qoşunlarına və texnikalarına hücumlara rəhbərlik etdiyi üçün ikinci Qızıl Ulduz medalına layiq görüldü.

Müharibənin iki ili ərzində Talqat Yaqubbəy oğlu Bigəldinov düşmən quru qoşunlarına hücum etmək üçün 305 dəfə döyüş uçuşuna çıxmışdı. O, hava döyüşlərində şəxsən 5 (dörd Me-109 və bir Yu-87) vurmuş və 2-ci qrupun bir hissəsi olaraq düşmən təyyarələrini, çox sayda canlı qüvvə və texnikasını məhv etmişdi.

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]
Talqat Bigəldinov 2009-cu il, 9 may, Alma-Ata şəhəri

Müharibədən sonra, 1950-ci ildə Hava Qüvvələri Akademiyasını bitirdi və 1956-cı ilə qədər SSRİ Hərbi Hava Qüvvələrində xidmətini davam etdirdi. 1957-1970-ci illərdə - mülki aviasiya sahəsində işləmişdir. Qazaxıstan SSR Mülki Aviasiya İdarəsinin sədr müavini vəzifəsində çalışmışdır. Alma-Ata, Aqtöbe, Karaqanda, Kostanay, Jambıl, Ust-Kamenoqorsk və digər bölgə mərkəzlərində uçuş-enmə zolaqlarının yaradılmasına rəhbərlik etmişdir.[11] 1968-ci ildə Talqat Bigeldinov Moskva İnşaat Mühəndisliyi İnstitutunu qiyabi olaraq bitirmiş, bundan sonra Qazaxıstan SSR-in Dövlət Tikinti sistemində rəhbər vəzifələrdə çalışmışdır.

2-3 və 12-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1946-1954 və 1989-1991-ci illərdə) olmuşdur. Böyük Vətən Müharibəsi əlillərinə və kimsəsiz uşaqlara yardım göstərən Beynəlxalq Xeyriyyə Fondunun prezidenti idi. Alma-Ata şəhərində yaşamışdır.

Polbin adına Orenburq Ali Hərbi Aviasiya pilot məktəbinin fəxri kursantıdır.

11 iyul 2014-cü ildən Toqanbai Kaumbayevin ölümündən sonra, Sovet İttifaqı Qəhrəmanı unvanının sahib Böyük Vətən müharibəsinin iştirakçısı olan yeganə qazaxçı idi. 31 Avqust 2012-ci ildən Hava Marşalı Aleksandr Yefimovun ölümündən sonra, Böyük Vətən müharibəsi dövründə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını alan yaşayan yeganə qəhrəmanı idi. 10 Noyabr 2014-cü ildə vəfat etmişdir. Alma-Atadaki Kensay-1 qəbiristanlığında dəfn edilmişdir.[12]

  • 9 May 2000-ci ildə, Kökşetau şəhərində Fəxri Lövhəsində iki dəfə Sovet İttifaqı Qəhrəmanı Talqat Bigəldinovun büstü açılmışdır.
  • İki dəfə Sovet İttifaqı Qəhrəmanı Talqat Bigəldinovun bürünc büstü Frunze (indiki Bişkek) şəhərində qoyulmuşdur.[13]
  • Aqtöbedə Hava Müdafiə Qüvvələrinin Hərbi İnstitutu (keçmiş ABVAU) iki dəfə Sovet İttifaqı Qəhrəmanı Talqat Bigəldinovun adını daşıyır.[14]
  • Karaqanda, Respublika hərbi internat məktəbi iki dəfə Sovet İttifaqı Qəhrəmanı Talqat Bigəldinovun adını daşıyır.
  • 2015-ci ilin dekabr ayında bürünc büst, fərdi sənədlərin nüsxələri, fotoşəkillər və Talqat Bigəldinovun portreti Moskvadakı Böyük Vətən Müharibəsi Mərkəzi Muzeyinə hədiyyə edilmişdir.[15]
  • 8 may 2021-ci ildə Nur-Sultan şəhərində Talqat Bigəldinov küçəsinin və Sarıarka prospektinin kəsişməsində, abidəsi açılmışdır.[16]
  • Uşaqları - oğulları Talqat, Marat, qızları Reyhan, Qalina, İra. Nəvələri - Alen, Yusup, Tamilana, Qaliya, Saniya, Oksana, Rıskali, Yulia, İrina, Hadia, Jasmin, Lara. Nəticələri - Oleq, Andrey, Yunus, Ramazan, İrina, Anastasiya, Yekaterina, Artur, Erik, Tatyana, Matvey, Qeorqi, Zaxar, Aida, Aday, Adel. Yanəticələri - Renata, Nikita, Yusup.
  • Həyat yoldaşları: 1) Bigəldinov Saniya, 2) Bigəldinov Tatyana, 3) Bigəldinov Dameliya, 4) Bigəldinov Orundıbikə[18]
  1. Бегельдинов Талгат Якубекович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 "Счастливое число Талгата Бегельдинова". 2015-03-29 tarixində arxivləşdirilib.
  3. "Arxivlənmiş surət". 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  4. "Шутка, что все казахи приходятся друг другу родственниками, получила научное подтверждение". 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  5. Алма-Ата. Энциклопедия (60000 nüs.). Алма-Ата: Гл. ред. Казахской советской энциклопедии. Гл. ред. Козыбаев М. К. 1983. 1 0.
  6. "Талгат Бегельдинов". 2014-11-10 tarixində arxivləşdirilib.
  7. "Лики войны: летчик, которого спасла молитва". 2014-11-10 tarixində arxivləşdirilib.
  8. Талгат Бегельдинов Большая биографическая энциклопедия Бегельдинов, Талгат Якубекович Arxivləşdirilib 2021-07-11 at the Wayback Machine
  9. "Талгат Бигельдинов". 2015-03-29 tarixində arxivləşdirilib.
  10. "Талгат Бигельдинов". 2015-03-29 tarixində arxivləşdirilib.
  11. "Подвиг длиною в жизнь". 2015-03-29 tarixində arxivləşdirilib.
  12. Марина Хегай. "12 ноября в Алматы простились с прославленным лётчиком Талгатом Бегельдиновым". Газета «Караван», № 45. 2014-11-13. 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-08.
  13. "Бегельдинов, Талгат Якубекович - Герои страны". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  14. В небе он был неустрашим Arxivləşdirilib 2013-12-12 at the Wayback Machine // «Красная звезда». 05.09.2013
  15. "Центральный музей Великой Отечественной войны". 2016-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
  16. "Памятник Талгату Бегельдинову открыли в Нур-Султане". www.inform.kz. 2021-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-25.
  17. "Высокие награды Родины". 2013-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-06.
  18. "Талгат, сын Талгата". 2015-03-29 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]