Roza Tajibay qızı Baqlanova (qaz. Роза Тәжібайқызы Бағланова; 1 yanvar 1922[1], Kazalinsk, Qırğızıstan MSSR – 8 fevral 2011[2], Almatı) — Sovet, Qazaxıstan operası və pop müğənnisi (soprano). SSRİ xalq artisti olub (1967). Qazaxıstan Xalq Qəhrəmanı ordeni ilə təltif olunub.[3][4]
Roza Baqlanova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1922[1] |
Doğum yeri | |
Vəfat tarixi | 8 fevral 2011[2] (89 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Janrlar | оpera, estrada |
Səs tembri | soprano |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
1 yanvar 1922-ci ildə Kazalinskdə (indi - Qazaxıstanın Qızılorda vilayəti) anadan olub. Kiçik juzun Jıtırı qəbiləsinin jaqalbəyli soyundandır.[5]
Məktəbi bitirdikdən sonra Roza Baqlanova 1939-1941-ci illərdə Qızılorda Pedaqoji Unioversitetində təhsil alır. Atasının ölümündən sonra, ailənin dolanışığı üçün, Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutuna daxil olur, çünki orada bir yataqxanada mənzil, pulsuz yemək verirdilər və toxucu olaraq əlavə pul qazanmaq mümkün mümkün idi. Daşkənddə onun oxuması təsadüfən Daşkənd Opera Evinin solisti və eyni zamanda Filarmoniya Cəmiyyətinin direktoru Muhitdin Qara-Yaqubov tərəfindən eşidilir.
Roza Baqlanova 1941-ci ildən Səmərqənddə, Özbəkistan SSR Dövlət Qadın Mahnı və Rəqs Ansamblında, Özbəkistan Filarmoniyasında işləyir. 1941-ci ilin yazında Moskva Dövlət Konservatoriyasına dəvət alır, ancaq müharibə başladığı üçün ansamblla birlikdə cəbhəyə gedir. Sənətkarlar trubbası ilə birlikdə birbaşa ön cəbhədə Qızıl Ordu əsgərləri qarşısında çıxış edir. Ön xətt konsertləri ona böyük uğur qazandırdı, Lidiya Ruslanovanın "Ah, Samara-Qorodok" mahnısı da daxil olmaqla repertuarından mahnılar ifa etdi. Roza Baqlanova xatirələrində qeyd edir ki, bu mahnını əvvəlcə L.Ruslanovanın ifasında cəbhə konsertlərindən birində eşidir, daha sonra özü ifa etməyə başlayır. L.Ruslanova özü də Rozanın ifasını çox bəyənirdi və əslində bu mahnını onun "vizit kartı" olan yeni başlayan qazax müğənnisinə təqdim etdi. 9 may 1945-ci ildə, Berlindəki Zəfər konsertində iştirak etdi.
Müharibədən sonra Roza Baqlanova Sovet İttifaqında populyar olan ən məşhur müğənnilərdən birinə çevrilərək böyük səhnəyə qayıdır. SSRİ-də geniş və ölkə miqyasında tanınan ilk qazax müğənnisi olur.
Roza Baqlanova 1947-1949-cu illərdə Abay adına Qazaxıstan Dövlət Akademik Opera və Balet Teatrında, 1949-1960-cı illərdə Canbul adına Respublika Filarmoniyasında çalışmışdır.
1960-cı ildə Roza Qazaxıstan Dövləti "Kazaxkonsert" birliyinin aparıcı səhnə ustası olur. Repertuarında dünya opera sənətinin əsərləri, müxtəlif ölkələrin xalq mahnıları və müasir bəstəkarların musiqi əsərləri də yer alıb.[6]
12 aprel 1961-ci ildə, Yuri Qaqarinin Yer ətrafında uçuşu zamanı, Vostok-1 kosmik gəmisi ilə əlaqə quran Almatıdakı qısa dalğalı Vesna stansiyası, Baqlanovanın mahnılarını 10 dəqiqə yayımlamışdı (Moskva vaxtı ilə 9:52 - 10:02 arasında).[7]
Roza Baqlanova Sovet-Macarıstan sənədli filmi "Dünya Gəncliyi"ndə (1949) oynayır.
Bir çox ölkələrdə (Polşa, Şərqi Almaniya, Macarıstan, Avstriya, Çexoslovakiya, Çin, Koreya, Hindistan, Birma, Kanada, İsveç, Belçika və s.) qastrol səfərlərində olmuşdur.
Roza Baqlanova bütün bir dövrün milli simvoludur: A. Vertinski, Q. Ulanova, M. Plisetskaya, İqor İlyinski, Arkadi Raykin, böyük Svyatoslav Rixter və D. Şafranla ilə eyni səhnədə bölüşmüşdür. Bir çox dünya dövlət xadimləri ilə: İosif Stalin, Nikita Xruşşov, Leonid Brejnev, Kim İr Sen, Mao Tszedun ilə şəxsən tanış idi. Cəvahirləl Nehru və İndira Qandi ilə iki dəfə görüşüb. Qazaxıstan xalq musiqisinin və Qazaxıstan bəstəkarlarının yaradıcılığının inkişafı və populyarlaşlmasında böyük rolu olmuşdur. Sovet İttifaqı Mədəniyyət işçiləri tərəfindən "kiçik qazaxlı" deyə çağrılırdı.
2007-ci ildə Roza Baqlanova "Atamura" nəşriyyatı özünün "Айналайын халқымнан еркелеткен" ("Xalqımın mənə olan sevgisinə görə minnətdaram") adlı avtobioqrafiyasını nəşr etdirdi.
Roza Baqlanova, 8 fevral 2011-ci ildə Almatıda, ürək tutmasından sonra vəfat edib. Ölümündən bir gün əvvəl, 7 fevral tarixində, dövlət başçısı Nursultan Nazarbayev tərəfindən Mədəniyyət, Təhsil və Sosial Proqramlarına Dəstək Fondunun prezidenti təqaüdünə layiq görülmüşdü.[8] Kensay qəbiristanlığında dəfn olunub.