Lev Şaumyan

Lev Stepanoviç Şaumyan (25 aprel 1904[1][2], Tiflis[3][2]24 may 1971[3][2], Moskva[3][2]) — sovet jurnalisti, müəllim.

Lev Stepanoviç Şaumyan
Лев Степа́нович Шаумя́н
Doğum tarixi 25 aprel 1904(1904-04-25)[1][2]
Doğum yeri
Vəfat tarixi 24 may 1971(1971-05-24)[3][2] (67 yaşında)
Vəfat yeri
Uşağı Tatyana Şaumyan
Atası Stepan Şaumyan
Anası Yekaterina Sergeyevna Şaumyan
Milliyyəti erməni
Təhsili
  • Yakov Sverdlov adına Kommunist Universiteti[d] (19221923)[2],
  • ÜİK(b)P MK yanında Ali Partiya Məktəbi[d] (–1948)[2]
Fəaliyyəti jurnalist, tarixçi
Partiyası
Mükafatları "Lenin" ordeni

1904-cü ildə Tiflisdə doğulmuşdur. Bakı döyüşündə iştirak etmiş, 26 Bakı komissarı ilə birgə həbs olunmuşdu. 1919-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1919–1920-ci ildə TiflisBakıda bolşeviklər üçün gizli fəaliyyətdə olmuş, 1922–1923-cü illərdə Y. M. Sverdlov adına Kommunizm institutunu bitirmiş, evlənmişdir. 1924–1932-ci illərdə Volqoqradda partiya şöbəsində çalışmışdır. 1948-ci ildə Sov.İKP MK yüksək təhsil mərkəzini bitirmişdir. 1932–1946cı illərdə jurnalistika fəaliyyətinə başlamış, 1941–1946cı illərdə "Ural fəhləsi" qəzetinin baş redaktoru olmuşdur. 1949-cu ildə "Sovet ensiklopediyası"nda işləməyə başlamış, 1954-cü ildə Böyük Sovet Ensiklopediyasının baş redaktorlarından olmuşdur.[4]

  1. 1 2 Шаумян Лев Степанович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Erməni Sovet Ensiklopediyası, VIII cild (erm.). C. 8. S. 430.
  3. 1 2 3 4 5 6 Шаумян Лев Степанович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. "ШАУМЯН Лев Степанович". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-31.