Kyuşu (九州, doqquz vilayət?) — əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ən cənub-qərbində yerləşən region. O, səkkiz prefekturadan ibarətdir: Fukuoka, Saqa, Kumamoto, Naqasaki, Oita, Kaqoşima, Miyazaki və Okinava.
Kyuşu regionu Yaponiya xəritəsində | |
Yerləşməsi | |
---|---|
Ölkə | Yaponiya |
Ada | Kyuşu (ada) |
Statistika | |
Sahə | 35640 km² |
Əhali | 13231995 nəf. |
Əhali sıxlığı | 332,38 nəfər/km² |
Prefekturalar | 8 |
Kyuşu (九州, doqquz vilayət?) regionun adı keçmişdə onun əsas adanı bölən doqquz tarixi vilayət ilə bağlıdır.[1]
Region ərazisi əsas Kyuşu adasından və onun ətrafında yerləşən 1400 adasından ibarətdir.[2] Kyuşunu şərqdə Kanmon boğazı Çuqoku regionu ilə, Hoyo boğazı və Bunqo kanalı isə əsas hissəsi Şikoku adasında yerləşən eyniadlı region ilə ayırır; regionun şimal-qərbində Koreya boğazı Yaponiyanın Koreya Respublikası ilə təbii sərhədi yaradır; qərbdə o, Şərqi Çin dənizi ilə, cənub-şərqdə isə Sakit okean ilə sulanır.
Ryukyu adalarında yerləşən Okinava prefekturasının ərazisində keçmişdə Ryukyu Krallığı adlı müstəqil dövlət mövcud idi.[2]
1945-ci ilin avqustun 9-da, regionun vacib Çin və Avropa təsirlərin mədəni mərkəzi olan Naqasaki şəhərində[3] dünya tarixində ikinci dəfə atom bombalaması baş vermişdi.
İkinci dünya müharibəsinin sonundan, 1972-ci ilə qədər Okinava ABŞ hərb güclərinin kontrolun altında idi.[2]