Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003)

Kitabi Dədə Qorqud. Basat və TəpəgözArif Məhərrəmovun filmi.[2]

Kitabi Dədə Qorqud. Basat və Təpəgöz
Fayl:Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003).jpg
Janr macəra
Rejissor Arif Məhərrəmov
Ssenari müəllifi Arif Məhərrəmov
Bəstəkar Arif Məlikov
Rəssam Arif Məhərrəmov
İstehsalçı Azanfilm[1]
İlk baxış tarixi 2003
Filmin növü qısametrajlı cizgi filmi
Müddət 17 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2003
Texniki məlumatlar 3 hissə
Rəng rəngli

Bu animasiya filmi “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında çəkilib.[3]

Köç zamanı oğlunu itirən Aruz bir gün yolda təpəsində bir gözü olan əcaib bir məxluq tapır, özüylə obaya gətirir və onu öz balası kimi böyüdür. İllər keçir Aruz itkin düşmüş oğlunu da tapır və Dədə Qorqud ona Basat adını qoyur. Artıq böyüyüb boya başa çatmış Təpəgöz bir gün insanları yeməyə başlayır. Bunu xəbər tutan el camaatı Təpəgözü obadan qovurlar. Təpəgözün anası pəri onu qır gölündə çimdirəndən sonra ona artıq heç silah təsir etmir və Təpəgöz camaatın qarşısında şərt kəsir ki, hər gün bir adam və 500 qoyun gətirməlidirlər. Yoxsa, hər yeri yerlə yeksan edəcək. Obanın belə bir çətin vəziyyətə düşdüyünü görən Dədə Qorqud "Çarə yalnız Basatdır" deyir. Gördüyü yuxu nəticəsində səfərdən yarımçıq qayıdan Basat Təpəgözə hiylə quraraq ona qalib gəlir və xalqı bəladan qurtarır.

Filmin titrləri: ...Qədim zamanlarda Oğuz elində Dədə Qorqud adlı bir ozan vardı. Tanrı onun könlünə ilham vermişdi. Qeybdən dürüst xəbərlər söylərdi. Nə desəydi çin olardı. Dədə Qorqud belə söylərmiş: Əcəl vaxtı çatmayınca kimsə ölməz. El oğlunu bəsləməklə oğul olmaz. Böyüyəndə atıb gedər, gördüm deməz. Əski pambıq bez olmaz. Əski düşmən dost olmaz.

Film 3 hissədən ibarətdir.

  • Orfoqrafik: Titrlərdə "Basatın iğidliyi" yazılmışdır. Doğrusu "...igidliyi" olmalıdır.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Arif Məhərrəmov
Ssenari müəllifi: Arif Məhərrəmov
Bəstəkar: Arif Məlikov
Quruluşçu rəssam: Arif Məhərrəmov
Səs operatoru: Roman Məmmədov
Kompüter mühəndisi: Konstantin Qavriş
Rəssam: Yelena Qolubeva
Cizgi rəssamı: Rauf Dadaşov, Firəngiz Quliyeva, Aleksandra Şirinova, Arifə Hatəmi
Rejissor assistenti: Toğra Ağabəyova, Zəkiyyə Mahmudova
Rəssam assistenti: Əli Əliyev, Samirə İsmayılova
Fazaçı rəssam: Lalə Məmmədova, Tamilla Əsgərova
Rəngləmə: Samirə İsmayılova, Hüseyn Cavid İsmayılov
Fonlar üzrə rəssam: Arif Əlioğlu
Redaktor: Ramiz Rövşən (Ramiz Əliyev kimi)
Musiqi redaktor: Rauf Əliyev
İnzibatçı: İlqar Musayev (II)
Mühasib: Nərminə Mehdiyeva
Filmin direktoru: Heydər Dadaşov

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Yaşar Nuri — Təpəgöz
Rasim Balayev — Dədə Qorqud
Elxan Cəfərov — Basat
Ramiz Əzizbəyli — Aruz
Əliqulu Səmədov — aşpaz
Fərhad İsrafilov — çoban
Nuriyyə Əhmədova — çobanın arvadı
Şəfəq Əliyeva
Firuzə Yusubova
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Çəkilişə köməklik edən qurumlar

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsi
MARS Oversis Baku Ltd. (MARS Overseas Baku Ltd.)
"Orxan Eloğlu" Şirkəti
"Qorqud Holdinq" Şirkəti (Gorgud Holding)
"MİR" Dövlətlərarası Teleradio Şirkəti
"Azərbaycanfilm" Kinostudiyası
Dədə Qorqud: Bala, niyə bu camaata zülm eləyirsən?
Təpəgöz: Dədə, gündə bir adam nədi ki?
Dədə Qorqud: Sən lap qudurmusan, Təpəgöz! Elin qarğışı tutacaq o tək gözünü
Təpəgöz: Doymuram bir adamdan.

Azərbaycanlı kinoşünas Aygün Aslanlı bu filmi tənqid edib: Qəhrəmanlar o qədər qeyri-təbii hərəkət edirlər. Hətta ABŞ istehsalı olan dəhşətli cizgi filmlərindən daha dəhşətlidir, baxmaq olmur.[4]

  1. "Milli animasiya filmlərimizin əsas problemi nədir?". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
  2. "ƏMƏKDAR RƏSSAM ARİF MƏHƏRRƏMOV VƏFAT EDİB". 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
  3. "Vətənpərvərlik mövzusunda animasiya filmlərinin çəkilişi "daşa dirənib"…". 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
  4. "Azərbaycan cizgi filmlərinin çoxu niyə maraqsızdır? (Debat)". 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]