Yermolov adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir.
Yermolov adası | |
---|---|
rus. Остров Ермолова | |
Ümumi məlumatlar | |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
76°53′11″ şm. e. 96°09′03″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
Arxipelaqın şimalında qərarlaşır. Ruskiy adasından 5 kilometr cənubda yerləşir. Yermolov adası həmçinin Litke adaları qrupuna daxildir. Daxil olduğu qrupun şimal hissəsində yerləşir. Şimaldan, qərbdən və cənub-şərqdən arxipelaqa daxil digər adalarla əhatələnmişdir. Şimaldan Ruskiy adası, Hidroqraf adası və Şileyko adası, qərbdən Torisnıy adası, cənub-şərqdən isə Pedaşenko adası və Unkovski adası ilə sərhədlənir. Cənub-şərq hissəsində elədə böyük olmayan adalar vardır. Paxtusov adaları qrupundan Lelin boğazı ilə ayrılır.
Yermolov adası Litke adalarının ən iri adasıdır. Üstəlik Nordenşeld arxipelaqının isə ən iri adalarından biridir. Qərbdən şərqə ovalvari quruluşa malikdir. Qərbində uzunluğu 3,5 km olan yarımada vardır. Adanın qərbində yerləşən Kamenistı burnundan, şərqində yerləşən Povorotnıy burnuna qədər məsafə 13 kilometrdir. Eni isə mərkəzi hissəsində 6 km təşkil edir. Adanın şimalında Zamançivaya buxtası yerləbuxta danın daxilinə 300 metr daxil olur. Buxtanın diametri 1,5 km-dır.
Praktiki olaraq adanın səthini elə də hündür olmayan qayalar tutur. Qərb hissədə qayaların hündürlüyü 25 metr cixarındadır. Mərkəzi hissəlırdə qayalın hündürlüyü 29–35 m, şərqdə isə 40 metr çatır. Elə adanın ən hündür nöqtəsi 40 metr olara bu hissədə yerləşir. Cənub-qərb sahillərinə və Zamançivaya buxtasına çoxlu sayda axarlar axır. Bu axarları heç birin adı yoxdur. Qış ayları isə tamamən donurlar. Adanın mərkəzi hissəsində isə elə dı böyük olmayan şirinsulu göllər vardır. Sahilləri alçaqdır. Bircə qərbində yerləşən yarımadada kiçik hündürlüyə malik sahil vardır.
Ada ərazisinin böyük hissəsi buzdan azaddır. Bitki örtüyünə gəldikdə əsasən mamır, şibyə və az miqdarda da olsa ot bikilərinə rast gəlinir. Şərqində yerləşən hündürlükdə geodeziya obyekti vardır. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədi ilə burada qoruq yaradılmışdır. Ada da həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir[1].
Ada öz adını 1901-ci ildə Rusiya Arktika ekspedisiyasına rəhbərlik etmik Zarya gəmisinin kapitanı Eduard Vasili Toll tərəfindən almışdır. Aleksey Serqeeviç Yermolov dövlət və ictimai xadim, aqronomiya sahəsində alim, Peterburq elmlər akademiyasının fəxri üzvü olmuşdur. Ekspedisiyaya getməzdən əvvəl Eduard Toll Yermolovun rəhbərliyi altında işləyirdi[2].