Kleofont (siyasətçi)

Kleofont (q.yun. Κλεοφών; e. ə. V əsr, Afinae.ə. 405, Afina) — Afina siyasətçisi. O, demaqoq və radikal demokratların lideri kimi, e.ə. 410–404-cü illərdə qədim Afinanın ən nüfuzlu vətəndaşlarından birinə çevrilmişdir. Kleofontun bilavasitə iştirakı ilə Afinada demokratiyanı devirməyə cəhd edən hər kəsin edama məhkum olduğu, əmlakı isə müsadirə edildiyi qanun qəbul edilmişdir. O həmçinin, siyasətçi Kritinin də daxil olduğu "demokratiya əleyhdarları"nın şəhərdən qovulmasına nail olmuşdur. Kleofont Peloponnes müharibəsi zamanı ən azı iki dəfə spartalıların sülh təşəbbüslərinin qarşısını almışdır. O, Afinanın e.ə. 404-cü ildə məğlubiyyətindən sonra edam edilmişdir.

Kleofont
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. V əsr
Doğum yeri
Vəfat tarixi e.ə. 405
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Kleyppid
Anası mənşəcə frakiyalı olan adı naməlum qadın

Qədim mənbələrdə ümumiyyətlə Kleofonta qarşı mənfi münasibət var idi. Aristofan onu "murdar bir pozğun" adlandırmış və müharibəni başqa yerdə davam etdirmək üçün ona Afinadan çıxmağı tövsiyə etmişdir. Aristotel Kleofontu xalqı aldatmaqda ittiham etmişdi. Lisi onu Sparta ilə müharibənin son mərhələsində şəhərin faktiki lideri adlandırmışdı. Müasir tarixçilərin fikrinə görə, Kleofontun da daxil olduğu radikal demokratların və demaqoqların atdığı addımlar Afinanın Peloponnes müharibəsində məğlub olmasının səbəblərindən biri olmuşdu.

Kleofont haqqında ədəbi əsərlərdən və epiqrafik mənbələrdən – ostrakonlardan əldə olunan məlumatlar ziddiyyətlidir. Kleofontun xatırlandığı qorunub-saxlanılmış ən köhnə yazılı ədəbi mənbə Aristofanın e.ə. 411-ci ildə yazdığı "Qadınlar Fesmoforiyada" komediyasıdır.[1][2][3] Kleofontun real siyasi təsirinin ilk dəlili e.ə. 410-cu il hadisələrinə təsadüf edir. Buna əsasən, XX əsrin ortalarına qədər tarixşünaslıqda üstünlük təşkil edən fikirə görə, Kleofont demaqoq Hiperbolun ostrakizmindən sonra radikal demokratik partiyanın liderinin yerini tutmuşdur. Bu siyasətçi e.ə. 417–415-ci illərdə baş tutmuş ostrakoforiya nəticəsində Afinadan qovulmuşdu. Plutarxın irəli sürdüyü ən populyar versiyaya görə, sürgünə namizədlər NikiAlkibiad idi. Hər iki siyasətçi sui-qəsd tərtib etmişdilər və birtəhər öz tərəfdarlarını Hiperbolun qovulması üçün səs verməyə inandırmışdılar, lakin bu, epiqrafik məlumatlarla ziddiyyət təşkil edir. 2000-ci ildə arxeoloqlar bu səsvermədən 30 ostraka tapmağa nail olmuşdular. Biri Nikiyə, üçü Hiperbola, beşi Alkibiada və Fayaksa, 8-i isə Kleofonta aid edilmişdi. Buna baxmayaraq, aşkar edilmiş 30 ostraka ən azı 6,000 nəfərin iştirak etməli olduğu səsvermənin nəticələrini etibarlı şəkildə əks etdirə bilmir. Bununla belə, Kleofontun adının geniş formada yayılmış olması, alimlərin fikrinə görə, həmin dövrdə onun böyük siyasi təsirindən xəbər verə bilər. Versiyalardan birinə görə, o, demokratik partiyanın qeyri-rəsmi lideri statusu uğrunda Hiperbolun rəqibi olmuşdu.[4] Bu ostrakaların başqa bir ostrakoforiyaya aid olduğu da irəli sürülmüşdür. Bu fərziyyəyə görə, Hiperbolun sürgün edilməsindən sonra yazılı mənbələrdə qeyd olunmayan başqa bir səsvermə keçirilmiş ola bilər. Hər halda, belə səsvermənin keçirilməsi hər zaman vətəndaşların heç birinin ölkədən qovulması mənasına gəlmirdi. 6 min dulusçuluq üçün lazımi kvorum olmadığı halda səsvermə uğursuz hesab edilirdi.[5]

Kleofont iki komediyada Aristofan tərəfindən, eləcə də komediya yazıçısı Platon tərəfindən məsxərəyə qoyulmuşdir. O, Leney festivalında "Kleofont" adlı komediyasını təqdim etmişdir, lakin bu əsərdən yalnız bir neçə fraqment qorunub-saxlanılmışdır.[6] Tarixçilər FukididKsenofon prinsip əsasında demaqoq siyasətçilərin, o cümlədən Kleofontun adını çəkməməyə çalışırdılar, çünki onların adlarını növbəti nəsillər üçün əbədiləşdirmək istəmirdilər. Bu yanaşma ilə əlaqədar olaraq, Fukididin "Tarix" əsərində Kleofontun adı bir dəfə də olsun hallanmır, Ksenofonun "Yunan tarixi" əsərində isə onun adına bir dəfə rast gəlinir.[7][8] Aristotel həm Kleofontla bağlı tarixi hadisələri təsvir etmiş, həm də onun fəaliyyətinə ümumi mənfi qiymət vermişdir.[6] Kleofontun həyatı haqqında mühüm məlumatlar natiqlər Andokid, EsxinLisinin çıxışlarında yer alır. Siciliyalı DiodorKlavdi Elian kimi Kleofontun ölümündən bir neçə əsr sonra yaşamış müəlliflərin əsərlərində də Kleofontun adı xatırlanır.[6]

Bir əlində lira, digərində isə kanfar daşıyan Silen. E.ə. 460–450-ci illər. Medallar kabinetində saxlanılır.

Ostrakadan məlum olan məlumata görə, Kleofont Afina siyasi elitasına mənsub idi. Onun atası – Dini oğlu Kleyppid Periklın hakimiyyəti dövründə kifayət qədər görkəmli hesab edilən bir siyasətçi, anası isə adı naməlum olan frakiyalı bir qadını idi. Kleyppid Peloponnes müharibəsinin əvvəlində strateq vəzifəsini tuturdu.[9][10] Kleofontun Filin adlı bir qardaşı var idi və o də siyasi demaqoq olmuşdu[11][12] Ailə Attikanın Axarna adlı şəhərətrafı deminə təyin edilmişdi.[13] Periklın hakimiyyəti dövründə qəbul edilmiş qanuna görə, yalnız iki afinalının övladı tam vətəndaşlıq əldə edə bilərdi. Bir neçə qədim mənbələrdə vurğuladığı kimi, Kleofontun anası əcnəbi olduğuna görə, o, vətəndaşlıq hüququna malik olmamalı idi. Esxinin sözlərinə görə, Kleofont qeyri-qanuni olaraq mülki siyahılara salınmışdı.[14] Qədim mənbələrdə qeyd edilmişdir ki, Kleofont lira hazırlayan emalatxanaya sahib idi.[15][16][2]

Kleofontun siyasi nüfuzunun zirvəsi e.ə. 410–404-cü illərə təsadüf edir.[17] E.ə. 411-ci ildə "Dörd yüz"ün oliqarxik çevrilişinin məğlubiyyətindən sonra Afinada Kleofontun başçılığı ilə radikal demokratlar hakimiyyətə gəlmişdilər.[18] Kleofont ən yoxsul vətəndaşlara iki obolun paylanmasını təmin etmiş və şəhərdə genişmiqyaslı tikintiyə başlamışdır. O, e.ə. 415-ci ildə Afinanı tərk etmək məcburiyyətində qalmış aristokrat və natiq Andokidin evini tutmuşdu.[19] Onun iştirakı ilə qəbul edilmiş xüsusi qanuna görə, Afinada demokratiyanı devirməyə cəhd edən hər kəs ölümə məhkum olunur və onların əmlakı müsadirə edilir.[20][21] Bir neçə il sonra, e.ə. 407-ci ildə Kleofont siyasətçi Kriti də daxil olmaqla, "demokratiya əleyhdarları"nın Afinadan sürgün edilməsinə nail olmuşdu. Sürgün edilənlər şəhərə yalnız müharibə başa çatdıqdan və Kleofontun edam edilməsindən sonra qayıda bilmişdilər.[22]

Peloponnes müharibəsi zamanı Kleofont mütəmadi olaraq sülh danışıqlarına mane olmuş və spartalıların sülh təkliflərini geri çevirmişdir. O hətta, Esxinin məlumatına görə, sülh haqqında danışan hər kəsin başını kəsməklə hədə gəlmişdir.[14] Siciliyalı Diodor aşağıdakı hekayəni nəql edir:

" Lakonikalı bu və buna bənzər fikirləri söylədikdən sonra afinalılar arasında ən şüurlu insanların fikirləri sülhə meyil etmişdi, lakin müharibəni qızışdırmağı və dövlətdəki iğtişaşları öz şəxsi mənfəətlərinə çevirməyi adətlərinə çevirənlər müharibəni seçmişdilər. Bu baxış bucağının tərəfdarı, digərləri arasında, həmin dövrdə xalqın ən nüfuzlu lideri olan Kleofont idi. O, meydana çıxmış və öz üslubu ilə sual ətrafında uzun-uzadı mübahisə etmiş, sanki müharibədəki üstünlükləri gah bir tərəfə, gah da digər tərəfə mühakimə etmək bəxtin təcrübəsi deyilmiş kimi, xalqın hərbi uğurlarının böyüklüyünü əsas gətirmiş və onları ayağa qaldırmışdı.[23] "

Kleofont e.ə. 410-cu ildə Kizikdə və e.ə. 406-cı ildə Arginus adalarında Afinanın əldə etdiyi qələbələrdən sonra sülh danışıqlarını ən azı iki dəfə pozmuşdu. Aristotelin yazdığına görə, o, e.ə. 406-cı ildə ekklesiyaya zirehli geyimdə və sərxoş halda gəlmişdi. Kleofont ekklesiyaya zirehdə gəlməklə qanunu pozmuşdu. Belə tədbirlərə hər hansı silahla qatılmaq ölüm təhlükəsi yaratdığına görə qadağan edilmişdi. Sərxoşluq Kleofontun çöküşünü daha da qabarıq hala gətirmişdi.[24][25][26][27]

R.ə. 406-cı ildə Kleofontun təşəbbüsü ilə fövqəladə vəziyyət üçün nəzərdə tutulmuş sikkələrin – kolliblərin buraxılışı həyata keçirilmişdi. Bunlar qanuni olaraq gümüş obollara bərabər tutulan tunc sikkələr idi.[28]

E.ə. 405-ci ildə Eqospotama məğlubiyyətindən sonra, hətta növbəti hərbi əməliyyatlar nəticəsiz qaldığı halda belə Kleofont döyüşləri davam etdirmək fikrini müdafiə etmişdi. Natiq Lisinin çıxışlarına görə, Sparta səfiri afinalılara söyləmişdi ki, onlara təqdim edilən zəruri kapitulyasiya şərti şəhərin istehkamlarının – "Uzun divarlar"ın dağıdılması idi. Kleofont insanları inandıra bilmişdi ki, bu şərt heç bir halda qəbul edilməməlidir. Bundan sonra Feramen danışıqlar üçün Spartaya göndərilmiş və şəhərin mühasirəsi davam etmişdir. Kleofontu aradan qaldırmaq üçün sülh tərəfdarları və gələcək "Otuz tiran" hökumətinin üzvləri olan SatirXremon müxtəlif intriqalara əl atmışdılar. Onlar Kleofontun hərbi təlimə gəlmədiyi ittihamı ilə həbsinə nail ola bilmiş və daha sonra məhkəmə katibi Nikomaxa rüşvət vermişdilər. O, məhkəmə günü saxtalaşdırılmış qanunu oxumuş və nəticədə, Kleofont ölüm cəzasına məhkum edilmişdi. Lisinin məlumatına görə, xalq Kleofontun edamını sakitliklə qəbul etmişdi,[29] lakin Ksenofon yazmışdı ki, şəhərdə iğtişaşlar baş tutmuşdu.[7] N. M. Tahirova birinci versiyanın doğru ola biləcəyini vurğulayır, çünki məhkəmənin təşkil olunduğu Afinada vətəndaşlar bütün qanunlar toplusunu öyrənə bilməyə qadir deyildilər. Belə bir şəraitdə rüşvət müqabilində saxtakarlıqla məşğul olan katiblərin rolu artırdı.[30][31][26][32]

E.ə. 431-ci ildə Peloponnes müharibəsi ərəfəsindəki qədim Yunanıstanın xəritəsi.

XX əsrin böyük hissəsində alimlər arasında ən çox yayılmış fikir belə idi ki, Periklin hakimiyyəti dövründən sonra Afinada zadəganların nümayəndələri əvəzinə, sənətkar və tacir təbəqələrindən olan "demaqoqlar" hakimiyyətə gəlməyə başlamışdılar. Kleon, Hiperbol və Kleofont bu yeni nəslin simvolları adlanırdı. V. Konnor "Beşinci əsr Afinasının yeni siyasətçiləri" adlı monoqrafiyasında "demaqoq" termini ilə tam üst-üstə düşməyən "yeni siyasətçilər" terminini təklif etmişdi. Həmçinin, XX əsrin ikinci yarısında aparılan tədqiqatlar sayəsində tarixçilər "yeni siyasətçilər"in ümumi mənşəyi haqqında postulatı şübhə altına almışdılar. Beləliklə, ostrakaların təhlilindən əldə edilən məlumatlar Kleofontun "Perikl dövrü"nün görkəmli siyasətçisinin oğlu olduğunu sübut etməyə imkan yaratmışdı. Odur ki, Kleofontu mənşəcə az qala barbar kölə kimi təqdim edən qədim komediyalar reallığı əks etdirmirdi.[33]

Qədim mənbələrin Kleofontun qədim Afinadakı siyasi çəkisinə vurğu etməsinə baxmayaraq, ümumiyyətlə, burada ona mənfi münasibət bəslənirdi. AristotelKlavdi Elian onu Afina demosunun lideri adlandırırdılar.[15][34] Aristotel Kleofontun fəaliyyətini bu sözlərlə yekunlaşdırmışdır: "Adətən belə olur ki, insanlar ilk növbədə aldansalar da, sonradan onları pis işə sövq edənlərə nifrət edirlər".[15]

Aristofan "Qadınlar Fesmoforiyada" komediyasında Kleofontu afinalı hetera Salabakxodan "daha böyük bir pozğun" kimi təsvir etmişdi.[1][2] O, "Qurbağalar" komediyasında Kleofontun əslən Frakiyadan olmasını məsxərəyə salmış[35] və müharibəni uzaq vətənində davam etdirmək üçün ona getməyi məsləhət görmüşdür.[36][37] Bir versiyaya görə, Evripid "Orest" faciəsində Kleofontu məhkəmədə Orest əleyhinə çıxış kiçik bir personaj kimi təsvir etmişdir:[38][2][39]

" ... Sonra dodaqlarını bağlaya bilməyən bir adam ayağa qalxdı; həyasızlığı onun gücü idi; Arqosdan olmayan bir arqoslu üzərimizə gəldi; boşboğazlığa, nadan söz azadlığına arxayın idi və onları gec-tez hansısa fitnə-fəsadlara cəlb edəcək qədər inandırıcı idi; [çünki nitqində xoşagələn, lakin əsassız prinsiplərə malik olan bir adam kütləni nə vaxt inandırarsa, bu, dövlət üçün ciddi bir bəladır; lakin bütün hallarda sağlam və məntiqli məsləhətlər verənlər, dövlət üçün yerindəcə faydalı olmasalar da, sonradan bunu sübut edirlər. Partiya liderini belə qiymətləndirmək olar; çünki natiq ilə vəzifədə olan adamın işi demək olar ki, eynidir

...

"

Kleofontun yeganə müsbət qiymətləndirilməsinə Lisinin yazılarında rast gəlinir. Kleofont uzun illər Afinanın faktiki lideri olmasına baxmayaraq, edam edildikdən sonra onun miras buraxdığı əmlak arasında ciddi bir məbləğ yox idi. Kleofontun varlandıra biləcəyi qohumları və dostları Lisinin çıxışı zamanı yoxsul idilər.[40] Almaniya tarixçisi Karl Yulius Belox Kleofontun Afinanın maliyyəsini effektiv şəkildə idarə etməsini vurğulamışdı. O, təkcə Afina vətəndaşlarının yoxsul təbəqələrinə ödənişləri təmin etməklə yanaşı, həm də afinalıları ifrat vergilərlə yükləmədən müharibə aparmaq üçün lazımi vəsait əldə edə bilmişdi.[41] Pul bölgüsü onun populyarlığını təmin etmişdi, lakin "müharibə fraksiyası"nın bir hissəsi olmasına baxmayaraq, Kleofont strateq deyildi və hərbi əməliyyatlar zamanı öz bacarıqlarını nümayiş etdirə bilməmişdi.[42]

Kleofontun sıravi vətəndaşlara arxalanmağəna baxmayaraq, ticarət və sənaye dairələrinin nümayəndəsi idi. Həmçinin, Lisi qeyd etmişdir ki, Kleofont və müttəfiqləri Afina dəniz ittifaqının keçmiş gücünü və mülklərini bərpa etməyə çalışırdılar, çünki onların rifahı birbaşa bundan asılı idi. Bu məsələdə zəngin tacir və sənayeçilər şəhər əhalisinin aşağı təbəqələrinin nümayəndələri ilə həmrəy idilər. Kleofontun Afinadakı siyasi təsirinin əsasını bu aspekt təşkil edirdi.[29][19] Müasir tarixçilərin fikrinə görə, Sparta ilə müharibədə Afinanın məğlubiyyətində Kleofontun təmsil etdiyi radikal demokratlar və demaqoqlar böyük ölçüdə məsuliyyət daşıyırlar, buna görə onun müharibə yekunlaşdıqdan dərhal sonra edam edilməsi də təbii hal idi.[43]

  1. 1 2 Аристофан, 2001. səh. 268, 602, Женщины на празднике Фесмофорий 805 и комментарий
  2. 1 2 3 4 Swoboda, 1921, kol. 792
  3. Vanderpool, 1952
  4. Карпюк, 1998
  5. Heftner, 2000
  6. 1 2 3 Prosopographia Attica, 1901
  7. 1 2 Ксенофонт, 1935, I. VII. 35
  8. Ксенофонт, 1935, комментарий С. Я. Лурье к II. 2. 11
  9. Фукидид, 2010, III. 3
  10. Суриков, 2006. səh. 72
  11. Суриков, 2006. səh. 92
  12. Суриков, 2018b. səh. 175
  13. Суриков, 2011. səh. 36
  14. 1 2 Эсхин, 1962, II. 76
  15. 1 2 3 Аристотель, 1937, 28. 3
  16. Андокид, 1996, I. 146
  17. Oxford Classical Dictionary, 1970
  18. Лисий, 1994, XII. 31
  19. 1 2 Никитюк, 1996
  20. Аристотель, 1937, 28. 3 и комментарий 195
  21. Матвейчев, 2019. səh. 138
  22. Суриков, 2015. səh. 32
  23. Диодор Сицилийский, 2000, XIII. 53
  24. Аристотель, 1937, 34. 1
  25. Swoboda, 1921, kol. 792—793
  26. 1 2 "Cleophon". britannica.com. Encyclopaedia Britannica. 2021-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-17.
  27. Суриков, 2018. səh. 135
  28. Гвоздева, Кириллова, 2016. səh. 128—129
  29. 1 2 Лисий, 1994, XII. 28—29
  30. Лисий, 1994, XIII. 10—12
  31. Лисий, 1994, XXX. 9—13
  32. Таирова, 2014. səh. 103—104
  33. Суриков, 2011. səh. 33—34
  34. Элиан, 1963, XII. 43
  35. Аристофан, 2001. səh. 356, Лягушки 679—685
  36. Аристофан, 2001. səh. 410, Лягушки 1532—1534
  37. Swoboda, 1921, kol. 794
  38. Еврипид, 1999, Орест 904—913
  39. Фуко, 2020. səh. 207—208
  40. Лисий, 1994, XIX. 48
  41. Белох, 2009. səh. 57—58
  42. Белох, 2009. səh. 147
  43. Суриков, 2018. səh. 135—136