Kerol (ing. Carol) — britaniyalı və amerikalı rejissor Todd Heynsin romantik dram filmidir. Filmin əsasını yazıçı Patrisia Haysmitin "Duzun qiyməti" (həmçinin Kerol kimi də tanınan) romanı təşkil edir. Filmin ssenarisi Fillis Neyci tərəfindən yazılmışdır. Filmdə əsas rolları Keyt Blanşett, Runi Mara, Sara Polson, Kayl Çendler və Ceyk Lesi canlandırmışlar. Hadisələrin 1950-ci illərin Nyu-Yorkunda baş verdiyi filmdə gənc fotoqraf xanım və çətin seçim qarşısında qalmış orta yaşlı qadın arasındakı yasaq sevgidən bəhs edilir.
Kerol | |
---|---|
Carol | |
Janr | dram filmi |
Rejissor | Todd Heyns |
Prodüserlər |
Elizabet Karlsen Stiven Vulli Kristina Vaxon |
Ssenari müəllifi | Fillis Neyci |
Baş rollarda |
Keyt Blanşett Runi Mara Sara Polson Kayl Çendler |
Operator | Edvard Laxman |
Bəstəkar | Karter Böruell |
Quruluşçu rəssam | Cudi Bekker[d] |
İstehsalçılar | Film4 Productions[d][3][4], Killer Films[d][3][5][…] |
Distribütor | The Weinstein Company[d][6], Netflix |
İlk baxış tarixi | 17 may 2015 Kann, 20 noyabr 2015 ABŞ, 27 noyabr 2015 Birləşmiş Krallıq |
Müddət | 118 dəq. |
Büdcə | $11.8 milyon[1] |
Gəlir | $39 milyon[2] |
Ölkələr |
ABŞ |
Dil | ingilis dili |
İl | 2015 |
Rəng | rəngli |
Çəkiliş yeri | Sinsinnati |
IMDb | ID2402927 |
Vikianbarda əlaqəli mediafayllar |
Kerol filminin istehsalına hələ 1997-ci ildə başlanılmışdır; məhz həmin dövrdə, Fillis Neyci ssenarinin birinci layihəsini tərtib etməyi qərara alır. Böyük Britaniyanın məşhur Film4 Productions şirkəti və onun keçmiş icraçı direktoru Tessa Ross filmin hazırlaması üçün lazımi maliyyə vəsaitini ayırırlar. Öz uzun müddətli "yetişmə dövrünün" gedişatı zamanı, film maliyyələşdirmənin axtarışı, müəllif hüquqları, əsas iştirakçıların iş qrafiklərinin uyğunluğu və lazımlı insanlara çıxışla çətinliklər də daxil olmaqla bir sıra çətin həll olunan maneələrlə rastlaşmışdır. Number 9 Films studiyasının həmtəsisçisi olmuş Elizabet Karlsen romanın ekranlaşdırması üçün tələb olunan bütün hüquqları əldə etdikdən sonra, onun çalışdığı studiya 2011-ci ildə çəkilişlərə qoşulacağını bildirir. Nyu-Yorkun Killer Films şirkətinin əməkdaşı Kristina Vaxon 2013-cü ildə ekranlaşdırılacaq filmin rejissoru ilə tandemdə çıxış etmək məqsədilə bir müddət birqə çalışdığı Todd Heynsə müraciət edir və ondan rəsmi icazəni aldıqdan dərhal sonra layihəyə qoşulur. Əsas çəkilişlər 2014-cü ilin mart ayında Ohayo ştatının Sinsinnati şəhərində başlanır və 34 gün ərzində davam edir. Kinooperator Edvard Laxman Kerol filmini Super 16 mm adlı xüsusi plyonka ilə çəkir.
Kerol 2015-ci ildə keçirilən Kann kinofestivalı zamanı Qızıl Palma Budağı nominasiyası üzrə rəqabət aparmaq üçün seçilir və filmdə baş rolu oynamış Runi Mara əldə etdiyi "Ən Yaxşı Qadın Oyunçu" mükafatını Emmanuell Berkot ilə bölüşür. Film tənqidçilərdən əsasən müsbət rəy alması və müxtəlif film festivallarında bir çox nominasiya əldə etməsinə baxmayaraq, 88-ci Oskar mükafatında 6 nominasiyaya namizəd olan film heç birini qazana bilməmişdi, həmçinin 73-cü Qızıl Qlobus mükafatında 5 nominasiya, 69-cu BAFTA film festivalında isə 9 nominasiyaya namizədlik əldə etməsinə baxmayaraq, tərəfdaş çıxdığı və namizədlik əldə etdiyi sahələrdən heç birində qalib olmamışdır. Bununla belə, Kerol kinotənqidçilər tərəfindən nəşr edilən bir çox publikasiyalarda 2015-ci ilin ən yaxşı filmi adlandırılmış və ümumilikdə 130 filmin də yer aldığı geniş siyahıda top-10-a daxil edilmişdir. Film 20 noyabr 2015-ci ildə ABŞ-də seyircilər üçün məhdud buraxılışda təqdim olunmuş və yalnız 15 yanvar 2016-cı ildə geniş prokata buraxılmışdır. Həmçinin film 27 noyabr 2015-ci ildə Böyük Britaniyada tamaşaçılar üçün nümayiş olunmuşdur.
1952-ci ildə fotoqraf olmağa cəhd göstərən Terez Belivet, Milad mövsümü ərzində Manhetten şəhərində yerləşən Frankenberq Univermağında müvəqqəti satıcı kimi işləyir. Günlərin birində, o, mağaza otağının o biri başında kiçik nümunəvi qatar komplektinə baxan olduqca qlamur və baxımlı bir qadını görür. Terezin tövsiyələri əsasında, Kerol Eyrd adlı həmin qadın Milad bayramı üçün qızına gözəl hədiyyə alır. Kerol gənc işçi Terezi dostyana söhbətə cəlb edir və mağazanı tərk edərkən əlcəklərini təsadüfən orada unudur. İş saatı bitdikdən sonra Terez əlcəkləri özü ilə yaşadığı evə aparır və çalışdığı mağazanın çekləri içərisində Kerolun ünvanını taparaq poçt vasitəsilə əlcəkləri göndərməyə qərar verir.
Terezin sevgilisi Riçard Fransaya getməyi və orada onunla evlənməyi planlaşdırır, lakin Terez bunun əksinə olarq sevgi münasibətlərində hər iki cinsə meyl göstərdiyini hiss etməyə başlayır. Terezin qarşılıqlı dostu olan Denni, onu çalışdığı iş yerinə, yəni The New York Times nəşriyyatına dəvət etməyi və burada işləyən bir foto-redaktora təqdim etməyi təklif edir. Səfər zamanı Denni, onu öpmək üçün fürsətdən istifadə edir. Terez bu öpüşə qarşı çıxmasa da, əşyalarını götürərək otağı tərk edir. Eyni zamanda, Kerol ona laqeyd münasibət bildirən əri Harcla birgə yaşamaqdan imtina edir və boşanmağın çətin dövrünü yaşayır; bu evlilikdən onun Rindi adında kiçik bir qızı var. Kerol, əlcəyi göndərən şəxsə minnətdarlığını bildirmək üçün mağazaya zəng vurur və telefona cavab verən Terezi nahara dəvət edir. Hər iki qadın bir-biri ilə yaxından maraqlanmağa başlayırlar. Daha sonra Kerol Milad bayramını qeyd etmək üçün Terezi yaşadığı Nyu Cersidəki evinə dəvət edir. Onlar avtomobilə minərək yola düşürlər və Kerol şam ağacını almaq üçün yaşağdığı evin yaxınlığındakı bir mağazaya daxil olur, Terez isə onun üçün açıq-saçıq şəkillər çəkməyi qərara alır. Qızını özü ilə Floridaya aparmağa çalışan Harc, qəflətən keçmiş həyat yoldaşının yaşadığı evə daxil olur və iki qadının birlikdə bayramı qeyd etdiklərini görərək şübhələnir, çünki bu hadisədən təxminən bir il öncə Kerol həyat yoldaşının ən yaxın rəfiqəsi Ebbi ilə yaxın münasibətdə olmuşdur. Terez onların dalaşdığına şahidlik edir və Harc əsəbi halda evi tərk etdikdən sonra, Kerol rəfiqəsini öz avtomobili ilə vağzala aparır və Terez evinə geri qayıdır.
Kerol daha sonra Terezə zəng edərək, ondan üzr istəyir və yenidən görüşmək istədiyini bildirir; yeni görüş yeri kimi artıq Terezin yaşadığı ev təyin olunur və Kerol burada rəfiqəsinə Canon fotoaparatını və çəkiliş üçün plyonka hədiyyə edir, lakin Kerol həmin gün Harcın hakimi hədələyərək, ona qarşı "əxlaq haqqında əsasnaməni" nəzərdən keçirməyi xahiş etdiyini və Rindi üzərində ona tam qəyyumluğun verilməsini tələb etdiyini öyrənir; Harc həmçinin keçmiş həyat yoldaşının tələbləri yerinə yetirməyəcəyi təqdirdə onun başqa qadınlarla homoseksual əlaqələrdə olduğunu bütün ictimaiyyətə yayacağı ilə hədələyir. Kerol boşanma prosesinin stressindən qaçmaq üçün Qərbə səyahət etməyi arzulayır və bu səyahətə Terezi dəvət edir. Özünü atılmış hiss edən Harc əsəbi halda Kerolu hələ də sevdiyini deyərək, onun Terez ilə əlaqələrin çox sürməyəcəyini qabaqcadan xəbər verir. Onlar uzun müddət mübahisə etməyə başlayır və nəhayət sonda əlaqələrin davam edilməsinin mənasız olduğunu anlayırlar. Bundan sonra Terez və Kerol səyahətə yola düşürlər. Kerol ilə keçirdiyi unudulmaz səyahətin ikinci günündə Terez qaldığı moteldə Tommi Taker adlı şəxslə rastlaşır.
Yeni il ərəfəsində rəfiqələr Ayova ştatında yerləşən Vaterloo şəhərinə gəlir və buradakı motellərin birində nömrə kirayələməyi qərara alırlar. Məhz burada Kerol Terezi ilk dəfə öpür. Hər iki qadın nəhayət bir-birinə duyduqları güclü hisləri etiraf edərək cinsi əlaqə ilə məşğul olurlar. Növbəti gün isə sevgililər öyrənirlər ki, sən demə Tommi adlı həmin müəmmalı satıcı oğlan, faktiki olaraq Harc tərəfindən kirayələndirilmiş və boşanma prosesində ona qarşı şahidliyi öz üzərinə götürmüş özəl tədqiqatçıdır. Kerol üzərində daim gəzdirdiyi pistoleti Tommiyə yönəldərək, ona qarşı durmağa çalışır və tədqiqatçı qorxu içərisində önəmli bütün məxvi material və lentləri onun keçmiş əri Harca göndərdiyini bildirir. Kerol qızının himayəsi uğrunda mübarizə aparmaq məqsədilə gecəykən Nyu Yorka geri qayıtmağa məcbur olur və rəfiqəsi Ebbidən növbəti günə kimi sevdiyi Terezin qayğısına qalmağı xahiş edir. Nyu-Yorka qayıdan Terez Kerola zəng edir, lakin bilir ki, əgər bir də Rendi ilə görüşsə o, Terezlə əlaqəsini davam etdirməyəcək, Kerol sakitcə qulaq asır və Terezi göz yaşları içində qoyaraq telefon əlaqəsini kəsir.
Terez çəkdiyi şəkillərdən ibarət portfolio yaradır və The New York Times-da işə düzəlir. Ayrılığın öhdəsindən gələ bilmək üçün o, psixoterapevtin xidmətindən istifadə edir. Hər iki vəkillə qarşıdurma görüşü zamanı, Kerol qəflətən bütün məxvi lent və yazıların həqiqətən onun haqda olduğunu etiraf edərək, öz təbiətini inkar etməyəcəyini bildirir. Hüquqi konfrontasiyalardan qaçmaq və uşağının həyatını qorumaq üçün, Kerol Harcla danışıqlar aparmağa razılıq verir və keçmiş həyat yoldaşının Rindi üzərində daimi himayədarlığına qarşı olmayacağını deyərək, uşağı ilə müntəzəm görüş tələb edir. Kerol keçmiş ərinə bildirir ki, onun irəli sürdüyü təklifi rədd etmək ən azından kənardan çox iyrənc görünərdi.
Kerol Terezə məktub yazaraq, onunla görüşmək istədiyini bildirir, onlar Ritz Tower otelinin qonaq otağında görüşməyi qərara alırlar. Burada Kerol Medison-avenyuda yeni ev kirayələdiyini və mebel mağazasında satıcı kimi işə qəbul olunduğunu deyir. O, həmçinin yeni mənzilin iki insan üçün kifayət qədər geniş olduğunu deyərək, Terezin onunla birgə yaşamasını istədiyini etiraf edir, lakin Terez bundan imtina edir və qəflətən sükut yaranır. Kerol Terezə öz həmfikirliləri ilə Palıd otağında iclas keçirəcəyini və əgər Terez öz fikrini dəyişsə çox sevinəcəyini və onunla şam edəcəyini deyir. Terez daha bir neçə dəqiqə Kerol ilə birlikdə qalır və Kerol onun qulağına "Səni sevirəm" sözünü pıçıldayır. İki qadın arasında yaşanan romantik anlar qəflətən otağa daxil olan və Terezi aylarla görməyən Cek tərəfindən yarımçıq qalır. Kerol ayağa qalxaraq getməyə hazırlaşır, ancaq getməzdən öncə o, Terezin çiyninə toxunur.
Terez Cekin dəvət etdiyi axşam qonaqlığına gəlir və burada o, qəti şəkildə qadınlara duyduğu marağa görə, ona sevgi münasibətlərini nümayiş etdirən kişilərdən heç birisi ilə açıq ictimai əlaqədə ola bilməyəcəyini anlayır. Terez tez-tələsik Palıd otağına doğru qaçır. O, otağa daxil olur, kütləni nəzərdən keçirir, sonra isə otağın arxa hissəsində tənha şəkildə oturan Kerolu görür. Kerol başa düşən təbəssümlə başını sallayır, Terez onun yanına tərəf gəldikdə isə onun təbəssümü böyüyür.
Kerol filmi yazıçı Patrisia Haysmitin 1952-ci ildə yazdığı "Duzun qiyməti" adlı yarım-avtobioqrafik romanın əsasında ekranlaşdırılmışdır. Roman başlanğıcda "Kler Morqan" psevdonimi altında nəşr edilməli idi, ancaq onu nəşr edən tərəf, yəni Harper & Brothers şirkəti bu addan imtina edir. Bunun üçün də Haysmit romanın adını Kerol ilə əvəz edərək, 1990-cı ildə kitabı yenidən nəşr etməyə qərar verir[7][8][9]. Hekayə üçün Haysmitin 1948-ci ildə Nyu-York şəhərində Bloomingdale's mağazalar zəncirində işləyən xəz paltolu sarışın qadınla — Ketlin Senn ilə rastlaşmasından ilham alınıb. Hekayə Haysmitin özünə əsaslanıb və Senn Kerolun şəxsiyyəti üçün şablon rolunu oynayıb. Haysmit həmçinin keçmiş sevgilisi olan Virciniya Kent Katervudun yaşadığı təcrübələrindən də istifadə etdi. Virciniya Kent aristokrat zümrəsindən idi. Kent gizli teyp qeydlərini əhatə edən (onun qadın sevgilisi bu qeydləri məhkəmədə istifadə etmişdi) səs-küylü keçən boşanma prosesində uşağının himayədarlığından mərhum edilmişdi[10][11]. Haysmitin Senn ilə tanış olduğu axşam o, hekayənin səkkiz səhifəlik xülasəsini hazırladı, bir neçə həftə sonra hekayəni inkişaf etdirdi və 1951-ci ildə onu tamamladı[10][12].
Londonda anadan olmuş sonradan isə Nyu-Yorka köçmüş prodüser Doroti Bervin başlanğıcda, yəni hələ 1966-cı ildə əsərin müəllif hüquqlarına malik bir şəxs kimi layihənin üzvü seçilmişdir. O, hələ həmin zamanlar London agentinin tövsiyəsi ilə məşhur dramaturq Fillis Neycini filmin ssenarisini yazmağa cəlb etməyi bacarmışdır[13][14]. Haysmitin yaxın dostu olmuş Neyci, ssenarinin birinci variantını 1997-ci ildə yazır[14][15][16]. Beləliklə, Haysmit Neyciyə müəllifi olduğu romanlardan birisinin adaptasiya edilməsini təklif edir[17]. Neycinin sözlərinə görə, Haysmitin başlanğıcda subyektiv və intensiv nöqteyi-nəzərdən ekranlaşdırılacaq filmin "qaneedici" olacağına dair şübhələri mövcud idi[18]. Ssenarinin mənbə materialına uyğunluğunun qorunmasını mühüm hesab edən Neyci onu uyğunlaşdırmağa qərar verir və qeyd edir ki: "Mən bu əsərin adaptasiyasını öhdəmə götürməyə borcluluq hiss etdim, çünki, pis hala salınmasını istəmirdim, onsuz da o, əsərlərinin bir çox adaptasiyalarını bəyənmir və bu əsərlə də belə hal yaşanması üzücü olardı"[16].
Film üçün maliyyələşmənin axtarıldığı bir müddətdə Neyci və Bervin öyrənirlər ki, əsas qəhrəmanların seksuallığı investorları onların genderindən daha az narahat edir — "İki əsas qəhrəmanın qadın olması, əsas məsələ bu idi" deyə Neyci qeyd edir[9]. Kerol rolunu o zamanlar ifa etməyin "olduqca təhlükəli ideya" olduğunu Bervin 2015-ci ildə müsahibələrin birində bildirmişdi. "Layihəyə mən Keyt Blanşett ilə birlikdə gəlmişdim. Çəkilişləri həmişə onun rolu ilə başlamaq lazım gəlirdi" deyə Bervin daha sonralar qeyd edirdi[19]. Film4 Productions və Tessa Ross şirkətləri filmin hazırlamasını maliyyələşdirərək, onu çox illər boyunca aktual olaraq qalmasına müvəffəq olmuşdular.[13][20][21] O zamanlar film layihəsi tam dayandırılana qədər Hetti MakDonald, Kennet Branah, Kimberli Pirs, Con Meyböri və Stiven Frirs kimi müxtəlif direktor və sərmayədarlar tərəfindən müşahidəyə məruz qalmışdır[9][22][23]. Filmin çəkilişinə aparan yol, iki qadının canlandıracağı gey mövzunun adətən qarşılaşa biləcəyi maliyyələşdirmə əngəlləri və bununla mübarizə aparmaq üçün istifadə edilən vasitələr nəticəsində çox uzanmışdır. Maliyyələşdirməni qazanmaq məqsədilə, gey və lezbiyan kateqoriyalı film başlanğıcda nəzərdə tutulmuş məzmuna ciddi dəyişiklik etmişdir.
Neyci qeyd edir ki, ssenarinin müvafiq olaraq 1950-ci illəri xatırlatması vacib idi. "O zaman fərqli yanaşmalar, fərqli etiket qaydaları, insanların bir-biri ilə fərqli fiziki ünsiyyət qaydaları mövcud idi." deyə o qeyd edir. "Bu müasir insanın emosional kodları və dəyərlər sistemini ona qaşıqda təqdim etmək kimi bir şeydir.[9][18]" Müxtəlif rejissorlar və investorların ssenariyə müdaxilə etmə mərhələsində Neyci Kerol və ya Terezin homoseksual olmalarına görə utanc keçirmələri ilə bağlı səhnənin əlavə edilməsinə qarşı qəti mübarizə aparmışdır. Neyci deyir: "Ssenarini işləyərkən mənim əmin olduğum yeganə hiss o idi ki, Petin Kerol və Terezin seksual hissləri ilə bağlı dəyərləndirməsi və onların sevgisi mütləq saxlanılmalı idi[18]."
Neyci adaptasiyanı, romanın yazılmasından bir müddət sonra işləməyə başlamışdı, buna görə də "Eyzenhauer hakimiyyətinin başa çatması və Anti-amerikan Fəaliyyətlərin Tədqiqi Komissiiyasının güclənməsi diqqət mərkəzində ola bilərdi."[18] Romanın adaptasiyası zamanı ortaya çıxan əsas problemlərdən biri "sanki Terezin çiynində oturaraq onun beynindəkiləri danışan" və ümumiyyətlə hadisələri təsvir edərək tez-tez şəxsi fikirləri ilə onlara müdaxilə edən üçüncü şəxs olmuşdur.[18][24] Romanın nəql strukturunun saxlanması üçün çalışan Neyci qeyd edir ki, əsərdə "Kerol xarakteri yoxdur. O, romanda qarşımıza çıxan ruhdur, çünki romanda olması vacibdir" və əlavə edir ki, onun qarşısında "Kerolu vizual olaraq yaratmaq məsələsi dururdu, çünki, o, yalnız struktual olaraq mövcud idi."[13] Neyci qərara gəlir ki, baxış bucağını Terezdən Kerola doğru dəyişsin, çünki, "baxış bucağı həmişə ən həssas məsələlərdən biri olmuşdur." Neyci Terezi quruluşçu-rəssam yerinə fotoqraf kimi təsvir edərək "insanlara obyektivdən baxmasına" imkan yaratmış, bununla da romanın müəllifi olan Haysmit üçün Terezin dəqiq mövqeyinin olmasını vurğulamışdır.[24] Neyci Terezi təsvir edən "Mən insanları ona görə çəkməyə başladım ki, dostum insanlarla daha çox maraqlanmalı olduğumu deyirdi" fikirlərini səsləndirərkən Haysmit haqqında olan şəxsi məlumatlarından istifadə edir və "kiminsə həyatında iştirak etməzdən əvvəl ondan kənara çıxmaq və onu şərh etmək" mövqeyində dayanır.[9] Kerol obrazını yaradarkən Neyci Qreys Kellinin "Həyətə baxan pəncərə" filmindəki obrazından ilhamlanmışdır.[14][25] Hadisələrin necə cərəyan etməsi bəlli olsa da, Neyci Kerol üçün şəxsi həyat yazmaqda azad idi. Neyci personajı araşdırıb onun dərinliklərinə vardıqdan sonra, onun həyatının yazılması daha asan olmuşdur.[13] Neyci personajların "təbiətinin açılmasına köklənərək, onların bir-birinə aşiq olmasını iki nöqteyi-nəzərdən izah etməyə çalışmış" və personajların "sadəcə yaşadıqlarını və öz sərhəddlərini keçməyə çalışmadıqlarını" vurğulamışdır.[17]
Fillis Neyci[17]
Neyci başa düşür ki, vacib elementlərin ixtisar ediləsi "romanda zamanlamanın dəyişməsinə" və ssenaridə hekayənin axınının yavaşlamasına səbəb ola bilər. İngiltərədə onun ssenarini işləmək üçün "geniş azadlığı" var idi, çanki nə studiya, nə də rejissor ona təzyiq etmir, yalnız prodüserlə ünsiyyət saxlayırdı. Beləcə, uzun illər ərzində o, ssenarinin beş "yekun" variantını işləyib ərsəyə gətirdi.[13] Neyci deyir ki, uzun müddət davam edən yaradıcılıq işlərindən sonra, "Toddla işləmək asan və cəld başa gəlirdi. Biz ikimiz də təmkinli işləməyə maraqlı idik."[9] Hayns və Neyci ssenarini birlikdə nəzərdən keçirirlər.[14][26][27] Hayns işlə məşğul olmağa başladıqda onlar Neyci ilə "əsərin necə çərçivəyə salınacağı"nı müzakirə edirlər, Heyns "Qısa görüş" tərzli filmlərlə maraqlandığını bildirir, Neycinin "uzun müddət qaçmağa çalışdığı" çərçivə formasını təklif edir.[13][28][a] "Onu ssenarinin əks etdirdiyi mövzular maraqlandırırdı" deyə Neyci bildirir. "Biz iş prosesində bu əhvalı saxlamağa çalışdıq."[13] Hayns ilə iş prosesində bəzi hissələri ixtisar edən Neyci ssenarini bir qədər də sirli hala gətirir, Kerolun filmin əvvəlində Terezə dediyi "Sən nə qəribə qızsan, sanki kosmosdan gəlmisən" ifadəsini əsas alır.[22] Neyci və Hayns qərara gəlirlər ki, onlar "gündəm filmi" və ya "baxın biz nə qədər uzağa gedə bilmişik" filmi ortaya çıxarmaq istəmirlər.[20]
London Film Festivalında Neyci filmin "Duzun qiyməti" yox, "Kerol" adlandırıldığını deyir, çünki, Haysmit özü nəşr zamanı əsərin adını dəyişərək "Kerol" qoymuşdu və o da, "qəribə, qısa adları sevirdi." Sonradan bu məsələ Heynslə də müzakirə edilmişdi.[30] Heyns qeyd bildirir, filmin "Kerol" adlandırılmasının səbəbi odur ki, "o, gənc bir xanımın istəyi haqqındadır" və "hekayədə əsas istək obyekti" Keroldur. "Burada bir qədər uzaqlıq, bir qədər narahatlıq Terezi istiqamətləndiri və yeni hisslər…filmin böyük bir hissəsində onu müşayət edir. Bu münasibətdə kimin obyekt kimin subyekt olması məsələsi hekayə boyunca dəyişir və bu da filmə öz adını verir." Bu hekayənin universallığı haqqında Heyns qeyd edir ki, "əsas həlledici məsələ odur ki, cəmiyyət [Terezin] hisslərini qəbul edəcək ya yox; bu ona sevgini qaytaran insandır ya yox?…bu sevginin sərhədlərini aşmaqdırmı və ya sevginin yaranmasıdır."[31]
"Number 9 Films"dən Elizabet Karlsen 2004-cü ildə Nyu-Yorkun "Killer Films" şirkətindən Kristin Vakon ilə birgə Neycinin "Xanım Harris" filminə prodüserlik edərkən "Kerol"un ssenarisinə fikir vermir.[22][26][b] 2010-cu ildə Bervinin kitabın ekranlaşdırılmasına olan hüquq anlaşmasının müddəti başa çatdıqdan sonra ssenari dövriyyəyə çıxarılır.[9] Bervin filmin icraçı prodüseri olaraq qalır.[13] 2011-ci ilin sonlarında Karlsen Haysmitin varislərini Tessa Ross ilə müqavilə bağlamağa razı sala bilir.[9][26] Daha sonra o, məyus və istəksiz Neycini yenidən ssenari üzərində işləməyə razı salır.[9][14] Prodüserlər Britaniyalı rejissorlardan biri ilə razılaşsalar da, sonradan vaxt planlaşdırılması probleminə görə həmin rejissor işdən uzaqlaşır.[26] 2012-ci ilin mayında filmin İrlandiya rejissoru Con Krouli tərəfindən ekranlaşdırılacağı, Keyt Blanşet və Miya Vasikovskanın baş rolları ifa edəcəkləri Karlsen və "Number 9 Films"dən Stefan Vulinin prodüser, "Film4"dən Tessa Rossun isə icraçı prodüser olacağı elan edildi.[32][33] "Kerol" filminin çəkilişlərinin 2013-cü ilin əvvəllərində başlanılması planlaşdırılsa da, cədvəl planlamasında yaranan problemlərə görə Krouli layihəni tərk edir.[9][26][c] Növbəti rejissorun itirilməsini müzakirə etmək üçün Karlsen Kristin Vaçonu dəvət edir. Vaçon ona deyir ki, əsas rolda çəkilməsi planlaşdırılan ulduzun layihədən uzaqlaşmasından sonra, ehtimal ki, onun prodüserlik etdiyi Todd Heynsin çəkməli olduğu film reallaşdırılmayacaq. Buna görə də onlar Heynslə danışıqlara başlamaq qərarına gəlirlər. Heynslə yaxşı münasibətləri olan vaçon ona layihədən bəhs edərək ssenarini göndərir. Qırx səkkiz ssat ərzində ssenari ilə tanış olan Heyns onu ekranlaşdırmağa razılıq verir və Vaçon prodüser kimi layihəyə qoşulur.[26][28] 2013-cü ilin mayında Heynsin filmin rejissoru olacağı elan edilir.[34] İki gün sonra Kann kinofestivalında "The Weinstein Company" filmin ABŞ distribütorluğu haqqını əldə edir.[35]
Heyns layihə haqqında ilk dəfə 2012-ci ildə kostyum dizayneri Sendi Pauelldən xəbər tutur, ona Blanşetin layihəyə qatılması və Karlsenin prodüser olması xəbər verilir. Sahib olduğu "Dirty Films Ltd." Şirkati vasitəsiylə həm də filmin icraçı prodüseri kimi çıxış edən Blanşet "uzun müddət" layihə ilə məşğul olur.[36][37] Vaçon 2013-cü ildə ona müraciət etdikdə Heyns layihə üçün rejissor axtarılmasından xəbər tutur. Hekayə, onun tarixi və sosial məzmunu, həmçinin Blanşetlə iş birliyi imkanı Heynsi həvəsləndirən səbəblər olur.[38][39] "İlk dəfə ssenarini oxuyanda məni daha çox maraqlandıran nə oldu" Heyns deyir, "…istəkli insanın duyğuları necə…cinayət işi kimi əks olunur…və hiperaktiv insan zəkası bunu necə qəbul edir."[17] Heyns həm də dramaturgiya səviyyəsində Blanşetlə əməkdaşlıq edir.[40]
Cədvəl planlaşdırmasına görə Vasikovskayanın layihədən uzaqlaşması ilə daha bir problem yaranır.[9] Daha sonra Heyns hələ 2011-ci ildə "Əjdaha tatulu qız" filminin tamamlanmasından sonra Terez rolu üçün təklif edilmiş Runi Maraya müraciət edir. Mara ssenarini bəyəndiyini və Blanşetlə birgə işləmək istədiyini bildirir, buna görə də bütün çətinliklər və problemlərin öhdəsindən gəlməyə çalışır. Heynsin layihəyə gəldiyi vaxt Mara "fərqli mühitdə idi" və layihəni imzalaması "gözlənilən deyildi".[41][42] 2013-cü ilin avqustunda Maranın layihədə Vasikovskayanı əvəz edəcəyi elan edildi.[41][43]
2014-cü ilin yanvarında Karter Byuruell film musiqisinin yazılması üçün layihəyə cəlb edildi.[44] Sara Polsonun Kerolun yaxın rəfiqəsi Ebbi rolunu, Kayli Şandlerin isə Kerolun həyat yoldaşı Harc rolunu canlandıracağı müəyyənləşdi.[45][46] Növbəti ay Kori Maykl Smit cazibədar səhhay-satıcı Tommi, Ceyk Leysi isə Terezin oğlan dostu Riçard rolu üçün seçildi.[47][48] 2014-cü ilin aprelində Con Marqo "The New York Times" yazarı Denni peronajını canlandırmaq üçün seçildi.[49] Daha sonra Kerri Braunşteyn Terezlə qarşılaşan yaşlı qadın Cenevyeva Kantrell rolunu canlandırmaq üçün aktyor heyətinə qatıldı.[50] Əvvəllər də Heynslə birlikdə çalışmış Edvard Laxman quruluşçu-operator kimi layihəyə qatılmışdır.[51]
Məşqlərdə Heyns, Blanşet və Mara başa düşdülər ki, əsas obrazların bəzi ifadələri artıq səslənir və ixtisar edilməlidir, Heyns bunu "stilistik təcrübə" adlandırdı. "Mən hiss etdim ki, bəzi ifadə və dialoqlar ümumi məzmunda artıq kimi görünür, çünki, onların ötürdüyü məlumat onsuz da izləyiciyə bəllidir, ixtisar edilmələri isə əsərə bir təsir etməyəcək" deyə o qeyd edir.[31] Kostyum dizayneri Sendi Pauell Heynslə iş birliyi haqqında deyir: "Super vizual və super hazırlıqlı olan Heyns filmin başlanğıcında şəxsi vizual effektlərindən istifadə edir. O, görüntüyə aylar ərzində topladığı şəkilli kitab kimi başlayır. O, sanki bu işdən asılı vəziyyətə düşmüşdü. Sözün yaxşı mənasında."[52] "Çirkli və qarışıq" Nyu-York mühitini təsvir etmək üçün Heyns müharibədən sonrakı rəngli çəkilişdən istifadə edir. Qadın fotoqraflar Rut Orkin, Ester Babli, Helen Levit, Viviyan Mayer, həmçinin abstrakt fotoqraf Sol Leyterin yaradıcılığı filmin görüntüsünə təsir etmişdir.[29][53]
Hazırlıqlar zamanı prodüserlər müəyyən edirlər ki, Nyu-York film çəkilişləri üçün çox bahalı şəhərdir, üstəlik şəhər vizual olaraq 1950-ci illərin Nyu-Yorkundan çox fərqlənir, həmçinin bir məkandan başqasına hərəkət çox çətin olduğundan və çox vaxt aldığından şəhər çəkiliş üçün demək olar ki, əlverişsizdir. Karlsen 1950-ci illərin Nyu-Yorkunu Sinsinnati, Ohayoda çəkməyi təklif edir. Şəhərin araşdırılmasından sonra məlum olur ki, onillərdir ki, şəhərin memarlığında ciddi dəyişikliklər edilmir, həmçinin Ohayo şatatı ABŞ-də vergilərin ən aşağı olduğu ştatlardan biridir.[28][53]
2013-cü ilin dekabrında Kerol filminin çəkilişlərinin Sinsinnati, Ohayoda aparılacağı, istehsal ofislərinin 2014-cü ilin yanvar ayının əvvəllərində açılacağı, çəkilişlərin martın ortalarından maya kimi davam edəcəyi elan edildi.[54] 2014-cü ilin fevralında Böyük Sinsinnati və Şimali Kentukki Film Komissiyası film əlavələri və vintaj avtomobillər üçün vəsatətnamə çıxardı.[55][56][57] Əsas çəkilişlər 12 mart 2014-cü ildə Eden park, Sinsinati ərazisində başlanıldı.[51][58][59] Sinsinnati ərazisində şəhər mərkəzi, Hayd parkı, Ouve-ze-Reyn, Vayominq, Çeviot, Hemilton və Aleksandriya, Kentukki ərazisində aparılmışdır.[60][61][62][63] Film istehsalçıları real məkanları çəkiliş məkanları kimi istifadə etmişlər, Sinsinatti musiqi zalında otel otağı qurulmuşdur. Filmdəki univermaq şəhərdəki köhnə univermaqlardan birində qurulmuşdur.[28] Çəkilişlər 25 aprel 2014-cü ildə tamamlanmışdır.[60] Filmin əsas çəkilişlərinə 34 gün sərf edilmişdir.[64] Edvard Laxman Kerol filmini Super 16 mm film formatında çəkmişdir.[65]
Filmin yeddi ay davam edən istehsal-sonrası Nyu-Yorkda tamamlanmışdır. Montajçı Affonso Qonçalves ilə yanaşı Heyns də filmin montaj prosesində iştirak etmişdir. Fondakı müasir elementlərin yığışdırılması üçün xüsusi vizual effektlər (VFX) istifadə olunmuş, altı "açar çəkiliş" üçün isə genişləndirilmiş VFX tətbiq edilmişdir. Hərəkətli səhnələrin çəkilişi daha çətin idi deyə Heyns qeyd edir, pəncərələr, yağış, toz və digər elementlərin təmizlənməsindən sonra, CGI detalları "görüntüyə uyğun buğda təsviri ilə təmin edilmişdir."[66] "Çox xüsusi, bir qədər korlanmış" kimi təsvirin əldə edilməsi üçün rəqəmsal aralıqdan istifadə edilmişdir.[66] Qonçalvesin ümumi montajı haqqında detallı qeydlər etmək üçün Heynsə beş həftə yarım, filmin rejissor versiyasını işləmək üçün isə dörd həftə lazım olmuşdur. Prodüserlər rejissor versiyası haqqında qeydlərini bildirmiş, dostlar və tanışları ilə baxışlar təşkil etmişlər. Onlar redaktəni Hari Veynşteynə göstərmək qərarına gəlirlər. Veynşteyn filmi baxışa təqdim edilməzdən bir neçə həftə əvvəl görür, bəyənir və dəstəkləyir.[28]
Heyns tətbiqi işlərin 15 dekabr 2014-cü ildə tamamlandığını təsdiqləyir.[67] Kerri Braunşteyn qeyd edir ki, filmin birinci montajı daha geniş idi və onun səhnələrinin bir çoxu ixtisar edilmişdir.[68][69] 2015-ci ilin noyabrında Sara Polsin qeyd edir ki, o, və Mara arasında, həmçiin Blanşetlə olan açar səhnələr filmdən ixtisar edilmişdir.[70][71] 2016-cı ilin yanvarında Runi Mara Terez və Riçard arasındakı intim səhnələrin də ixtisar olunduğunu açıqlamışdır.[72] Montajçı Affonso Qonçalves qeyd edir ki, ilkin montaj zamanı film iki saat yarım olsa da, yekun montaj işlərindən sonra 118 dəqiqə qalmışdır.[73] 2015-ci ilin oktyabrında verdiyi müsahibədə Heyns montaj işi ilə bağlı deyir: "Biz bir çox səhnələri ixtisar etmişik, həmin səhnələrin çox gözəl ifa edilməsi və yaxşı çəkilməsinə baxmayaraq, film çox uzun alınmışdı."[74]
Film musiqisinə Karter Byuruel tərəfindən yazılmış orijinal musiqi və digər musiqiçilərin mahnıları daxildir. "Kerol" filmi üçün "The Cloves", Billi Holidey, Corciya Gibbs, Les Pol və Mari Ford və Co Staffordun mahnılarından istifadə olunmuşdur. Vins Cordano və "Nighthawks Orchestra" qrupunun "Willow Weep for Me", "The Four Aces" qrupunun "A Garden in the Rain", Vudi Hermanın "Perdido", Eddi Fişerin "That's the Chance You Take", Pi Vi Kinqin "Slow Poke", Patti Peycin "Why Don't You Believe Me" mahnılarından filmdə istifadə olunsa da, onlar film musiqisi albomuna daxil edilməmişdir.[75]
Film musiqisi albomu 20 noyabr 2015-ci ildə "Varèse Sarabande" leyblı tərəfindən həm dijital yükləmə həm də disk şəklində[76], 24 iyun 2016-cı ildə isə vinil formatında satışa çıxarılmışdır.[77]
"Kerol" filmindən ilk rəsmi görüntü 2014-cü ilin mayında Film4 tərəfindən "London Evening Standard" qəzetində nəşr etdirilmişdir.[67][d] 2014-cü ilin sonlarında artıq hazır olmasına baxmayaraq, prodüserlər film festivalları mövsümünə uyğunlaşdırmaq üçün filmin çıxarılmasını 2015-ci ilə kimi ləngitmişlər. 2014-cü ilin oktyabrında Heyns və prodüser Kristin Vaçon filmin premyerasının 2015-ci ilin yazında baş tutacağını, payızında isə filmin satışa çıxarılacağını açıqladılar.[78]
"Kerol" filminin dünya premyerası 2015 Kann kinofestivalında baş tutmuşdur.[79][80] Kerolun Şimali Amerika debütü Telluride Film Festivalında baş tutumuş, daha sonra film Nyu-York Film Festivalında göstərilmişdir.[81][82][83]
Filmin Birləşmiş Krallıq premyerası Britaniya Film İnstitutunun London Film Festivalının Qala mərasimində, 14 oktyabr 2015-ci ildə baş tutmuşdur.[84] 20 noyabr 2015-ci ildə[85] film limitli çıxışla ABŞ-də açılış etmişdir.[86][87][88] Platform çıxışı alan film, 11 dekabra kimi 4–16 kinoteatrda[89], 25 dekabrdan isə 16–180 kinoteatrda[90] yayıma girmiş, 8 yanvar 2016-cı ildə filmin yayımlandığı kinoteatrların sayı 520-yə çatmışdır.[91] 15 yanvar 2016-cı ildə film geniş prokata çıxarılmışdır.[2] Birləşmiş Krallıqda Kerol filmi 27 noyabr 2015-ci ildə geniş yayıma çıxarılmışdır.[92]
2015-ci ilin dekabrında "The Hollywood Reporter" "Arthouse" adlı Rusiya distribütor şirkətinin 2016-cı ilin martından etibarən filmin Rusiyada distribütorluq hüququnu aldığını elan etdi. "Arthouse" şirkətinin direktoru deyir ki, Rusiyada qəbul edilmiş "Rusiya LGBT cəmiyyəti federal "gey propoqandası" qanununun qurbanı olduğuna" və belə qanunun ""Kerol"un əsas televiziya kanallarına satılmasının qarşısını aldığına görə" filmin Rusiyada yayıma girməsi "böyük risk" idi. O, qeyd edir ki, "bəzi kinoteatrlar filmi sifariş etməkdən imtina etsələr də, LGBT mövzusu ətrafında yaranmış qalmaqal filmin reklamına və məlumatın düzgün auditoriyaya çatdırılmasına kömək edəcək", həmçinin, əlavə edir ki, "film münasibətlər haqqındadır, bu, sevgi hekayəsidir və mən əminəm ki, film cəmiyyətin LGBT mövzusundan uzaq üzvləri tərəfindən də alqışla qarşılanacaq."[93] 10 mart 2016-cı ildə film Rusiyada yayıma girmişdir.[94][95]
2016-cı ilin yanvarında ABC Kerol və Terez arasında sevgi səhnəsinin də yer aldığı reklamı yayımlamaqdan imtina etdi və nəticədə, "The Weinstein Company" filmin rəsmi treylerini yenidən redaktə etməli oldu.[96][97]
2016-cı ilin martında 35 mm film ekranlaşdırmasına malik olan Kerol BFİ Fleyr: London LGBT Film Festivalında yayımlandı.[98] Nyu-Yorkun müstəqil "Metrograph" kinoteatrı Tod Heyns, operator Ed Laxman və prodüser Kristin Vaçonun köməyi ilə xüsusi 35 mm yayım tədbiri təşkil etmişdir.[99][100] Yayımın bütün biletləri qısa müddətdə satıldığına görə, filmin populyarlığı nəzərə alınaraq ikinci və üçüncü yayım da təşkil edilmişdir.[101][102]
4 mart 2016-cı ildən "Kerol" filmi dijital yükləməyə çıxarılmışdır.[103] 15 mart 2016-cı ildə film DVD, Blu-ray və sifarişli video formatlarında Anchor Bay Entertainment tərəfindən ABŞ-də, 21 mart 2016-cı ildə isə StudioCanal tərəfindən Birləşmiş Krallıqda satışa çıxarılmışdır.[103][104] Disk formatına bonus kimi səhnə arxası görüntülər, aktyor heyəti və film istehsalçıları ilə müsahibələr və limitli sənət açıqcaları daxildir.[103][104] 10 mart 2016-cı ildən film DVD və Blu-ray formatlarında əvvəlcədən sifariş satışlarına görə ABŞ-də yeddinci yerdə qərarlaşmışdır.[105][106] Birləşmiş Krallıqda satış göstəricilərinə görə DVD 7-ci, Blu-ray isə 12-ci yerdə debüt etmişdir.[107][108] 20 mart 2016-cı ildə ABŞ-də DVD və Blu-ray formatlarda satışdan gəlir müvafiq olaraq $356,971 və $246,161, ümumi gəlir isə $603,132 olmuşdur.[109][110]
Kerol çox müsbət rəylər almış, Kann kinofestivalında mətbuat baxışından əvvəl isə film üçün on dəqiqəlik tərifnamə oxunmuşdur. Tənqidçilər Heynsin rejissorluğunu alqışlamış, Blanşet və Maranın aktyorluğunu tərifləmiş, operator işi, kostyumlar və film musiqisinə müsbət şərhlər səsləndirmiş, filmi Kann festivalında mükafata namizədlər arasında ən güclü iştirakçılardan biri kimi təqdim etmişlər.[111] "Rotten Tomatoes" rəy aqqreqatorunda film 94% müsbət olan 231 rəy əsasında 10 baldan 8.6 balla qiymətləndirilmişdir. Sayt tənqidçilərinin ortaq rəyində deyilir: "Todd Heynsin ciddi rejissorluq işi Keyt Blanşet və Runi Maranın güclü aktyor ifası ilə Kerol novator istinad mənbəsi qədər canlı görünür."[112] "Rotten Tomatoes"un illik "Qızıl Pomidor mükafatı" mərasimində "Kerol" filmi 2015-ci ilin ən yaxşı rəy almış məhəbbət filmi kimi qeyd edilmişdir.[113] "Metacritic" rəy aqqreqatorunda 44 tənqiçinin rəyinə əsasən "bəşəri bəyənmə" ilə qiymətləndirilmişdir.[114] "Kerol" 2015-ci ildə "Metacritic"də ən yaxşı qiymətləndirilmiş filmdir.[115]
Bir çox film tənqidçiləri və müxtəlif tematik nəşrlər "Kerol"u 2015-ci ilin ən yaxşı filmlərindən biri adlandırmış, film 130 tənqidçinin Top 10 siyahısına salınmışdır.[e] "Film Comment" jurnalı 100 film tənqidçisi arasında keçirdiyi il yekunu sorğusunun nəticələrinə görə "Kerol" filmini 2015-ci ilin ən yaxşı filmi adlandırmışdır.[117] Film "Variety" jurnalının 2015-ci ilin ən yaxşı filmləri səsverməsində liderlik əldə etmişdir.[124] "Sight & Sound"un 168 tənqidçinin iştirakı ilə keçirdiyi səsvermənin nəticələrinə görə film ikinci yerdə qərarlaşmışdır.[118] "Kerol" həm də 125 tənqidçinin iştirak etdiyi "Village Voice" Film Tənqiçiləri Səsverməsində və 200 tənqidçinin iştirak etdiyi "Indiewire" film tənqidçiləri səsverməsində ikinci yeri tutmuşdur.[119][120] "Metacritic"ə görə "Kerol" tənqidçilərin Top on siyahısında ən çox qeyd edilən üçüncü film olmuşdur.[116]
$11.8 milyon büdcəsi olan "Kerol" filmi 3 aprel 2016-cı ildə Şimali Amerikadan $12.7 milyon, digər ərazilərdən $27 milyon, ümumilikdə isə $39.7 milyon dollar gəlir əldə etmişdir.[1][2] 20 noyabrda film ABŞ-də dörd kinoteatrda limitli yayıma girmişdir – Nyu-Yorkda Paris və Anjelika kinoteatrları, Los-Ancelesdə ArkLayt Hollivud və Lendmark kinoteatrları – və hər bir kinoteatrdan təxminən $50,000 dollar gəlir əldə etmişdir.[125] Açılış həftəsonunda film dörd kinoteatrdan $253,510 dollar gəlir əldə etmişdir ki, bu da Heynsin filmləri arasında ən uğurlu açılış həftəsonudur. Filmin hər kinoteatrdan gəliri $63,378 olmuşdur ki, bu da 2015-ci ilin üçüncü ən böyük göstəricisidir.[86][126] İkinci həftəsonunda $203,076 əldə edən film, hər kinoteatrdan ortalama $50,769 gəlir göstəricisi ilə həftənin ən uğurlu filmi olmuş, dörd kinoteatrdan ümumilikdə $588,355 gəlir əldə etmişdir.[127] Üçüncü həftəsonunda "Kerol" dörd kinoteatrdan $147,241 əldə etmişdir ki, bu da hər kinoteatrdan ortalama $36,810 gəlir deməkdir. Bu göstərici ən yüksək üçüncü həftə gəir nəticəsi olmuşdur.[128]
Dördüncü həftəsində film, 16 kinoteatrda yayıma girmişdir ki, bu da gəlir göstəricisinin həftəsonuna yaxın hər kinoteatrda ortalama $10,000-ə qədər artmasına səbəb olmuşdur. Dördüncü həftəsonunda filmin gəliri $338,624 olmuşdur ki, bu da hər kinoteatrdan ortalama $21,105 gəlir deməkdir.[89] Dördüncü həftənin sonunda film ABŞ-də ümumilikdə $1.2 milyon gəlir əldə etmişdir.[129] Beşinci həftəsonunda film kinoteatrdan $218,000 gəlir əldə etmişdir. Gəlirlər $231,137 məbləğə qədər böyümüş və hər kinoteatrdan ortalama $14,446 məbləğ əldə edilmişdir.[130][131] Bundan sonra "Kerol" filminin yayımı 16 kinoteatrdan 180 kinoteatra qədər genişləndirilmişdir.[90][132] Altıncı həftəsonunda film $1.1 gəlir əldə etmişdir ki, bu da 180 kinoteatrın hər birindən $6,075 gəlir deməkdir; Ümumilikdə filmin ABŞ gəlirləri $2.9 milyon olmuş, dünyada isə film, $7.8 milyon əldə etmişdir.[133][134] Yeddinci həftəsonunda ABŞ-də Kerolun gəlirləri $5 milyonu keçmişdir. 189 kinoteatrda yayımlanan filmin gəlirləi $1.2 milyona qədər genişlənmiş, hər kinoteatrdan $6,429 gəlir əldə edilmişdir ki, "Deadline"ın qeydinə görə bu heyrətamiz yaxşı nəticədir.[135] Birləşmiş Krallıqda açılış həftəsonu film 206 ekrandan $812,000 gəlir əldə etmişdir.[136] 5 aprel 2016-cı ildə filmin Birləşmiş Krallıq gəlirləri $4.1 milyona çatmışdır.[137]
Kerol filmi 180-ə yaxın istehsal və tənqidçi nominasiyaları, 50-ə yaxın mükafat əldə etmişdir. Film 2015 Kann kinofestivalında Qızıl Palma Budağı uğrunda mübarizə üçün seçilmiş və Kvir Palma qazanmışdır, Mara isə Ən Yaxşı aktrisa mükafatına namizəd göstərilmişdir.[138][139] Uistler Film Festivalında "Kerol" Dinləyici Mükafatı, Çikaqo Beynəlxalq Film Festivalında isə "seksuallıq və identikliyin yeni bədii prespektivlərini təqdim etdiyinə görə" Qızıl Hüqo Mükafatına layiq görülmüşdür.[140][141] "Indiewire" saytının tənqidçilər arasında keçirdiyi ən yaxşı film və aktyor oyunu sorğusunda "ümumi favorit" olmuş, Nyu-York Film Festivalında isə Ən Yaxşı bədii xüsusiyyət, Ən Yaxşı rejissor, Ən Yaxşı aktrisa (Blanşet və Mara), Ən Yaxşı ssenari və Ən Yaxşı operator kateqoriyalarında birinciliyi əldə etmişdir.[142] Kamerimaj Beynəlxalq Film Festivalında Laxman Ən Yaxşı operator kateqoriyasında mükafata layiq görülmüşdür. Münsiflər heyətinin bəyanatında deyilir:
“[Kerol] o dövrün böyük fotoqrafiyasına hörmətlə asan şəkildə dövrün mühiti canlandırır. O, həm də özünün unikal kino dilini yaradaraq, izləyiciləri hər dəqiqə əks etdirdiyi, sevgiyə görə bədəl ödənilməsi təsvir edilən dünyanın dərinliklərinə çəkib aparır. Onun rənglər və işıqlar vasitəsilə hissləri əks etdirmək bacarığı bizi bu sənətin ustalığına necə çatmağı müzakirə etməyə sövq edir. [Laxman] bizim üçün ustad, [Kerol] isə şah əsəridir."[143] |
Amerika Film İnstitutu "Kerol" filmini 2015-ci ilin ən yaxşı on filmindən biri seçmişdir.[144] Ən yaxşı qadın roluna görə, Ən yaxşı ikinci plan qadın roluna görə, Ən yaxşı operator işinə görə və Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə kateqoriyalar da daxil olmaqla altı nominasiyada Oskar mükafatına namizəd göstərilmişdir.[145][146] Ən yaxşı bədii film-dram, todd Heyns üçün Ən yaxşı rejissor, Blanşet və Mara üçün Ən yaxşı aktrisa, Byuruell üçün Ən yaxşı orijinal film musiqisi nominasiyalarında "Kerol" beş Qızıl Qlobus mükafatı qazanmışdır.[147] Film, Ən yaxşı film, Ən yaxşı rejissor işi, Ən yaxşı aktrisa, Ən yaxşı ikinci plan aktrisası və Ən yaxşı uyğunlaşddırılmış ssenari kateqoriyaları da daxil olmaqla doqquz kateqoriyada BAFTA mükafatına namizəd göstərilmişdir.[148] Ən yaxşı bəddi film, Ən yaxşı rejissor işi, Ən yaxşı ssenari, Blanşet və Mara üçün Ən yaxşı aktrisa kateqoriyaları da daxil olmaqla "Kerol" altı nominasiyada Müstəqil Ruh mükafatına namizəd göstərilmiş və Ən yaxşı operator işi nominasiyasında mükafatı qazanmışdır.[149] Ən yaxşı film, Ən yaxşı rejissor, Ən yaxşı aktrisa və Ən yaxşı ikinci plan aktrisası kateqoriyaları da daxil olmaqla film, doqquz nominasiyada Tənqidçilərin seçimi mükafatına namizəd göstərilmişdir.[150] Blanşet və Mara müvafiq olaraq Ən yaxşı aktrisa və Ən yaxşı ikinci plan aktrisası nominasiyalarında Ekran aktyorları gildiyasının mükafatına namizəd göstərilmişdir.[151]
"Kerol" Ən yaxşı film, Ən yaxşı rejissor, Ən yaxşı ssenari və Ən yaxşı operator işi nominasiyalarında Nyu-York Film Tənqidçiləri Dairəsinin mükafatına layiq görülmüşdür.[152] Film, Ən yaxşı musiqi kateqoriyasında Los-Anceles Film Tənqidçiləri Assosasiyasının mükafatını qazanmış, Ən yaxşı rejissor, Ən yaxşı operator işi və Ən yaxşı quruluçu-rəssam kateqoriyalarında isə ikinci yerə layiq görülmüşdür.[153] Milli Film Tənqidçiləri Cəmiyyəti Heynsi Ən yaxşı rejissor, Laxmanı isə Ən yaxşı operator mükafatlarına layiq görmüşdür.[154] Heyns və Laxman həm də Boston Film Tənqidçiləri Cəmiyyətinin Ən yaxşı rejissor və Ən yaxşı operator mükafatlarını qazanmışlar. Bundan əlavə Laxman London Film Tənqidçiləri Dairəsinin Texniki uğur mükafatına layiq görülmüşdür.[155][156] "Kerol" Əlamətdar film-Geniş çıxış kateqoriyasında GLAAD Mediya Mükafatını qazanmışdır.[157] Frankfurt Kitab Yarmarkası "Kerol"u Ən yaxşı büynəlxalq ədəbi uyğunlaşdırma adlandırmışdır.[158]
2016-cı idə 100-ə yaxın film mütəxəssisləri – tənqidçilər, texniki heyət üzvləri, kuratorlar, elm xadimləri və proqramçılar arasında keçirilmiş və kino tarixinin 80 ilini əhatə edən sorğunun nəticələrinə əsasən Britaniya Film İnstitutu "Kerol" filmini bütün zamanların ən yaxşı LGBT filmi elan etmişdir.[159][160]
2015-ci il Oskar mükafatına namizədlərin elan edilməsindən sonra nominantlar arasında irqi müxtəlifliyin olmaması ilə bağlı yaranmış narazılıqlarla yanaşı, Kerol filminin Ən yaxşı film və Ən yaxşı rejissor işi nominasiyalarında mükafata namizəd göstərilməməsi qadınları və LGBTQ insanlarını mərkəzə alan filmlərə qarşı da ayrı-seçkilik olması ilə bağlı jurnalistlər və təşkilatlar arasında müzakirələr meydana çıxmışdır.[161][162][163][164]
"USA Today"dən Neyt Skott filmin Ən yaxşı film nominasiyasında mükafata namizəd göstərilməməsini mərasimin "böyük utancı" adlandırmışdır.[165] "HitFix"də Lui Virtel qeyd edir ki, tənqidçilər tərəfindən alqışla qarşılanmış "45 il" və "Tapmaca" kimi filmlərin də nominant göstərilməməsi müstəqil qadın fikirlərini təbliğ edən "qadın mərkəzli" filmlərin akademiya üzvləri tərəfindən qəbul edilmədiyini göstərir. Virtel bildirir ki, Ən yaxşı film nominasiyasında Oskara namizəd göstərilən qadın mərkəzli filmlər ("Bruklin" və "Otaq") "kişilər haqqında fikirləşən, onların italyansayağı məşuq, qorxunc oğru və ya vaxtından əvvəl doğulmuş övlad olduqlarını düşünən" qadınlardan bəhs edir – halbuki "Kerol" "aktiv şəkildə, həyatlarında kişilərin iştirakını və təsirini azalrmağa çalışan qadınlar haqqındadır … Qadınların daxili dünyasına maraq və onun kişilərə aid olmamasının vurğulanması filmi daha da radikal mövqedən təqdim etmişdir."[166]
"The Huffington Post"dan Metyu Ceykobs qeyd edir ki, "akademiklərin zövqü o qədər sadədir ki, onlar bu filmin parlaqlığını qəbul edə bilmirlər"[167], "The A. V. Club"dan Niko Lenq isə deyir ki, "on il əvvəl "Qozbel dağ" filminin yaşadığı taledən sonra "Kerol" filminin nominant göstərilməməsi təəccüb doğurmamalıdır":
“Bu günə kimi, kvir-mövzulu heç bir film Ən yaxşı film nominasiyasında qalib gəlməmişdir, hansısa digər nominasiyada qalib gəlmiş filmlərdə isə bu mövzu ciddi rol oynamamışdır...”Kerol”u unikal və ekstraordinal edən səbəblər Akademiyanın onu Ən yaxşı film nominasiyasında mükafata layiq hesab etməməsinə təkan verən səbəblərdir...”Duzun qiyməti” LGBT ədəbiyyatının ən məşhur nümunələrindən biridir, təkcə ona görə yox ki, 1952-ci ildə (bir çox amerikanların hətta lezbiyanlıq haqqında anlayışları olmadığı vaxt) nəşr edilmişdir, həm də ona görə ki, əsərdə sevgililər hisslərinə görə müəllif tərəfindən cəzalandırılmırlar və sonda onların xoşbəxtliyi üçün qapı açıq saxlanır...Romanı sevgi hekayəsinə çevirən orada kvir vəcdinin ekstazının olması yox, Kerol Eyrd və Terez Belivet kimi real qadınların olmasıdır.”[168] |
"Vanity Fair"dən Riçard Lavson qeyd edir, "baxmayaraq ki, təsvir edilən ehtiras və əzab mövzuları universaldır", film ola bilsin ki, "çox geydir", o qədər ki, "hətta adi dialoqları belə yalnız kvir şəxslər tam anlaya bilərlər." O, vurğulayır ki, buna baxmayaraq kifayət qədər qəribə ssenariyə malik filmlər – ayı ilə mübaricə və efik qisası əks etdirən "Sağ qalmış", yeddi yaşlı qəhrəmanın mübarizəsini əks etdirən "Otaq" və Mett Deymonun qəhrəmanının Marsda macəralarını əks etdirən "Marslı" kimi filmlər Ən yaxşı film nominasiyasında mükafata namizəd olmuşdur. Lavson qeyd edir ki, filmdə "dəbdəbəli melodrama"nın olmaması onu çıxılmaz vəziyyətdə qoyur.[169]
"Indiewire"-dən Doroti Snerker hadisəni akademiklərin demoqrafik əskikliyi ilə əlaqələndirir. Lavsonla razılaşan Snerker qeyd edir ki, "Kerol" ola bilsin "yaşlı ağ kişilərin səs verməsi üçün" "çox gey" və "çox qadınsal"dır, filmin əsaslandığı roman isə "əsrin ortalarında iki qadının qarşısıalınmaz sevgisini əks etdirir." Snerker həm də ehtimal edir ki, ABŞ-də LGBT hüquqları uğrunda mübarizə aparan hərəkatın uğurları film ətrafında "siyasi təcililik"lə bağlı yaranmış fikirlərə səbəb olmuşdur, necə ki, 2005-ci ildə "Qozbel dağ" filmi çıxanda insanlar oturaraq iki kovboyun etdiyi kimi bir-birinin kürəyini sığallayırdı."[170]
"Paper" juenalından Kari O'Donnel oxşar şəkildə qeyd edir ki, faciə/viranəlik bərabərliyindən istifadə ilə yaradılmış gey sevgi filmləri "Oskar ovçularıdır". "Qozbel dağ" filmində "qapalı" münasibət "izləyicilər üçün o dərəcədə kədərləndirici sonluqla nəticələnir ki, onların yerlə olan bağı üzülür" eyni zamanda, daha çox "mənfurluq baxımından maraq kəsb edir" deyə O'Donnel qeyd edir. ""Qozbel dağ" kimi hekayə ilə müqayisə edildikdə, meynstrimdə təbii tənəzzülün olması görünür…Beləliklə, əgər gey sevgi hekayəsi ekranda təsvir edilibsə, insanlar, o cümlədən Akdamiya yalnız yalnız o halda ona diqqət yetirirlər ki, hekayə bədbəxtliklə başa çatsın."[171]
"Quartz"dən Marsi Bianko qeyd edir ki, filmdə bütün nəzərlər "qadının istəkləri ətrafında cəmlənib" və Heyns onu elə strukturlaşdırıb ki, "qadının baxış mövqeyini yüksəldib"; bu baxımdan "Kerol" ənənəvi baxışı dəyişir: kişi rolları marginal və antoqonist xarakter daşıyır, qadınlar isə üstünlüyə can atır…qadınların baxışları, hərəkətləri və bir-birinə qarşı hissləri əks etdirilib və onlardan faydalanılıb." Qadınlardan bəhs edilərkən, Baianko deyir, "ilk növbədə Akademiya onlara qarşı şiddətə qəzəbini ifadə edir və eyni zamanda qadınlar onların fəaliyyətinin qurbanına çevrilir." Sonda Bianko belə bir nəticəyə gəlir ki, ""Kerol" filminin Ən yaxşı film kimi nominant göstərilməməsi bir daha sübut edir ki, bütün dünyada, eləcə də konkret olaraq Akademiyada seksizm necə fəaliyyət göstərir, qadınların aparıcı rol alması istəyinə qarşı necə imtina edilir."[172]
"Flavorwire"-dən Ceyson Beyli qeyd edir ki, gey mövzulu olan və mükafata namizəd göstərilən filmlərdə əksər hallarda mətnaltı olaraq başqa dəyərlər də təbliğ edilir, üstəlik bu zaman film yox aktyorlar qiymətləndirilir. "Qozbel dağ" filmindən sonra "biz "Uşaqlar qaydasındadır" və "Dallaslı alıcılar klubu" filmlərinin Ən yaxşı film kimi namizəd olmasını görsək də — hər iki filmdə əsas hədəf auditoriyası streyt insanlardır… [və] "Milk", "İmitasiya oyunu" kimi filmlər isə faciə ilə tamamlanmış gey insanların həyatından bəhs edir." Beyli bəyan edir ki, ""Kerol"un ən transqressiv xüsusiyyəti onun bu cür intriqalarda iştirakdan imtina etməsidir; bu film tam ölçülü gey həyat haqqındadır, ölümlə tamamlana faciə haqqında deyil."[173] "Rolling Stone"-dan Devid Ehrliç qeyd edir ki, filmin "səbri və həssaslığı" Akademiyanın zövqünə uyğun deyil, lakin onun mirası, şübhəsiz ki, bu il göstərilən təhqiramiz münasibətdən daha uzunömürlü olacaq."[174]