Aslan Knyaz İlyas oğlu (25 dekabr 1960, Hamamlı, Dmanisi rayonu) — Azərbaycan şairi, publisisti, alimi. Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[1][2]
Knyaz İlyas oğlu Aslan 1960-cı il dekabrın 25-də Gürcüstan Respublikası Başkeçid rayonunun Hamamlı kəndində anadan olub. 1968–1979-cu illərdə Hamamlı kənd orta məktəbində təhsil alıb. Orta məktəbi Qızıl medalla bitirib. 1979–1981-ci illərdə Hamamlı kənd orta məktəbində katib-kargüzar vəzifəsində işləyib. 1981–1983-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunda (indiki Bakı Humanitar Kollecində), 1983–1988-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində, 1985–1987-ci illərdə Bakı Dövlət Universitetinin İctimai peşələr fakültəsinin jurnalistika bölməsində, 1987–1989-cu illərdə Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunda, 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb və bu təhsil müəssisələrini fərqlənmə diplomu ilə bitirib. 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alib.
1992–1995-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində "Azərbaycan Ordusu" qəzetinin müxbiri, Məxsusi müxbirlər şöbəsinin redaktoru və "Hərbi Nəşriyyat"ın redaktoru işləyib. Ermənistan-Azərbaycan müharibəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirmək üçün dəfələrlə ön cəbhə xəttinə göndərilib, operativ hərbi informasiyalar hazırlayıb. Qarabağ uğrunda aparılan savaşların iştirakçısıdır. Qarabağ müharibəsi veteranıdır.
1988–1990-cı illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasında laborant, 1993–1994-cü illərdə müəllim, 1994–2006-cı illərdə baş müəllim vəzifələrində çalışıb. 1995–2004-cü illərdə Azərbaycan MEA Beynəlxalq Münasibətlər İnstitutunun (əvvəllər Milli Münasibətlər İnstitutu adlanırdı) və Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi olub. 2004-cü ildə "Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi (pedaqogika üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi alıb. 2006-cı ildən Bakı Dövlət Universitetinin dosenti və doktorantıdır. "Azərbaycan ədəbiyyatı klassiklərinin irsində kitab və mütaliə məsələləri" mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. 2012-ci ilin yanvar ayında Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri seçilib, hazırda həmin vəzifədə çalışır.
1988–2012-ci illərdə Bakı Dövlət Universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr pilləsində kitabxanaşünas-informator və kitabşünas-nəşriyyat redaktoru ixtisasları üzrə "Dünya kitabxanaları tarixi", "Oxucularla iş", "Sosial proseslər və kitabxanalar", "Azərbaycanda təhsil sisteminə kitabxana xidməti", "Redaktənin əsasları" və s. fənlərdən, magistratura pilləsində isə "ABŞ və Qərbi Avropa ölkələrində kitabxana-informasiya xidmətinin müasir vəziyyəti", "Azərbaycançılıq milli ideologiyasının təbliği", "Kitabxanalarla və nəşriyyatların qarşılıqlı əlaqələri", "Müxtəlif növ ədəbiyyatın redaktəsi", "Kitabın texniki redaktə problemləri", "Kitab çeşidi nəzəriyyəsi və metodikası", "Mətn nəzəriyyəsi", "Müasir jurnalistikanın problemləri" və s. fənlərdən mühazirələr oxuyub. 2012-ci ildən Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasında bakalavriatura və magistratura pillələrində "Redaktənin əsasları", "Müxtəlif növ ədəbiyyatın redaktəsi", "Redaktor sənətinin aktual problemləri", "Mətn nəzəriyyəsi", "Əlyazma kitablar", "Ədəbi və biblioqrafik redaktə", "Dünya kitab tarixi", "Elektron nəşriyyatlar" və s. kimi ixtisas fənlərindən mühazirə dərsləri aparır.
1998-ci ildən Xəzər Universiteti Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin dosentidir. Xəzər Universitəsində "Azərbaycan ədəbiyyatı", "Dünya uşaq ədəbiyyatı", "Azərbaycan mətbuat tarixi", "Jurnalistikaya giriş", "Jurnalistika tarixi", "Jurnalistika janrları", "Redaktə nəzəriyyəsi və təcrübəsi", "Media menecmenti" və s. fənlərdən mühazirələr oxuyur.
1979-cu ildən kütləvi informasiya vasitələrində ardıcıl çıxış edir. Müxtəlif illərdə "Bakı Universiteti", "Azərbaycan gəncləri", "Mübarizə", "Mühakimə", "Ülfət", "Səhər", "Azərbaycan Ordusu", "Borçalı", "Respublika", "Elturan" ("Milli Məsələlər") kimi qəzet və jurnallarda müxbir, redaktor və baş redaktor vəzifələrində işləyib. 1983–1990-cı illərdə Azərbaycan Dövlət Radiosunun "Gənclik" və Cənubi Azərbaycan redaksiyaları ilə sıx əməkdaşlıq edib, silsilə verilişlər hazırlayıb.
1998–2008-ci illərdə Xəzər Xəbər jurnalının baş redaktor müavini vəzifəsində çalışıb.
2001-ci ildən "Cəngi" ədəbi-bədii məclisinin yaradıcılarından və rəhbərlərindən biridir.
2007–2008-ci illərdə "Göyqurşağı" rəngli uşaq jurnalının baş redaktoru işləyib.
Hazırda "Borçalı" qəzetinin redaktoru, "Borçalı" ictimai-siyasi və bədii-publisistik jurnalının redaktoru, Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbi əlaqələr" toplusunun baş redaktor müavini, Bakı Dövlət Universitetində nəşr olunan "Kitabşünaslıq və redaktor sənəti" elmi-nəzəri və təcrübi-metodik jurnalının təsisçisi və baş redaktoru, "Kitabxanaşünaslıq və informasiya" elmi-nəzəri və praktik jurnalının baş redaktor müavini, "Kitabxana.az" çap və elektron jurnalının redaktoru, "Göyqurşağı" uşaq jurnalının redaktoru, "Səhər" müstəqil ictimai-siyasi qəzetinin şöbə müdiri, Xəzər Xəbər jurnalının redaksiya heyətinin üzvü, "Kitabxanaşünaslıq və biblioqrafiya" elmi-nəzəri jurnalının redaksiya heyətinin üzvü, "3-cü baxış" Analitik-İnformasiya Agentliyinin redaksiya heyətinin üzvüdur.
1000-dən çox elmi-nəzəri, elmi-təcrübi, elmi-kütləvi, ədəbi-publisistik məqalənin, 5 monoqrafiyanın, 30-dana artıq kitabın müəllifidir.
Bir çox elmi, publisistik və bədii kitabların, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin ön sözünün müəllifi, rəyçisi və redaktorudur.
Şeirlərinin bir hissəsi rus, ingilis və alman dillərinə tərcümə olunub.
A. Puşkin, M. Lermontov, S. Yesenin, T. Şevçenko və başqa məşhur şairlərin əsərlərini Azərbaycan dilinə uğurla tərcümə edib.
1989-cu ildən SSRİ Jurnalistlər Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, 1992-ci ildən Azərbaycan Aşıqlar Birliyinin, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2003-cü ildən Azərbaycan Mətbuat Şurasının, 2017-ci ildən Rusiya Federasiyası "Gülüstan" Beynəlxalq Ədəbiyyatçılar İttifaqının üzvüdür.
2011-ci ildə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının qərarı ilə "Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq" üzrə problem şurasına üzv seçilib.
2012-ci ildə Bakı Dövlət Universitetində yaradılmış apelyasiya komissiyasına üzv seçilib.
2012-ci ildə Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının Kitabxanaşünaslıq-informasiya və kitabşünaslıq-nəşriyyat işi bölməsinə üzv seçilib.
6 aprel 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü — akademiki seçilib.
Azərbaycan yazıçılarının və jurnalistlərinin son qurultaylarının nümayəndəsi olub.
2001-ci ildə İran İslam Respublikasında və Rusiya Federasiyasında, 2005-ci ildə Gürcüstan Respublikasında, 2011-ci ildə Amerika Birləşmuiş Ştatlarında, 2013-cü ildə Ukrayna Respublikasında işgüzar ezamiyyətlərdə olub.
"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın "Filologiya və Pedaqogika elmləri" üzrə redaksiya heyətinin üzvüdür.[3]
Evlidir. 2 övladı var.
- 2001 – Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən "Beynəlxalq humanitar hüquq üzrə jurnalistlərin peşə treninqi" mövzusunda seminar (Rusiya, Moskva, 19–23 sentyabr 2001)
- 2005 – Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə keçirilən "Tərcümə və transmilli proseslər" mövzusunda Beynəlxalq konfrans (Bakı, 14–15 aprel 2008)
- 2005 – Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü (ABA-CEELI) Təşkilatının maliyyə dəstəyi ilə Şəffaflıq Azərbaycan İctimai Birliyi tərəfindən təşkil olunmuş 4 mərhələli "Jurnalistlər üçün korrupsiya ilə mübarizə məsələlərinə dair təlim kursu" mövzusunda Beynəlxalq seminar (Bakı, mart 2005)
- 2008 – Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı və "Qafqaz Media" ictimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Qafqaz Regionu Jurnalistlərinin İnformasiya Təşkilatları Arasında Fikir Mübadiləsinin İşlənmə Mexanizmi" mövzusunda Beynəlxalq konfrans (Bakı, 30 dekabr 2008)
- 2009 – Xəzər Universitəsinin təşkil etdiyi "Dünyada Yeni Oluşumlar və Türk Dünyası" mövzusunda Beynəlxalq Simpozium (Bakı, Xəzər Universitəsi, 29–31 may 2009).
- 2010 – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Qaradağ sement" ASC-nin birgə maliyyə dəstəyi ilə "Qafqaz-Media" İctimai Birliyinin QHT-lər üçün PR menecerlərin hazırlanması üzrə təlimləri layihəsində təlimçi müəllim (Bakı, 2011).
- 2011 – Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərindəki Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) "ABŞ-nin Cənubi Qafqaz və Xəzər dənizində strategiyasına baxış" mövzusunda təşkil olunmuş Beynəlxalq konfrans (ABŞ, Vaşinqton, 18 fevral 2011).
- 2011 – Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetində təşkil olunmuş elmi-praktik konfrans (Marneuli, 18 mart 2011).
- 2011 – Xəzər Universitəsinin təşkil etdiyi "Azərbaycan dünya ədəbiyyatında" mövzusunda Beynəlxalq simpozium (Bakı, 27–28 may 2011).
- 2011 – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Bakı Ofisinin təşkil etdiyi "Jurnalistika üzrə dövlət standartı: imkanlar və çətinliklər" mövzusunda dəyirmi masa (Bakı, 14 iyul 2011).
- 2011 – "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilən "Dünyanı dəyişən müasir texnologiyalar" mövzusunda Bakı Beynəlxalq Humanitar Forumu (Bakı, Bakı Dövlət Universiteti, 10–11 oktyabr 2011).
- 2011 – TÜRKSOY Beynəlxalq Təşkilatı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilmiş Beynəlxalq elmi konfrans (Bakı, 13–14 dekabr 2011).
- 2013 – Ukrayna Təhsil və Elm Nazirliyinin təşkilatçılığı ilə V. N. Karazin adına Xarkov Milli Universitetində keçirilən "Müasir kitabxana: fəlsəfə, innovasiyalar, işin keyfiyyəti" mövzusunda Beynəlxalq elmi-praktik konfrans (Ukrayna, Xarkov, 23–26 aprel 2013).
- 1977 – Ümumittifaq Gənclər Təşkilatının (SSRİ) "Əla təhsilə görə" nişanı
- 1979 – Qızıl medal
- 1982 – Nizami Gəncəvi mükafatı laureatı
- 1983 – İkiqat Nizami Gəncəvi mükafatı laureatı
- 1985 – Azərbaycan ali məktəb tələbələrinin XIII Respublika elmi konfransının qalibi
- 1985 – Gənclərin və Tələbələrin XII Ümumdünya Festivalının Fəxri Fərmanı
- 1986 – Azərbaycan ali məktəb tələbələrinin XIV Respublika elmi konfransının Fəxri Fərmanı
- 1991 – "Büllur Qələm" mükafatı laureatı
- 1994 – Həsən bəy Zərdabi mükafatı laureatı
- 1994 – "Səhər" qəzeti mükafatı laureatı
- 1995 – Şəhriyar mükafatı laureatı
- 1995 – Sergey Yesenin mükafatı laureatı
- 2000 – Ömər Faiq Nemanzadə mükafatı laureatı
- 2001 – Azərbaycan Jurnalistlər Birliyinin diplomantı
- 2001 — Certificate of Participation. The International Committee of the Red Cross. Seminar "International Humanitarian Laü in the Professional Training of Journalists". Moscov, Russia
- 2002 – "Qızıl saz" mükafatı laureatı
- 2002 – "Qızıl kitab" mükafatı laureatı
- 2005 – "Peşəkar jurnalist" mükafatı laureatı
- 2006 – "Kamil söz ustası" mükafatı laureatı
- 2006 – "Mətbuatın dostu" mükafatı laureatı
- 2006 – Xəzər Universiteti mükafatı laureatı
- 2007 – Abdulla Şaiq mükafatı laureatı
- 2007 – "Cəsarətli qələm" mükafatı laureatı
- 2007 – "Qızıl qələm" mükafatı laureatı
- 2008 – "Müqəddəs qələm" mükafatı laureatı
- 2008 Şəhadətnamə. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Qafqaz-Media" İctimai Birliyinin təşkil etdiyi "Qafqaz Regionu Jurnalistlərinin İnformasiya Təşkilatları Arasında Fikir Mübadiləsinin İşlənmə Mexanizmi" mövzusunda Beynəlxalq konfransda səmərəli iştiraskına görə
- 2009 — Şəhadətnamə. Xəzər Universitəsinin təşkil etdiyi "Dünyada Yeni Oluşumlar və Türk Dünyası" Beynəlxalq Simpoziumunda uğurlu və fəal iştiraka görə
- 2010 – İran İslam Respublikası Fəcr-E Sübhan-E Muğan Beynəlxalq Şirkətinin təsis etdiyi "Ziya" mükafatı diplomantı
- 2010 – Heydər Əliyev adına Gürcüstan Azərbaycan Tədris Universitetinin Akademik Şurasının diplomantı
- 2010 – IX Beynəlxalq Folklor Festivalının (Gürcüstanın Batumi şəhəri) diplomantı
- 2010 – Bakı Dövlət Universitetində elan olunmuş "Universitetdaxili 50+50 qrant proqramı" layihəsinin qalibi ("Bakı Universitetinin Xəbərləri. Biblioqrafik məlumat kitabı (1991–2010)" biblioqrafik göstəricinin nəşrə hazırlanması (elektron və çap formasında)" mövzusunda layihəyə görə)
- 2010 — Sertifikat. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Qaradağ sement" ASC-nin birgə maliyyə dəstəyi ilə "Qafqaz-Media" İctimai Birliyinin QHT-lər üçün PR menecerlərin hazırlanması üzrə təlimləri müvəffəqiyyətlə keçdiyinə görə
- 2010 – Azərbaycan Yazıçılar Birliyinin rəsmi təbriknaməsi
- 2010 – "Qafqaz" mükafatı laureatı
- 2010 – "Ədalətli müəllim" mükafatı laureatı
- 2010 – "Vətən naminə" mükafatı laureatı
- 2010 – "Ana Yurd" mükafatı laureatı
- 2010 – "Səhər" mükafatı laureatı
- 2010 – Azərbaycan Jurnalistlər Birliyinin diplomu
- 2010 – Azərbaycan Mətbuat Şurasının təbriknaməsi
- 2010 – Bakı Futbol Federasiyasının Fəxri diplomu
- 2010 – "Ustad" mükafatı laureatı
- 2010 – "Böyük Qurtuluş" mükafatı laureatı
- 2011 – Oфициaльнoe пoздрaвитeльнoe письмo. Aдминистрaция Гoсудaрствeннoгo Упoлнoмoчeннoгo Губeрнaтopa в Kвeмo Kaртли. Грузия. г.Рустaви. № 63
- 2011 – Certificate. United States Department of State. Bureau of Educational and Cultural Affairs. This is to certify that Knyaz Aslan participated in the International Visitor Leadership Program on "Journalism Education in the U. S." February 14 — March 4, 2011 Washington, D. C. 20547.
- 2011 – Bakı Dövlət Universitetinin Fəxri Fərmanı
- 2011 – Bakı Dövlət Universitetinin "İlin alimi" Fəxri ad diplomu
- 2011 – Xəzər Universitəsinin Fəxri Fərmanı
- 2011 – XI Bakı Kitab Bayramında Milli Kulturoloji Mükafatın laureatı
- 2011 – Şəhadətnamə. Xəzər Universitəsində təşkil edilmiş "Azərbaycan dünya ədəbiyyatında" adlı beynəlxalq simpoziumda uğurlu və fəal iştitaka görə
- 2011 – "Kamil sənətkar" mükafatı laureatı
- 2011 – "Qafqaz" mükafatı laureatı
- 2011 – "Qafqaz qartalı" mükafatı laureatı
- 2011 – Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt Şəhər Təşkilatının diplomantı
- 2011 – "Mütəfəkkir" mükafatı laureatı
- 2011 – "Jurnalist" Futbol Klubu İctimai Birliyinin Fəxri diplomu
- 2011 – "İstedad" mükafatı laureatı
- 2011 – "Yeganə Yol" Beynəlxalq ictimai-siyasi hüquq qəzetinin "Xalq ziyalısı" mükafatı laureatı
- 2011 – Bakı Dövlət Universitetində elan olunmuş "Universitetdaxili 50+50 qrant proqramı" layihəsinin ikiqat qalibi ("Bakı Universitetinin Xəbərləri. Biblioqrafik məlumat kitabı (1991–2010)" biblioqrafik göstəricinin nəşrə hazırlanması (elektron və çap formasında)" mövzusunda layihəyə görə)
- 2011 – "Ziyalı" mükafatı laureatı
- 2011 – "Məlhəm" mükafatı laureatı
- 2011 – "Qafqaz-Media" İctimai Birliyinin Fəxri Fərmanı
- 2011 – "Borçalı" ədəbi mükafatı laureatı
- 2011 – "Könül" mükafatı laureatı
- 2011 – "Xalq ziyalısı" mükafatı laureat
- 2011 – "Zərif qələm" mükafatı laureatı
- 2011 – Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı
- 2012 — "Reytinqli jurnalist" mükafatı laureatı
- 2012 — Bakı Futbol Federasiyasının diplomu
- 2012 — Azərbaycan Yaradıcı Ziyalılar Birliyinin "Qızıl Tac" mükafatı laureatı
- 2012 — "Bizim söz" qəzetinin "İlin alimi" nominasiyası üzrə fəxri diplomu
- 2012 — Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı
- 2012 — "Səhər" mükafatının laureatı diplomu
- 2012 — "Böyük Qurtuluş" mükafatının laureatı diplomu
- 2013 — Ceртифikaт. Miнiстeрствo Oсвiти и нaykи Ykpaїни. Miжнapoднoї нaykoвo-прakтичнoї koнфepeнцiї "Сучaснa бiблioтeka: фiлocoфiя, iннoвaцiї, яkiст paбoти". Xapkiв, 23–26 kвiтня 2013
- Azərbaycan ədəbiyyatı;
- Ədəbiyyatşünaslıq və bədii ədəbiyyatın təbliği;
- Şifahi xalq ədəbiyyatı və aşıq yaradıcılığı;
- Dünya uşaq ədəbiyyatı;
- Bədii tərcümə;
- Elm, ədəbiyyat və mədəniyyət klassiklərinin həyat və yaradıcılığında kitab və mütaliə;
- Jurnalistika nəzəriyyəsi və təcrübəsi məsələləri;
- Dünya və Azərbaycan mətbuat tarixi;
- Redaktor sənətinin aktual problemləri;
- Dünya və Azərbaycan kitab mədəniyyəti.
- Başkeçid bayatıları (Şeirlər). – Bakı: Yazıçı, 1991, 64 s.
- Sözün kəsəsi (Publisistik düşüncələr). – Bakı, 1994, 48 s.
- Qırxıncı qapı (Şeirlər). – Bakı, 1995, 48 s.
- Döyüş olsa bir əsgərdir qələmim (Məqalələr; Reportajlar; Oçerklər; Yol qeydləri; Sənədli hekayələr).–Bakı: Hərbi Nəşriyyat, 1998, 140 s.
- Mənəvi ömrün başlanğıcı (Polkovnik Şahbaz Aslanov) (Xüsusi buraxılış).– Bakı: "Əbilov, Zeynalov və oğulları", 2000, 24 s.
- Başkeçidin dağlarıdır bu dağlar (Şeirlər toplusu). – Bakı, 2001, 100 s.
- Mənalı ömür yolu (A. A. Xələfov — 70) / Tərtib edənlər: Knyaz Aslan, Murtuz Bağırov. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2001, 230 s.
- Professor Abuzər Xələfov – 70 (Xüsusi buraxılış) / Tərtib edəni: Knyaz Aslan. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2001, № 1, 148 s.
- Barlı-bəhərli illər (Tacəddin Quliyev — 75) / Tərtib edəni: Knyaz Aslan. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2005, 180 s.
- Kütləvi İnformasiya Vasitələri: Müasir kommunikasiyaya giriş: VI nəşr: Dərs vəsaiti / Ray Eldon Niebert, Donald F. Ungurait, Thomas W. Bohn. İngilis dilindən tərcümə edənlər: Xumar Hüseynova, Knyaz Aslan. – Bakı: Xəzər Universitəsi Nəşriyyatı, 2005, 620 s.
- Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu: Monoqrafiya. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2005. – 300 s.
- Bu dünyaya nə gətirdim… Hamlet İsaxanlı (İsayev): Monoqrafiya. – Bakı: Xəzər Universitəsi Nəşriyyatı, 2005, 118 s. (V. Ömərli ilə birlikdə). Hamlet İsaxanlı: Bu dünyaya nə gətirdim? (kitab) Hamlet İsaxanlı: Bu dünyaya nə gətirdim? (kitab) Arxivləşdirilib 2015-10-23 at the Wayback Machine
- Dünya kitabxanalarının tarixi: Bakalavr təhsil pilləsi üçün proqram / Tərtib edənlər: Murtuz Bağırov, Knyaz Aslan. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2005, 48 s.
- Elm və təhsil fədaisi (Əməkdar elm xadimi, prof. A. A. Xələfov): Monoqrafiya. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2006, 240 s.
- Müdriklik və alimlik zirvəsində: Məqalələr məcmuəsi (Prof. A. Xələfov – 75) / Tərtib edənlər: Rasim Kazımov, Knyaz Aslan. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2006, 160 s.
- Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu: Monoqrafiya (2-ci nəşri). – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2008, 324 s.
- Qədim və orta əsrlər dünya kitabxanaları (Ən qədim zamanlardan XVII əsrin ortalarınadək): Dərs vəsaiti. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2008, 240 s.
- Dünya kitabxanalarının tarixi (XVII əsrin ortalarından XXI əsrədək): Dərs vəsaiti. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2008. – 240 s.
- Azərbaycanda təhsil sisteminə kitabxana ximəti: Dərs vəsaiti. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2008. – 192 s.
- Qızlar sevgi yaşında (Şeirlər). – Bakı: Qartal, 2008. – 76 s.
- Dədə Camal (Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev – 80) (xatirələr, şeirlər və fotolar). Nəşrə hazırlayanlar: Knyaz Aslan, Rəşid Faxralı. – Bakı: Pedaqogika, 2008, 280 s.
- Hamlet İsaxanlı – Elm və Sənət Məclisi (1–10-cu məclislər): Elmi məruzə və çıxışlar toplusu / Yazıya alanlar: Knyaz Aslan, Cabir Məmmədli. – Bakı: Xəzər Universitəsi Nəşriyyatı, 2008, 302 s. http://dspace.khazar.org/jspui/bitstream/123456789/1651/1/ELM%20ve%20SANAT%20book%201%20yeni.pdf Arxivləşdirilib 2013-02-07 at the Wayback Machine
- Qızlar sevgi yaşında (Şeirlər). – Bakı: Qartal, 2009, 80 s.
- Müxtəlif növ ədəbiyyatın redaktəsi: Magistr hazırlığı üçün proqram. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2009, 24 s.
- Dünya kitabxanaları tarixi (XVII əsrin ortalarından XXI əsrin əvvəllərinədək): Dərs vəsaiti. 2-ci nəşri. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2010, 448 s.
- Qədim və orta əsrlər dünya kitabxanaları (Ən qədim zamanlardan XVII əsrin ortalarınadək): Dərs vəsaiti. 2-ci nəşri. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2011, 416 s.
- Sevil Sultan qızı Ağabəyli: Biblioqrafiya. – Bakı, 2011, 88 s.
- Üzü yaza gedən cığır: Şeirlər və poemalar. – Bakı: Qartal, 2011, 368 s.
- Knyaz Aslan (Qısa tərcümeyi-hal) / Teymur Əhmədov. Azərbaycan yazıçıları (Ensiklopedik məlumat kitabı). – Bakı: "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi; "Önər" Nəşriyyatı, 1995, s.591–592.
- Knyaz Aslan (Qısa tərcümeyi-hal) / Məmməd Sarvan. Borçalı alimləri. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Nəşriyyatı, 2001, s.480-481.
- Knyaz Aslan (Qısa tərcümeyi-hal) // Başkeçidin dağlarıdır bu dağlar (Şeirlər toplusu). – Bakı, 2001, s.24–25.
- Knyaz Aslan (Qısa tərcümeyi-hal) / Salman Qazi. Hamamlıdan keçən yollar (Şeirlər, ürək sözləri, ithaflar). – Bakı: "Nərgiz" nəşriyyatı, 2001, s.36–37.
- Knyaz Aslan (Qısa tərcümeyi-hal) / Xudafərin (Şeirlər toplusu). – Bakı: "Araz" nəşriyyatı, 2002, s.14.
- Orxan Əfəndizadə. Durna balasının poetik kədəri (Şair Knyaz Aslanın "Qanadı qırılmış durna balası" şeiri haqqında) // "Xəzər Xəbər" jurnalı, 2002, № 125, s. 29–30.
- Knyaz Aslan haqqında / Tağı Hacıyev. Başkeçiddən gələn səslər: Tarixi-etnoqrafik oçerklər. – Bakı: Nərgiz, 2005, s.14; 47; 83; 87; 89–90.
- "Jurnalistlər və müharibə qanunları: "Silahlı münaqişəldərin işıqlandırılması və beynəlxalq hüququn əsasları": Xəzər Universitetinin əməkdaşı beynəlxalq tədbirdə Azərbaycanı uğurla təmsil etmişdir (Knyaz Aslanın Moskvada keçirilən beynəlxalq seminarda iştirakı haqqında) // "Xəzər Xəbər" jurnalı, 2001, № 111, s.14–15.
- Knyaz Aslanın dissertasiya işinin müdafiəsi uğurla keçdi (Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 oktyabr 2003-cü il tarixli əmri ilə Bakı Dövlət Universitetində yaradılmış Birdəfəlik Dissertasiya Şurasının 20 fevral 2004-cü ildə keçirilmiş iclasından qeydlər) // "Kitabxanaşünaslıq və biblioqrafiya" jurnalı, 2004, № 1, s.125–143.
- Şəfəq İslamova. Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu: Maraqlı tədqiqat əsəri (Knyaz Aslanın eyni adlı elmi tədqiqat işinin müsbət məziyyətləri haqqında resenziya) // Kredo: Müstəqil ictimai-siyasi, publisistik qəzet, 25 iyun 2005, № 53–54 (329–330), s.5.
- Milli mətbuatımıza sanballı hədiyyə: Təqdimat mərasimi (ABŞ-nin Azərbaycan Respublikasındakı səfirliyi ilə Xəzər Universitetinin birgə layihəsi çərçivəsində Xumar Hüseynova və Knyaz Aslanın Azərbaycan dilinə tərcümə etdikləri "Kütləvi Informasiya Vasitələri: Müasir kommunikasiyaya giriş – VI" kitabının təqdimat mərasimindən qeydlər) // "Xəzər Xəbər" jurnalı, 15 sentyabr 2005, № 193, s.4–10.
- Cabir Məmmədli. Görkəmli alim haqqında əsər: Yeni kitab (Knyaz Aslanın və Vahid Ömərlinin Azərbaycan və rus dillərində çıxmış "Bu dünyaya nə gətirdim… Hamlet İsayev (Isaxanlı)" kitabı haqqında rəy) // "Xəzər Xəbər" jurnalı, 15 oktyabr 2005, № 195, s.12.
- Həmkarımız "Qızıl Qələm" mükafatı laureatıdır: Təbrik edirik! ("Xəzər Xəbər" jurnalının baş redaktor müavini, şair-publisist Knyaz Aslan üst-üstə 5 mükafata layiq görülüb) // "Xəzər Xəbər" jurnalı, 1–15 mart 2007, № 225–226, s.42.
- Camal Mustafayev. Qəlb gözəlliyi: "Yaxşı insan qəlbi gözəl olandır" (Şair Knyaz Aslanın poetik yaradıcılığı haqqında söz) // "Xəzər Xəbər" jurnalı, 2001, № 113, s.3–10.
- Camal Mustafayev. Qəlb gözəlliyi / Knyaz Aslanın "Üzü yaza gedən cığır" adlı şeirlər və poemalar kitabına ön söz. – Bakı: Qartal, 2011, s.3–10.
- Əmin Əfəndiyev. "Göy qurşağı" uşaqlara qonaq gəlir (Knyaz Aslanın baş redaktorluğu ilə çıxan rəngli uşaq jurnalı haqqında rəy və təkliflər) // "Kredo" qəzeti, 17 mart 2007, s.2–3; Ədəbiyyat qəzeti, 20 aprel 2007, s.4.
- Abuzər Xələfov. Gərgin elmi yaradıcılıq axtarışlarının uğurlu bəhrəsi / Knyaz Aslanın "Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu" (2005) adlı monoqrafiyasına ön söz. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2005, s.3–12.
- Abuzər Xələfov. Kamil şəxsiyyətin yetkinləşməsi probleminin həllinə sanballı elmi töhfə / Knyaz Aslanın "Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu" (2008) adlı monoqrafiyasının 2-ci nəşrinə ön söz. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2008, s.3–12.
- Dosent Aslan Knyaz İlyas oğlu. Kitablar: 511–521; Məqalələr: 522–736; Bədii və publisistik kitabları: 737–746; Dövri mətbuatda dərc olunmuş ədəbi-bədii əsərləri: 747–854; Publisistik məqalələri: 855–1010 / Kitabxanaçılıq-informasiya fakültəsi – 60: Biblioqrafik məlumat kitabı (Tərt. ed. N. İsmayılov, S. Sadıqova). – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2008, 274 s.
- Razim Məmmədli. Sevgidən süzülən poeziya (Knyaz Aslanın "Qızlar sevgi yaşında" adlı şeirlər kitabına ön söz). – Bakı: Qartal, 2008, s.3–6.
- "Sevgi yaşa baxmır" fikrinin daha bir təsdiqi (Knyaz Aslanın "Qızlar sevgi yaşında" kitabı haqqında düşüncələr) // Türküstan: ictimai-siyasi və bədii-publisistik qəzet, 10–16 avqust 2008, № 28, s.12.
- Şəhla Tahirqızı. Tanrının seçdiyi insan (Knyaz Aslanın "Qızlar sevgi yaşında" adlı şeirlər kitabı haqqında ürək sözü) // Bizim söz: Ədəbi-publisistik qəzet, 2009, № 2, s.14.
- Aygün Qəniyeva. Qızlar sevgi yaşında (Knyaz Aslanın "Qızlar sevgi yaşında" şeirlər kitabı haqqında oxucu sözü) // Kitabxana.az: Müstəqil elmi, metodiki və praktiki jurnal, 2009, № 1 (04), s.36–37.
- Vüsal Bəxtiyar. Misraları sevgi dolu şair (Knyaz Aslanın "Qızlar sevgi yaşında" kitabı haqqında düşüncələr) // Mənim Azərbaycanım: Beynəlxalq ictimai-siyasi və ədəbi-informaiya qəzeti, Fevral, 2009, № 01 (42), s.8.
- Baram Allahverdiyev. Mükəmməl dərs vəsaitləri (Dosent Knyaz Aslanın "Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu" (2005; 2008) adlı monoqrafiyası, "Elm və təhsil fədaisi (Əməkdar elm xadimi, professor abuzər Xələfov)" (2006), "Azərbaycanda təhsil sisteminə kitabxana xidməti" (2007), "Qədim və orta əsrlər dünya kitabxanaları" (2008), "Dünya kitabxanalarının tarixi (XVII əsrin ortalarından XXI əsrin əvvəllərinədək)" (2008) adlı dərs vəsaitləri haqqında / Bakı Dövlət Universitetinin nəşriyyatçılıq fəaliyyəti: Monoqrafiya. – Bakı: UniPrint, 2010, s.118–130.
- Rüfət Hüseynzadə. Sevgi və məhəbbətlə yoğrulmuş misralar (Knyaz Aslanın "Qızlar sevgi yaşında" (Bakı, Qartal, 2009) şeirlər kitabı haqqında düşüncələrim) // Kitabxana.az: Müstəqil elmi, metodiki və praktiki jurnal, 2010, № 5–6 (14–15), s. 33–34.
- Sahib Rzayev. Poetik duyumlar, poetik deyimlər (Knyaz Aslanın "Qızlar sevgi yaşında" şeirlər kitabı haqqında) // Kitabxana.az: Müstəqil elmi, metodiki və praktiki jurnal, 2010, № 5–6 (14–15), s.25–27.
- Azərbaycan Yazıçılar Birliyinin rəsmi təbriki: Knyaz Aslan – 50 // Ədəbiyyat qəzeti, 4 fevral 2011.
- Knyaz Aslanın 50 yaşına təbrik // Kitabxanaşünaslıq və informasiya: Elmi-nəzəri və praktiki jurnal, 2011, № 1 (4), s.129–132.
- Mehmanəli Məmmədov, Tahir Sadıqov. Şair ömrü // Mədəni-maarif: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elmi, metodik, publisistik jurnalı, 2011, № 2 (240), s.39–40.
- Əli Rza Xələfli. Şair – Keygidər obrazı // "Kredo" qəzeti, 9 aprel 2011.
- Əli Rza Xələfli. Kitabələr övladı haqqında dastan // "Kredo" qəzeti, 9 aprel 2011.
- İmaməddin Zəkiyev. Qızıl medallı şair: Şair, publisist, alim və pedaqoq kimi şöhrətlənmiş Knyaz Aslan haqqında söz " // "Bütöv Azərbaycan" qəzeti, 18–24 iyul 2012, № 24 (156), s.6.
- Elbəyi Cəlaloğlu. Məhəbbət ovçusu (Şair Knyaz Aslanın 50 illik yubileyinə) // http://www.dgtyb.org/news/1343.html Arxivləşdirilib 2011-03-01 at the Wayback Machine
- Elbəyi Cəlaloğlu. Məhəbbət ovçusu (Şair Knyaz Aslanın 50 illik yubileyinə) [11 mart 2011] // http://www.borchali.net/?cat=yazilar&id=223 Arxivləşdirilib 2012-05-23 at the Wayback Machine
- Cavid Zeynallı. Qürur duyduğum müəllim – Knyaz Aslan // 525-ci qəzet, 18 may 2011, s.7.; http://www.anl.az/down/meqale/525/2011/may/cm42.htm
- Cavid Zeynallı. Qürur duyduğum müəllim – Knyaz Aslan // İcmal.az, 18. may 2011; http://www.icmal.az/Q%C3%BCrur_duydu%C4%9Fum_m%C3%BC%C9%99llim_%E2%80%93_Knyaz_Aslan-187682.html
- Kitabxanada görüş // "Mədəniyyət" qəzeti, 20 aprel 2012, s.4; http://www.anl.az/down/meqale/medeniyyet/2012/aprel/246349.htm
- Knyaz Aslanla görüş keçirildi (Fotosessiya; 19. aprel 2012) // http://yasamal-mks.az/296-knyaz-aslanla-ggrge-kegirildi.html[ölü keçid]
- В БГУ прошло мероприятие "Всегда помнить о Ходжалы" // Новости-Азербайджан, 24. fevral 2012; http://www.newsazerbaijan.ru/education/20120224/296990862.html
- Всегда помнить о Ходжалы. 24. fevral 2012 // http://bsu.edu.az/ru/news/vseqda_pomnity_o_xodjali_
- BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb // http://az.apa.az/news.php?id=252289 Arxivləşdirilib 2012-02-26 at the Wayback Machine
- Zümrüd Abdullayeva. Yeni söz, yeni fikir axtarışında… (Knyaz Aslanın "Üzü yaza gedən cığır" adlı şeirlər və poemalar kitabı haqqında) // "Respublika" qəzeti, 31 oktyabr 2012, № 242 (4531), s.6. http://www.respublica-news.az/2012/10/31/34726/[ölü keçid]
- Kitabşünaslıq və nəşriyyat işi kafedrası; Aslan Knyaz İlyas oğlu / Sadıqova S. Kitabxanaçılıq-informasiya fakültəsi: Biobiblioqrafik lüğət. – Bakı: Mütərcim, 2012, s.142–166.
- Kitab mağazaları niyə qeybə çəkilib? // "Respublika" qəzeti. – 2013. – 12 yanvar. – № 006 (4589). – S.4. http://www.respublica-news.az/2013/01/12/37899/[ölü keçid]
- Kitab böyük qüvvədir (I yazı) // "Respublika" qəzeti. – 2013. – 15 yanvar. – № 008 (4591). – S.5. http://www.respublica-news.az/2013/01/15/37981/[ölü keçid] (A. Xələfov və P. Kazımi ilə birlikdə).
- Kitab böyük qüvvədir (II yazı) // "Respublika" qəzeti. – 2013. – 16 yanvar. – № 009 (4592). – S.6. http://www.respublica-news.az/2013/01/16/38047/[ölü keçid] (A. Xələfov və P. Kazımi ilə birlikdə).