Kisə (ölçü vahidi)

Kisəriyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Şərqdə məişətdə əski çağlardan bir şeyin həm sayca, həm çəkicə miqdarını kisəylə də hesablanmışdır. "Bir kisə arpa", "bir kisə qənd" deyimlərini indi də ticarət yerlərində eşidilir. Bu ifadələr 50 kq çəkiyə bərabərdir. "Nisyə - girməz kisəyə", "Vaxtsız gələn qonaq öz kisəsindən yeyər" kimi atalar sözləri kisənin məişətdəki işləkliyini aydın göstərir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 459. ISBN 978-9952-34-152-2

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]