Kornuollis (ing. Cornwallis Island, fr. Île Cornwallis) — Kanada Arktik arxipelaqına daxildir. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir.
Kornuollis adası | |
---|---|
ing. Cornwallis Island, fr. Île Cornwallis | |
Ümumi məlumatlar | |
Sahəsi | 6995 km² |
Uzunluğu |
|
Eni | 95 km |
Hündür nöqtəsi | 359 m |
Əhalisi | 229 nəfər (2006-cı il) |
Yerləşməsi | |
74°30′00″ şm. e. 103°05′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada 6995 km² sahəyə malik olaraq, Adaların dünyada sahəsinə görə sıralamasında 96-cı, Kanadada isə 21-ci yeri tutur. Sahil xətdinin uzunluğu 636 kilometrdir[1].
Barrou boğazı Kornuollis adasını Somerset (ada)sından, Vellinqton boğazı Devon (ada)sından ayırır. Kuin boğazı Baterst (ada)sını Kornuollis adasından ayırır. Bu iki ada arasında çoxlu sayda kiçik adalar vardır.
Adanın maksimal uzunluğu 115 km, eni — 90 km təşkil edir. Lanşaftının böyük hissəsi alçaq düzənliklərdən ibarətdir, cənub-şərqdə alçaq təpələr üstünlük təşkil edir. Ən hündür yeri 350 metrdir[2]. Yeganə yaşayış məntəqəsi — Rezolyut.
Ada 1819-cu ildı Vilyam Parri tərəfindən britaniya admiralı Vilyam Kornuollisin şərəfinə adlandırılıb.