Krım Regional Hökuməti (rusca:Крымское краевое правительство) — 1918 və 1919-cu illərdə Krım yarımadasında ardıcıl olaraq mövcud olmuş 2 qısaömürlü hökumətlər nəzərdə tutulur.
Tarixi dövlət | |||||
Krım Regional Hökuməti | |||||
---|---|---|---|---|---|
Крымское краевое правительство | |||||
|
|||||
|
|||||
Paytaxt | Simferopol | ||||
Dilləri | rus dili[1], Krımtatar dili[1], alman dili[1] | ||||
Rəsmi dilləri |
Krım-tatar dili Rus dili Ukrayn dili Alman dili |
||||
Dövlət dini | İslam | ||||
Ərazisi |
|
||||
İdarəetmə forması | Liberal respublika | ||||
Baş nazir | |||||
• 1918 | Məmməd bəy Sulkeviç |
Rusiya imperiyasında baş vermiş Oktyabr inqilabının ardınca etnik Krım tatarları Krım Xalq Respublikasının yaradıldığını elan etdilər. Lakin yaradılmış yeni respublika 1918-ci ilin əvvəllərində bolşeviklərin hücumuna məruz qaldılar. Yeni respublikanı yıxan bolşeviklər Tavrida Sovet Sosialist Respublikasının yaradıldığını elan etdilər. 1918-ci ilin aprelində isə Alman imperiyası qoşunlarından yardım alan Ukrayna Xalq Respublikası qoşunları Krım əməliyyatını sona çatdırdılar.
Birinci Krım Regional Hökuməti 25 iyun 1918-ci ildə yaradıldı. Alman dəstəyi ilə yaradılmış hökumətə rəhbərlik Məmməd bəy Sulkeviç də idi. Məmməd bəy Lipka tatarı idi O, yeni hökumətdə baş nazir, daxili işlər naziri və hərbi işlər üzrə nazir vəzifələrini tuturdu. Ukrayna Krım üzərində öz hakimiyyətini qurmaq üçün cəhdlər edirdi, lakin almanların da müstəqillik məsələsində dəstəyini alan Krım Ukraynadan birləşmədən yaşamağı bacardı. Lakin sentyabr və oktyabr aylarında iki respublikadan ibarət federasiyanın qurulması üçün danışıqlar olmuşdu.
Alman qoşunlarının Krımdan çıxmasından sonra nüfuzunu itirmiş Məmməd bəy 25 noyabr 1918-ci ildə hakimiyyətdən devrildi[2] və Krım kəraimlərindən olan, keçmiş Kadet partiyasının üzvü, Rusiya imperiyası dumasında deputat olmuş Solomon Krım tərəfindən əvəzləndi. O, yeni liberal və anti-bolşevik rejim qurdu. Hökumətə Kadet partiyasının üzvlərindən olan Maksim Vinaveri xarici işlər naziri, Vladimir Nabokovu ədliyyə naziri kimi daxil etdi.[2] 1918-ci ilin noyabr ayının sonlarında Antanta ittifaqının qoşunları Krıma daxil oldular. Qoşunların böyük bir hissəsini fransız və yunan qoşunları təşkil edirdi. Lakin 1919-cu ilin aprelində Odessanın itirilməsindən sonra bu qoşun geri çəkildi.
Krım Sərhəd Hökuməti də adlandırılan Krım hökuməti 1919-cu ilin əvvəllərindən hökumət rəhbərliyinin sədaqətindən şübhələnən Anton Denikinlə problemlər yaşamağa başladı.[3] Anton Denikin Ağ Qvardiya hərəkatına bağlı olan Könüllü ordunun komandanı idi. Nəticədə Könüllü Ordu Krım hökumətinin ordusunu darmadağın etdi. Birinci Dünya müharibəsinin sonlarında Almaniyanın rəhbərlik etdiyi ittifaq dövlətlərinin məğlub olması və ardınca Antanta dövlətlərinin Krımdan geri çəkilməsi Krımı yenidən Rusiyadan asılı hala düşməsinə şərait yaratdı.[4]
2 aprel 1919-cu ildə bolşeviklərin Qırmızı Ordusu Simferopolu ələ keçirdi və ikinci Krım Regional hökuməti süqut etdi. Bunun ardınca 1919-cu ilin may ayında Krım Sovet Sosialist Respublikası yaradıldı. Lakin bu respublika da iyun ayında Anton Denikinin Könüllü ordusunun hücumuna davam gətirə bilməyib, süqut etdi. Anton Denikin və ondan sonra Pyotr Vrangel 1920-ci ilin noyabr ayına qədər Krımı əllərində saxlamağı bacardılar.