"Klivlend şou" (ing. The Cleveland Show) — Set Makfarleyn, Riçard Eppel və Mayk Henri tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün "Qriffinlər" serialının bir spin-offu olaraq yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər, Klivlend Braun və Donna Tabbs, onların uşaqları, Klivlend Braun Kiçik, Roberta Tabbs və Rallo Tabbs ibarət yaxşı vəziyyətdə olmayan Klivlend-Tabbs ailəsi durur. Serialın yumorunun böyük bir hissəsini, "Qriffinlər" kimi çox vaxt ümumi süjet ilə heç bir əlaqəsi olmayan, ABŞ mədəniyyətini həcv edən, katevey-zarafatlar təşkil edir. Pilot seriya üçün olan DVD şərhinə əsasən, serial "Qara Qriffinlər" adlandırılacaqdı.[1]
Klivlend şou | |
---|---|
The Cleveland Show | |
Janr | Sitkom[1] |
Müəllif |
Set Makfarleyn Riçard Eppel Mayk Henri |
İstehsalçı |
Person Unknown Productions Happy Jack Productions Fuzzy Door Productions Person Unknown Productions Fox Television Animation 20th Century Fox Television |
Səsləndirənlər |
Mayk Henri Sena Latan Kevin Maykl Riçardson Riqan Qomez-Preston Ceyson Sudeykis Set Makfarleyn |
İlkin mövzu | disfunksional ailə[d] |
Bəstəkar | Volter Mörfi |
İstehsalçı ölkə | ABŞ |
Dil | İngilis |
Mövsüm sayı | 4 |
Buraxılış sayı | 88 |
İlk buraxılış | 27 sentyabr 2009 |
Sonuncu buraxılış | 19 may 2013 |
Buraxılışların siyahısı | Klivlend şou cizgi serialının seriyalarının siyahısı |
İstehsal | |
Prodüser |
Kara Vallou Kortni Lilli |
İcraçı prodüser |
Set Makfarleyn Riçard Eppel Mayk Henri |
Kamera | Təkkameralı çəkilişin animasiyalı təsviri |
Müddəti | 21-22 dəq. |
Veriliş | |
Kanal | Fox |
Təsvirin formatı | 720p (16:9 HDTV) |
Translyasiya dövrü | 27 sentyabr 2009 – 19 may 2013 |
Xronologiyası | |
Oxşar verilişlər | Qriffinlər |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Serialı yaratmaq fikri Set Makfarleynin ağlına "Fox Broadcasting Company" üçün "Qriffinlər" və "Amerikan ata!" seriallarını hazırlayıb işləməsindən etməsindən sonra, 2007-ci ildə gəlmişdir. Makfarleyn serialı "Qriffinlər" personjları olan Klivlend Braun, yeni arvadı Donna Tabbs, ögey uşaqları Rallo və Roberta Tabbs və öz uşağı Klivlend Braun Kiçik üzərində mərkəzləşdirmək qərarına gəlmişdir.
Serial 27 sentyabr 2009-cu ildən, 19 may 2013-cü ilə qədər efirə verilmişdir. Serial, 4 illik ömründə 4 mövsüm və 88 seriya edirə vermişdir. "Klivlend şou" bir Enni mükafatına, bir Praym-taym Emmi mükafatına və iki Yeniyetmə Seçimi mükafatına namizəd olmasına baxmayaraq, media tənqidçiləri tərəfindən qarışıq rəylər almışdır. Serial 4 mövsüm sonra ləğv edilmişdir.[2] Klivlend-Tabbs ailəsi "Qriffinlər"in XII mövsümünün "O, qa-aradır!" adlı seriyasında geri qayıtmışdır.
Serialı yaratmaq fikri Set Makfarleynin ağlına "Fox Broadcasting Company" üçün "Qriffinlər" və "Amerikan ata!" seriallarını hazırlayıb işləməsindən etməsindən sonra, 2007-ci ildə gəlmişdir.[3][4]
"Klivlend şou" ilk dəfə "Fox"un serialı yaradıcılardan almasından sonra,[5] inkişaf proqramında 2008-ci ilin əvvəllərində görünmüşdür. 5 may 2008 tarixində Set Makfarleyn və 20th Century Fox Television bir müqavilə imzalamışdır.[6] Pilot 2008-ci ilin may ayında, serial 2008–09 ABŞ televiziya mövsümünün praym-taym proqramında göstərilən zaman, Klivlend şou adlandırıldığı rəsmi olaraq açıqlanmışdı.[7] Təpənin kralı serialı bitdikdən sonra Klivlend şou efirə çıxacaqdı. Bu açıqlamadan sonra 9 yeni seriya sifariş edilmiş, bununla da serialın ilk mövsümü rəsmiləşmişdi.[8] Klivlend şou 2009-cu ilin may ayında hər bazar günü yerli vaxtla 20:30-da efirə çıxmaq üçün, 2009–10 ABŞ televiziya mövsümünün praym-taym proqramında göstərilmişdir.[9] 2009-cu ilin iyun ayının 15-də Klivlend şounun ilk seriyasının 27 sentyabr 2009 tarixində efirə veriləcəyi açıqlanmışdır.[10]
Set Makfarleyn, Mayk Henri və Riçard Eppel I mövsümdən bəri serialın icracı prodüserləri olmuşdur.
Mayk Henri serialın iki əsas qəhrəmanını səsləndirir: Klivlend Braun və Rallo Tabbs.[11][12] Klivlend Braun personajı əvvəlcə "Qriffinlər" serialı üçün hazırlanmışdı. Henri Makfarleynlə hələ Rod-Aylend dizayn məktəbində oxuduğu zaman tanış olmuşdu. Onlar təhsillərini bitirdikdən sonra da əlaqə saxlamağa davam ediblər. Bir neçə ildən sonra Makfarleyn Henriylə əlaqə yaratmış və onu şounun bir hissəsi olmağa dəvət etmişdi; o serialın səsləndirmə aktyoru və ssenari müəllifi olmağa razılaşdı.[13] Rallo Tabbsın səsi isə, Henri tərəfindən 20 il əvvəl yaradılmışdır. Henri etdiyi bir açıqlamada, Rallo Tabbsın səsi əvvəllər etdiyi zarafat zənglərində yaratdığı səslərindən biri olduğunu demişdir.[14]
Sena Latan — Klivlendin arvadı, Rallo və Roberta Tabbsın anası və Klivlend Braun Kiçiyin ögey anası Donna Tabbsı səsləndirir. Latan, prodüserlərin personajı yaradan zaman "bir qədər təhsilli." olmasını istədiklərini demişdir.[15] Donna Tabbsın səsləndirməsindən əvvəl, Latan yalnız Qızıl Alov adlı bir kiçik büdcəli filmdə səsləndirmə aktyoru olmuşdur. Latan səsləndirmə aktyorluğundan başqa, Yadplanetliyə qarşı Yırtıcı, Sevgi və Basketbol və Ovçular ailəsi kimi filmlərdə aktrisalıq etmişdir.
Riqan Qomez-Preston — Klivlendin ögey qızı Roberta Tabbsı səsləndirir. Qomez Robertanı səsləndirəndə öz səsindən istifadə etdiyini və telefonla danışanda həmişə 15 yaşlı bir qızla səhv salındığını demişdir.[15] Qomez Roberta roluna seçilməzdən əvvəl, personajı ilk 13 seriyada Nia Lonq (Sena Latan ilə birlikdə Ən yaxşı kişi filmlərində çəkilmişdir) səsləndirirdi.[16] Nia Lonqa görə o, personajın gənc bir yeniyetmə olmasına görə prodüserlərin daha gənc səslənən bir aktrisa istəməsindən dəyişdirilmişdir.[17]
Kevin Maykl Riçardson — Klivlend Braunun oğlu Klivlend Kiçiyi, eləcə də Klivlendin qonşusu Lester Krinklesakı səsləndirir.[18] Maykl "Qriffinlər" və "Amerikan ata!" teleserialların cari heyətlərində oynamışdır. Klivlend Kiçiyi təsvir etmək üçün Riçardson NBC drama serialı olan ER-dakı Petrik adlı bir obrazdan ilhamlandığını demişdir. Lesterə gəldikdə isə, Riçardson bir müsahibədə afro-amerikalı olduğundan o, bir neçə redneklə qarşılandığını və personajı səsləndirəndə onları yadına saldığını demişdir.[15]
Ceyson Sudeykis — Klivlendin dostu olan kiçik boylu Holt Riçteri və Klivlendlə Uatermen Keyblda işləyən dostu Terri Kimplı səsləndirir. Sudeykis cari aktyor heyətinin bir parçası olaraq başlamışdır, ancaq "Daha çətin, daha yaxşı, daha sürətli, qəhvəyi" adlı seriyadan etibarən əsas aktyor heyətinin bir parçası olmuşdur.
Set Makfarleyn — III mövsümün 10-cu seriyasına qədər ayı Timi səsləndirmişdir. Makfarleyn ayı Timi səsləndirəndə Stiv Martinin təəssüratını yaratdığını demişdir. Personajı III mövsümün 11 seriyasından bəri Cess Harnell səsləndirir.
Əsas aktyor heyəti | |||||
---|---|---|---|---|---|
Mayk Henri | Sana Latan | Riqan Qomez-Preston | Kevin Maykl Riçardson | Ceyson Sudeykis | Set Makfarleyn |
Klivlend Braun, Rallo Tabbs | Donna Tabbs | Roberta Tabbs | Klivlend Braun Kiçik və Lester Krinklesak | Holt Riçter və Terri Kimpl | Ayı Tim |
Cari aktyor heyətinin digər üzvləri: Arianna Huffinqton Ayı Ariannanı,[19] Nat Fakson Ayı Reymondu,[20] Ceymi Kennedi Qabriel Fridmeni,[21] Uill Forte Prinsipial Uallini,[22] Fransis Kaler Evelin Braunu,[23] Kreyq Robinson Le-Var Braunu,[24] Devid Linç barmen Qası[25] səsləndirir.
Klivlendin yeni təqdim edilmiş ailəsi arasında onun yeni arvadı Donna Tabbs Braun (Sena Latan tərəfindən səsləndirilib),[26] Donnanın yeniyetmə qızı Roberta (İlk olaraq Nia Lonq, daha sonra Riqa Qomez-Preston tərəfindən səsləndirilib) və Donnanın 5 yaşlı oğlu Rallo (Mayk Henri tərəfindən səsləndirilib).[27][28] Klivlend Braun Kiçik serial üçün tamamilə yenidən dizayn edilmişdir.
Mövsümlər | Seriyalar | Orijinal efir vaxtı | Nilsen reytinqi | |||
---|---|---|---|---|---|---|
İlk yayım | Son yayım | Sıra | İzləyicilər (milyon) | |||
1 | 21 | 27 sentyabr 2009 | 23 may 2010 | 72[29] | 6.38[29] | |
2 | 22 | 26 sentyabr 2010 | 15 may 2011 | 90[30] | 6.12[30] | |
3 | 22 | 25 sentyabr 2011 | 20 may 2012 | 144[31] | 4.03[31] | |
4 | 23 | 7 oktyabr 2012 | 19 may 2013 | 129[32] | 3.05[32] |
"Klivlend şou" personajları başqa animasiya sitkomlarında və həmin serialların personajları "Klivlend şou"da görünmüşdülər. "Klivlend şou"nun bütün krossoverləri iki animasiya seriallarından ibarət idi. Bunlar Set Makfarleyn tərəfindən yaradılan "Qriffinlər" və "Amerikan ata"dır.[33]
"Klivlend şou" personajları digər "Fox" animasiya serialları olan "Simpsonslar" və "Təpənin kralı" serillarında epizodik rol almışdılar.[34]
2010-cu ilin iyul ayında "Turner Broadcasting System" TBS və Adult Swim televiziya şəbəkələri üçün sindikasiya hüquqlarını almışdır.[34] Serial sindikasiyada ilk dəfə 29 sentyabr 2012 tarixində "Cartoon Network" telekanalının Adult Swim gecə televiziya blokunda, ABŞ-də yayımlanmışdır. MuchMusic 2 sentyabr 2013 tarixində Kanadada serialın anonsunu, sonrakı gün isə debütünü yayımlamışdır.[35]
17 aprel 2013 tarixində "Fox" şirkəti "Klivlend şou"nun ləğv olunmasıyla bağlı olan dedi-qoduları yalanlamış, serialın ləğv etməkdənsə yeniləməyi üstün tutduğunu açıqlamışdır.[36][37] Buna baxmayaraq, 13 may 2013 tarixində "New York Daily News"da Fox Əyləncə Sədri Kevin Rilli serialın ləğvini rəsmiləşdirmişdir.[2] Serialın ləğvindən sonra, Klivlend-Tabbs ailəsinin "Qriffinlər"in XII mövsümünün "O, qa-aradır!" adlı seriyasında geri qayıdacağı açıqlanmışdır.[35]
Ölkə | Şəbəkə | Yayım tarixi |
---|---|---|
Kanada | Global MuchMusic |
27 sentyabr 2009 – 19 may 2013 3 sentyabr 2013 – 31 avqust 2017 |
Avstraliya | Network Ten Eleven FOX8 |
2 dekabr 2009 – 12 yanvar 2011 12 yanvar 2011 – 2014 13 mart 2011 – h.h |
Almaniya | Comedy Central | 7 avqust 2016 – h.h |
Litva | TV6 | – h.h |
İrlandiya | 3e | 2009 |
Birləşmiş Krallıq | E4 Fox ITV2 |
1 fevral 2010 – payız 2015[38] 6 yanvar 2011 – ? 2016–h.h[38] |
Amerika Birləşmiş Ştatları | Fox Adult Swim TBS |
27 sentyabr 2009 – 19 may 2013 29 sentyabr 2012 – h.h 16 sentyabr 2013 – present |
Macarıstan | Comedy Central | 6 iyul 2010 – 30 oktyabr 2016
3 oktyabr 2016 – h.h |
Orta Şərq | FX | Bilinmir |
Yeni Zelandiya | C4 Four Comedy Central |
2010 10 fevral 2011 – h.h 2011–h.h |
Pakistan | FX | Bilinmir |
Filippin | Jack TV Fox Philippines |
oktyabr 2010 – h.h mart 2013 – h.h |
Cənubi Afrika | Vuzu | 29 noyabr 2010 |
Sinqapur | Fox | 2 aprel 2012 (II mövsüm) |
DVD adı | Disklərin sayı | İl | Seriyaların sayı | DVD buraxılışı | |||
---|---|---|---|---|---|---|---|
Region 1 | Region 2 | Region 4 | |||||
1 | 4 | 2009 və 2010 | 21 | 28 sentyabr 2010[39] | 11 oktyabr 2010[40] | 29 iyun 2011[41] | |
2 | 4 | 2010 və 2011 | 22 | 27 sentyabr 2011[42] | 30 yanvar 2012[43] | 2 noyabr 2011[44] | |
3 | 3 | 2011 və 2012 | 22 | 1 mart 2013[45] | |||
4 | 3 | 2012 və 2013 | 23 | 17 dekabr 2013[46] |