Oslo (norv.Oslo, 1624-cü ildən 1925-ci ilədək Kristianiya adlanıb) — Norveçin paytaxtı və ən böyük şəhəridir. Əhalisinin sayı 658.390[4] (1.403.268) nəfərdir (2018). Bunun 26%-ni immiqrantlar təşkil edir.
Ümumilikdə mülayimdir, qış və yay aylarını müqayisə etdikdə havanın temperaturu kəskin fərqlənmir. Orta illik temperatur göstəricisi – +5.3 °C-dir. İyul ayı üçün orta temperatur – +16.6 °C, yanvar ayı üçün isı bu göstərici – -5.8 °C təşkil edir. Atmosfer yağıntılarının miqdarı kifayət qədər yüksəkdir. İllik orta yağıntı göstəricisi – 671 mm təşkil edir.