Kuban mədəniyyəti — təxminən e.ə. 1100- e.ə. 400-ci illər Şimali və Mərkəzi Qafqazda Tunc və Dəmir dövrü mədəniyyətidir.[1] Bu mədəniyyətin mövcudluğu dövrünə aid tapıntılar müxtəlif muzeylərdə nümayiş etdirilir.
Kuban mədəniyyəti Qafqazın qərb qismindəki Xaraçoy mədəniyyəti və Kolhis mədəniyyətindən əvvəl meydana çıxmış mədəniyyətdir. 1869-cu ildə Kuban kəndində döyüş baltaları, bəzək əşyaları və digər buna bənzər qədim əşyalar kəşf edildi. Bugün Maykopdan minlərlə Kuban mədəniyyəti dövrünə aid dəyərli əşyalar aşkarlanmaqdadır. Bunların əksəriyəti Maykopdakı milli muzeylərdə nümayiş etdirilməkdədir. Amjad Caiçuxa kimi bir çox elm adamı Kuban mədəniyyəti haqqında elmi tədqiqatlar aparmış və elmi əsərlər yazmışdırlar. Ən yaxşı nümunələr e.ə. VII əsrdə Serjen-Yurt yaşayış məskən əətrafında aşkarlanmışdır. Bu yerin ən önəmli mərkəz olduğu güman edilir. Bu yaşayış məskəni hal-hazırkı Çeçenistan ərazisində yerləşməkdədir.[2]
Bu mədəniyyətdən qalan qalıntılar yaşayış binalarından, daş körpülərdən, qurbangahlardan, sümükdən, gildən və daşdan düzəldilmiş müxtəlif əşyalardan ibarətdir. Tapıntılar arasında oraq və taxıl dəyirmanları vardır. Daha çox taxıl, buğda, çovdar və arpa yetişdirilmişdir. İnək, qoyun, keçi, eşşək və at ən geniş yayılmış əmək heyvanlarından hesab edilir. At bu mədəniyyətin mənsubları tərəfindən müqəddəs hesab edilirdi. Onlar keramika, qızıl, gümüş, mis və zərgərlik işlərində usta olmuşdurlar.[1][3]
Amjad Caymuxa bu mədəniyyət nümunələrini vaxtı ilə ərsəyə gətirən insanların bügünkü çeçenlərin və ya inquşların ulu babaları olduqları qənaətinə gəldiyini bildirmişdir. Bu ya da Xaracoy mədəniyyəti bu insanların yaratmış olduqları ilk mədəniyyət hesab edilir. İlk dəfə indi yaşadıqları torpaqlara gəlmələri 3-4 min əvvələ aid edilən çeçenlərin bu mədəniyyətin tək sahibi olmaları mübahisəlidir və müxtəlif fikirlər səsləndirilməkdədir. Hər bir halda, Kuban mədəniyyətinin yaradılması və inkişafı qərbi Qafqaz xalqlarının fəaliyyəti ilə əlaqədar olduğu kimi çeçen və inquşlarla da əlaqəli olması qətidir.[4]