Kiği nahiyəsi[1] və yaxud Gığı nahiyəsi — 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Urud livası tərkibində nahiyə.[2]
Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livasının Kiği nahiyəsində ümumilikdə 12 kənd var. Onlardan 5-i erməni, 7-si türk kəndidir. Türklər yaşayan kəndlərdən 5-i dağıdılıb, yaşayış olan kəndlərdən yalnız ikisində etnik tərkib türklər idi.
Kəndlərin dağıdılmış, boş olmasına əsas səbəb Osmanlı hücumu ərəfəsində bölgədə, xüsusilə şiə etiqadlı yerli əhali arasında kütləvi köçlərin baş tutmasıdır.
Kiği nahiyəsi kəndləri | |||||
---|---|---|---|---|---|
№ | adı | qeyd | etnik tərkibi | əhalisi | |
1 | Açatu | erməni | 4 ailə | ||
2 | Yuxarı Kerd | erməni | 4 ailə | ||
3 | Kes | erməni | 2 ailə | ||
4 | Acbacı | erməni | 3 nəfər | ||
5 | Pakhan | türk | dağıdılıb | ||
6 | Aşağı Kerd[qeyd 1] | türk | dağıdılıb | ||
7 | Axuri | türk | dağıdılıb | ||
8 | Kurud | türk | dağıdılıb | ||
9 | Kiği | erməni | 2 ailə | ||
10 | Səncərağıl | türk | dağıdılıb | ||
11 | Surun Acbacı | Mahmudlu kimi tanınır.[1][2] | türk | 4 ailə | |
12 | Dərnəcır | Kəndin başqa adı Kirmanlıdır.[1][2] | türk | 4 ailə |