Lixtenşteyn sarayı (Mala Strana)

Malostran meydanındakı Lixtenşteyn sarayı və ya sadəcə Lixtenşteyn sarayı (çex. Lichtenštejnský palác na Malostranské náměstí) — Praqanın köhnə şəhərində, Mala Strana rayonun "Malostran meydanı" № 258/13-də yerləşən gözəl saray. Binanın tikintisi o zaman çox populyar olan barokko və daha sonra klassisizm üslublarında inşa etdirilmişdi. Saray Çexiya Respublikasının mühüm mədəniyyət abidəsi kimi qorunur. Saray Malostran meydanının bütün qərb hissəsini tutur və qonşuluqda yerləşən Hartiqov sarayı ilə ümumi tikinti, rabitə və kommunikasiya əlaqələrinə malikdir - Lixtenşteyn sarayında İncəsənət və Musiqili Rəqs Akademiyası, Hartiqov da isə Akademiyanın rəhbərliyi yerləşir.

Lixtenşteyn sarayı (Mala Strana)
Lichtenštejnský palác
Xəritə
50°05′24″ şm. e. 14°24′00″ ş. u.HGYO
Ölkə  Çexiya
Şəhər Praqa
Aidiyyatı Musiqi məktəbi
Sifarişçi Karl fon Lixtenşteyn
Tikilmə tarixi 1623
Üslubu barokko memarlığı
Material kərpic
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sarayın Konsert zalı.

Praqanın köhnə şəhəri ilə gəzişərkən, Malostran meydanındakı müqəddəs Nikolay kilsəsinin qarşısında yerləşən nəhəng bir sarayı görmək olar. Bəzən Ledeburq adı ilə də tanınan Lixtenşteyn sarayı rahatlıqla ən azı beş adi evi yerləşdirə biləcək olduqca böyük bir sahəni tutur və Praqa şəhərində barokko üslubunda inşa edilmiş ilk böyük bina sayılır. Sarayın binası hazırkı nəsli Mərkəzi Avropanın Lixtenşteyn Knyazlığına məxsus Karl Lixtenşteyn tərəfindən XVI əsrin əvvəllərində inşa edilmişdir. Karl "qanlı knyaz" nüfuzuna malik idi. Məhz o, Ağ dağ ətrafında qedən döyüşdə məğlub olduqdan sonra, 1621-ci ildə Köhnə Şəhər meydanında üsyan edən şəhər sakinlərinin 27 liderini ölüm cəzasına məhkum etmişdir. O zaman knyaz xeyli sərvəti müsadirə etmişdir. Üsyançılar məhz indiki sarayın yerində edam olunmuşdur. Lixtenşteynli şahzadə Yozef Çexiya kralı II Leopoldun tacqoyma mərasimindən öncə öz sarayını yenidən tikdirir. Beləliklə sarayın binasında əzəmətli pilləkən və böyük bir salon meydana qəldi.

Lixtenşteyn sarayı 1742-ci ildən 1791-ci ilə kimi poçtamt kimi fəaliyyət göstərirdi. 1753-cü ilə qədər bura Praqanın poçt vasitəsilə göndərilən məktubların yeganə kumulyativ mərkəzi sayılırdı. 1827-ci ildə sarayda ikinci Sənaye Sərgisi keçirilmişdir. Əsrlər boyu, saray dəfələrlə hərbi qərargah olaraq xidmət etmişdir.

1918-ci ildə Lixtenşteyn sülaləsi Praqadakı bütün mülkiyyətindən məhrum edilmişdir və 1989-cu ilə aid restitusiya qanununa əsasən, qədim nəsil yalnız 1948-ci ildən sonra dövlət tərəfindən müsadirə edilmiş əmlakları geri qaytarmaq hüququna malik idilər.

Hal-hazırda Lixtenşteyn Sarayı Səhnə Sənətləri Akademiyasının musiqili rəqs fakültəsi üçün istifadə olunur[1]. Sarayda yeni orqan ilə təchiz olunmuş konsert zalı, sərgi zalı, yay teatrı və bağ, mühazirə zalları, səsyazma studiyası, kitabxana, klub və buna bənzər digər kabinetlər yerləşir.

  1. Petit Futé Prague: Inclus un plan de ville et d'accès Jean-Paul Labourdette - 2009 - Page 185 "PALAIS LIECHTENSTEIN Malostranské Náměstí 13 Ce beau palais de la fin du XVIIIe siècle, appartenait à Charles de Liechtenstein, tristement célèbre pour avoir persécuté les opposants des Habsbourg. Le bâtiment, qui vient d'être restauré abrite à présent le Centre européen de culture musicale, comprenant un conservatoire de musique et une bibliothèque."

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]