Kiçik köstəbək (lat. Talpa levantis) , (Soricomorpha) dəstəsindan bir Məməli növü.Bütün Qafqaz və Kiçik Asiyanın ona həmsərhəd olan ərazisi üçün Talpa levantis (kiçik köstəbək) endemikdir.
Kiçik köstəbək | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Kiçik köstəbək |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
21 - 67 qramlıq, bədəninin uzunluğu 82 – 125 mm, quyruğunun uzunluğu 17 – 37 mm, pəncəsi 12 – 19 mm olan kiçik heyvandır. Dərisinin rəngi qara-boz, qara ilə qonuru çalardadır..[3]
Qafqazda və Kiçik Asiyada məskən salmışlar. Azərbaycanda, bu növ Böyük Qafqazın Cənub makroyamaclarında və Alazan çayının hövzəsində qeyd olunmuşdur. Kiçik Qafqazda - Şəmkir, Murovdağ və Qarabağ dağ silsilələrinin Şimal yamaclarında geniş yayılmışdır. Göygöl ərazisində Ağstafaçay çaybasarında qeyd olunmuşdur. Böyük Qafqazda dəniz səviyyəsindən 600 – 2000 m hündürlüyündə rast gəlmək olar. Talış meşələrində və Lənkəran ovalığında dəniz səviyyəsinin 100 m hündürlüyündən başlayaraq 1700 m hündürlüyə qədər iri olmayan təcrid olunmuş koloniya şəklində yaşadıqları göstərilir.
Yaşayış yeri və həyat tərzi: Mezofil ekosistemlərdə məskən salırlar (xüsusilə meşə landşaftları). Kiçik köstəbəyin ekologiyası zəif öyrənilmişdir. İlboyu və günboyu fəaldırlar. Qidasında həşəratlar və yer soxulcanları üstünlük təşkil edir. Yaşama müddəti orta hesabla 6 ildir, yetkinlik dövrü 1.5 yaşına təsadüf edir. Balalama dövrü ildə bir dəfə erkən yazda olur. Embrionların sayı 2-dən 5-ə qədərdir.
1945-ci ildə Talış zonasının Viləşçay, Lerikçay, Vəşəruçayları boyunca yerləşən meşəliklərdə sutka ərzində hər 100 dişi köstəbəyə 3 - 4 köstəbək, 1976-cı ildə isə 2 - 3 fərd düşürdü. Hal-hazırda kiçik köstəbəyin sayı haqqında məlumat yoxdur.